Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sun Kyun-Hva
Sun Kyun-Hva (d. 20 iyul 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Kun Linhuey
Konq Lunqhui (18 oktyabr 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Konq Lunqhui Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Konq Lunqhui Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub. Konq Lunqhui Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kun adası
Kun adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Qrili adasından 3 km şimal-şərdə yerləşir və ondan Şternek boğazı ilə ayrılır. Keyn adasından isə 1,5 km şərqdə yerləşir. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 7,5 km, eni 3.5 km-dir. Adanım maksimal hündürlüyü 228 metrdir. Ən cqar qərb nöqtəsi Qolovin burnudur.
Kun krateri
Kun krateri (lat. Kuhn) — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 84°29′ c. e. 152°29′ q. u.84,48° c. e.
Lorens Kun
Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı. 1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi. === Repressiya === Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır.
Meyn-kun
Maine Coon, bir pişik irqi. ABŞ mənşəlidir. Bir sıra rənglərdə olurlar ki, bunlardan da ən məşhurları tək rənglilər(bozumtul-mavi, qara, bənövşəyi, qəhvəyi), tabbi və gümüşü tabbidir (bunun növləri isə:xallı, zolaqlı və mərmər rəngli). Cinsin təsviri Başları- yumru olur və almacıqlarda genişlənən yaxşı inkişaf etmiş yanaqlardan ibarət olur ki, bu da başlarının yumru formasını daha da nəzərəçarpan edir. Boyunları qısa və şişman, burunları qısa, enli və düz olur. Çənələri - düz və güclü olur. Burunları ilə çənələri şaquli yerləşir. Qulaqları - balaca və girdə olmaqla, aşağıda yerləşir. Gözləri - iri, yumru, geniş açılmış olur. Adətən açıq narıncı rəngdə olur.
Rixard Kun
Riçard Kun (3 dekabr 1900 – 1 avqust 1967) — Avstriya-Alman biokimyaçısı. 1938-ci ildə "karotenoid və vitaminlər" üzərində apardığı tədqiqat üçün Nobel mükafatı almışdır Riçard Kun 3 dekabr 1900 -cu ildə Avstriyada doğulmuşdur. Keen Vyanada və Avstriyada gimnaziya və liseydə təhsil aldı. Onun kimyaya olan maraqları erkən yaşlarından yarandı. Ancaq onun kimya üçün çox geniş xəyalları var idi və bu fikirləri yubatmamağa qərar verdi. 1910-1918-ci illərdə arası o, 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən Wolfgang Paulinın sinif yoldaşı olub . 1918-ci ildən Kun Vyana olan Kimya Universitetinə daxil oldu. Münih Universitetində kimyəvi tədqiqatları tamamladı və 1922-ci ildə doktorluq dissertantını Richard Wilstater ilə fermentlər üzərində etdiyi araşdırma ilə qəbul etdi. Universitetini bitirdikdən sonra Kun ilk dəfə Münihdə, daha sonra Zürih ETH-də, 1929-cu ildə isə Heidelberq Universitetində, 1937-ci ildə böyük nailiyyətlər əldə etdi, daha sonra isə kimya kafedrasının müdiri olmuşdur. 1928-ci ildə Daisy Hartmanla evləndi və sonra iki oğlu və dörd qızı oldu.
Riçard Kun
Riçard Kun (3 dekabr 1900 – 1 avqust 1967) — Avstriya-Alman biokimyaçısı. 1938-ci ildə "karotenoid və vitaminlər" üzərində apardığı tədqiqat üçün Nobel mükafatı almışdır Riçard Kun 3 dekabr 1900 -cu ildə Avstriyada doğulmuşdur. Keen Vyanada və Avstriyada gimnaziya və liseydə təhsil aldı. Onun kimyaya olan maraqları erkən yaşlarından yarandı. Ancaq onun kimya üçün çox geniş xəyalları var idi və bu fikirləri yubatmamağa qərar verdi. 1910-1918-ci illərdə arası o, 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən Wolfgang Paulinın sinif yoldaşı olub . 1918-ci ildən Kun Vyana olan Kimya Universitetinə daxil oldu. Münih Universitetində kimyəvi tədqiqatları tamamladı və 1922-ci ildə doktorluq dissertantını Richard Wilstater ilə fermentlər üzərində etdiyi araşdırma ilə qəbul etdi. Universitetini bitirdikdən sonra Kun ilk dəfə Münihdə, daha sonra Zürih ETH-də, 1929-cu ildə isə Heidelberq Universitetində, 1937-ci ildə böyük nailiyyətlər əldə etdi, daha sonra isə kimya kafedrasının müdiri olmuşdur. 1928-ci ildə Daisy Hartmanla evləndi və sonra iki oğlu və dörd qızı oldu.
