Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaçi
Kaçi — İranda desertdir, lakin axşam yeməyində çörəklə yemək kimi yeyilə bilər. Kachi un və yağın olması səbəbindən çox enerjiyə malikdir. Məsələn, kərə yağı və undan alınan enerji, bu kaçinin hazırlanmasında verilən miqdarlarla tək başına 3115 kaloridir ki, bu da əhəmiyyətli bir enerjidir. Bu səbəbdən arıq insanlar və zəiflikdən əziyyət çəkənlər üçün uyğun bir desertdir. Kaçi un, şəkər, qızılgül suyu, yağ, yağ və zəfərandan hazırlanır. Əvvəllər çoxlu heyvan yağı ilə hazırlanırdı. Kachi də düyü unu ilə hazırlanır.
Akira Kaci
Akira Kaci (d. 13 yanvar 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 2 qol vurub.
David Kaçi
David Kaçi (25 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == David Kaçi Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Mayumi Kaci
Mayumi Kaci (d. 28 iyun 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 48 oyun keçirib.
Kaçi (dəqiqləşdirmə)
Kaçi — İranda desert. Kaçi (Ərdistan) — İranda kənd.
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Böyük Kaç Rannı
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir. Ran sözü (hind. रण) hindi dilindən tərçümədə "şoranlıq" mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır.
Aşk Kaç Beden Giyer?
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu. == Albom Haqqında == Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı.Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib. Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam. == Albom İmici == Albom imici üçün Hadise pələng naxışlı geyimlərdən istifadə edib.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Jacq.
Nikolaus Jaken — Avstriya botaniki, kimyaçısı və metallurqu. == Əsərləri == "Flora austriaca", 1773–1778, 5 cilddə, 450 rəngli cədvəllə; "Enumeratio stirpium", 1762 "Selectarum stirpium americanarum historia", 1763 və 1780, 264 cədvəllə; "Observationes botanicae", 1764, 4 cilddə, 100 cədvəllə; "Hortus botanicus Vindobonensis", 1770–1776, 3 cilddə, 300 cədvəllə; "Icones plantarum rariorum", 1781–1793, 3 cilddə, 648 cədvəllə; "Collectanea ad botanicam, chemiam et historiam naturalem spectantia" 1786–1796, 5 cilddə, 106 cədvəllə; "Plantarum rariorum horti caesarei Schoenbrunnensis descriptiones et icones", 1797–1804, 4 cildə, 500 cədvəllə; "Stapeliarum in hortis Vindobonensibus cultarum descriptiones", 1806, 64 cədvəllə.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçəsi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
Kado
İkebana (生花, ike – "həyat", bana – "güllər", tərc. "canlı güllər") və ya Kado (華道, "güllərin yolu") – XV əsrdə Yaponiyada meydana gəlmiş kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti. İkebana üsulu ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər. İkebana sənəti əvvəllər dini xarakterli olmuş və allahlara hədiyyə məqsədi daşımışdır. İkebana hazırlanarkən "susso", yəni bitkilərin təbiəti, "xarakter"i nəzərə alınmalıdır. == Tarixi == === Rikka === VI əsrdən başlayaraq buddizm Yaponiyada təşəkkül tapdıqdan sonra tikilən buddist məbədlərinin səcdəgahlarının qıraqlarına qeyri-adi buketlər düzülməsi ənənəsi yarandı. Bu nəhəng, əyilməyən budaqları rikka (yap. “duran güllər”) adlandırırdılar. Məbədlərin digər bər-bəzəyi kimi rikka da Çindən gətirilirdi.
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Kinokadr nedir?
Kafe
Kafe (fr. Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yemkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər. SSRİ dağıldıqdan sonra bu ad getdikcə az işlədilməyə başlamışdır.
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Kachi
Kaçi — İranda desert. Kaçi (Ərdistan) — İranda kənd.