Kərim Əliqulu oğlu Sərdarov (6 iyul 1974; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.
Kərim Sərdarov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Kərim Əliqulu oğlu Sərdarov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
İdman növü | Cüdo |
Məşqçisi | Əhməddin Rəcəbli |
Kərim Sərdarov 1974-cü il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir.
Kərim Sərdarov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hiroseya ipponla qalib gələn Kərim Sərdarov, 1/2 final mərhələsində Kuba nümayəndəsi Xuan Karlos Kortadanı da ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Antonio Tenorio Silva oldu. Həmin görüşdə rəqibinə məğlub olan Kərim Sərdarov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Kərim Sərdarov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Kərim Əliqulu oğlu Sərdarov "Tərəqqi" medalı ilə təltif edildi.[1]
Kərim Sərdarov 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündəcə Almaniya nümayəndəsi Oliver Upmanna məğlub olan Kərim Sərdarov, turnirdə mübarizəsini dayandırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Kərim Əliqulu oğlu Sərdarov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[2]