Tomas Kun
Tomas Samuel Kun (18 İyul 1922 - 17 İyun 1996), Amerikalı, fizik, tarixçi və elm fəlsəfəçisi. Kunun ən əhəmiyyətli əsəri 1962-ci ildə yayımlanan Elmi İnqilabların Stukturu (The Structure of Scientific Revolutions) adlı kitabıdır. Bu kitab həm akademik ictimaiyyət həm də populyar elm dairələrdə böyük təsir buraxmış və "paradiqma dəyişimi" (paradigm shift) konseptini tanıtmışdır ki, o gündən bu yana tez-tez istifadə olunan bir ifadə halına gəlmişdir. Tomas Kun elmi bilginin inkişafı haqqında əhəmiyyətli töhfələr vermişdir. Kuna görə, elmi sahələr bir istiqamətdə və davamlı bir şəkildə inkişafdan çox mütəmadi olaraq paradiqma sürüşmələrindən təsirlənir və bu paradiqma sürüşmələri elm adamlarının daha öncə keçərli qəbul etmədikləri tezislərə qarşı yeni bir anlayışın ortaya çıxmasına səbəb olur. Bu səbəblə "elmi doğru" anlayışı hər hansı bir zamanda sadəcə tərəfsizlik meyyarı ilə təyin oluna bilməz; elm dairələrində fikir birliyi də elmi cəhətdən doğru fikrin yaranmasında eyni dərəcədə dəyərlidir. Rəqabət edən paradiqmalar çox zaman müqayisə edilməz, çünki paradiqmalar gerçəkliyin rəqabət edən və uzaqlaşdırıla bilməyən şərhləridir. Bu səbəblə elm anlayışımız əsla tamami ilə obyektivliyə dayana bilməz. Bütün obyektiv nəticə çıxarmalar, bu cür nəticə çıxarmaları ortaya qoyan araşdırmacıların və qatılımcıların şəxsi dünya görüşlərindən və istiqamətlərinin nəticəsində təsirləndiyi üçün elm şəxsi baxışları nəzərə almalıdır. Bird, Alexander.
Rass Kun
Rass Cozef Kun (8 sentyabr 1975) — Naurulu bir siyasətçi, Nauru Respublikasının keçmiş Daxili İşlər Naziri (2012-ci ildə),Nauru-nun UNESCO üzrə Milli Komissiyasının üzvü ( 2008-2010 və 2012-2013-cü illərdə), Nauru Respublikasının hazırki Prezidenti (29 sentyabr 2022 - 30 oktyabr 2023). == Həyatı == Kun 8 sentyabr 1975-ci ildə anadan olub. 2003 və 2004-cü illərdəki ümumi seçkilərdə nəzarətçi kimi fəaliyyət göstərib. O, 2005-ci ildə Ticarət Sənaye və Sərvətlər Nazirliyinin katibi vəzifəsini icra etmişdir. 2008-ci ildə Baş Katib, 2012-ci ildə Daxili İşlər Naziri vəzifələrini icra etmişdir. Parlamentə gəlməzdən əvvəl Ticarət, Sənaye və Ətraf Mühit Nazirliyində çalışıb. Kun həmçinin 2008-2010 və 2012-2013-cü illərdə YUNESKO üzrə Nauru Milli Komissiyasının üzvü olub. O, ilk dəfə Nauru parlamentinə 2013-cü ildə Ubenide seçki dairəsindən dörd millət vəkilindən biri olaraq seçildi. 2016, 2019 və 2022-ci illərdə yenidən seçilmişdir.
Russ kun
Rass Cozef Kun (8 sentyabr 1975) — Naurulu bir siyasətçi, Nauru Respublikasının keçmiş Daxili İşlər Naziri (2012-ci ildə),Nauru-nun UNESCO üzrə Milli Komissiyasının üzvü ( 2008-2010 və 2012-2013-cü illərdə), Nauru Respublikasının hazırki Prezidenti (29 sentyabr 2022 - 30 oktyabr 2023). == Həyatı == Kun 8 sentyabr 1975-ci ildə anadan olub. 2003 və 2004-cü illərdəki ümumi seçkilərdə nəzarətçi kimi fəaliyyət göstərib. O, 2005-ci ildə Ticarət Sənaye və Sərvətlər Nazirliyinin katibi vəzifəsini icra etmişdir. 2008-ci ildə Baş Katib, 2012-ci ildə Daxili İşlər Naziri vəzifələrini icra etmişdir. Parlamentə gəlməzdən əvvəl Ticarət, Sənaye və Ətraf Mühit Nazirliyində çalışıb. Kun həmçinin 2008-2010 və 2012-2013-cü illərdə YUNESKO üzrə Nauru Milli Komissiyasının üzvü olub. O, ilk dəfə Nauru parlamentinə 2013-cü ildə Ubenide seçki dairəsindən dörd millət vəkilindən biri olaraq seçildi. 2016, 2019 və 2022-ci illərdə yenidən seçilmişdir.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Cit Kun Do
Citkundo və ya Cit Kun-Do (ing. Jeet Kune Do, Jeet Kun Do və ya Jeet Kuen Do) — döyüş sənətləri növüdür. == Tarixi == 1967-ci ildə Brüs Li tərəfindən yaradılmışdır. "Jeet Kune" mənası yumruğu qabaqlamaq və ya kəskin surətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə - yol mənasını verir. Vaxtı ilə İp Manın ona öyrətdiyi Vin Çun və həmçinin mükəmməl öyrəndiyi boksun əsasında yaratmışdır. O bura başqa idman növlərini də: aykido, dayto-ryu Ayki-ciucitsu, ciu-citsu, dzü-do, sambo, güləş, kunq-fu (müxtəlif stilləri), karate, taekvondo, muay tay, savat (fransız boksu), kendo, eskrime (silahli doyüş) və s. daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. == Xarakteristika == Citkundo bir sistem deyil. Bir döyüş texnikasi deyil. Konkret zərbələri, fəndləri yoxdur.
Ri Kun-San
Ri Qun-Sanq (5 fevral 1966) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Ri Qun-Sanq Şimali Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Ri Qun-Sanq Şimali Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Miyakocima Mamoru-kun
Miyakocima Mamoru-kun (宮古島まもる君) və ya qısaca Mamoru-kun – Yaponiyanın Okinava prefekturasına daxil olan Miyakocima şəhərində yol təhlükəsizliyini təbliğ etmək üçün quraşdırılmış polis məmuru formasındakı fiqurlar. "Mamoru" sözü yapon dilindən tərcümədə "qorumaq" deməkdir. Miyakocimanın yerli hakimiyyəti 1990-cı illərdə yol təhlükəsizliyini təbliğ etmək üçün yeni metoddan istifadə etməyə qərar vermiş və adanın müxtəlif yerlərindəki yollarda beş ədəd Mamoru-kun fiquru quraşdırmışdır. Mamoru-kunun rəsmi doğum tarixi 5 avqust 1991-ci il və boyu 180 santimetrdir. O, Miyakocima Təhlükəsizlik Assosiasiyasının üzvü və Miyakocima Polis Nəqliyyatı Diviziyasının məmurudur. 2012-ci ildə keçirilmiş tədbir zamanı şəhərin meri Toşiko Şimoci Mamoru-kuna xüsusi iqamətgah icazəsi vermişdir. İndiyə qədər Miyakocima şəhərində 21 Mamoru-kun fiquru quraşdırılmışdır. Miyako adasında 17, İrabu adasında 2, Şimoci və Tarama adalarının hərəsində 1 belə fiqur yerləşir. 2011-ci ildə Miyakocima polis məntəqəsində quraşdırılmış Maruko-çan yeganə qadın fiqurdur və digərlərindən fərqli olaraq qırmızı formada təsvir olunmuşdur. Hər Mamoru-kun fiqurunun öz adı var: Mamoru-kun fiqurları əvvəlcə "ətürpəşdirici" hesab edilsə də, son illərdə populyarlıq qazanmağa başlamışdır.
Kun İam məbədi
Kun İam məbədi (çin. 普濟禪院; port. Templo de Kun Iam Tong) – Makaonun Nossa-Senyora-di-Fatima bölgəsində yerləşən buddist məbədi. Çində mərhəmət ilahəsi hesab olunan Quaninə həsr olunmuşdur. Makaonun ən böyük və ən zəngin məbədlərindən biri hesab olunur. Lin Fun məbədi və A-Ma məbədi ilə birlikdə Makaonun ən əhəmiyyətli üç məbədindən biridir. Pou Çay məbədi (çin. 普濟禪院) kimi də tanınır. == Tarixi == Məbədin əsası XIII əsrdə qoyulsa da, indiki tikili 1627-ci ilə aiddir. == Xüsusiyyətlər == Məbəd üç əsas zaldan ibarətdir.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Kvn
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Küng
Küng — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Coğrafiyası və iqlimi == Daşkənd və Yuxarı Quşçular kəndlərinin arasında yerləşir == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıq və bostançılıqla məşğuldur.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.