Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heriz
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Keriq
Keriq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Keriq-i Büzürg (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Kəhriz
Kəhriz və ya su lağımı (fars. كاريز‎) — arid zonalarda qrunt sularını, bəzi hallarda isə layarası suları toplamaq və öz axarı ilə yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı qurğu sistemidir. Su lağımını peşəkar kənkanlar qazır. Maili lağım (hündürlüyü 1–14 m, eni 0,5–0,8 m) şəbəkəsindən ibarət olan bu sistem müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımları bir-biri ilə şaquli quyuların vasitəsilə birləşdirilir. Əvvəlcə baş quyu(gümana quyusu),sonra isə qalan quyular qazılır. Baş və gümana quyusu bu quyuların ən dərini, eləcə də, ilk quyuları isə ən dayazı və sonuncusudur. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür Sistemə toplanan qurunt suları son quyunu keçməklə yer səthinə çıxır. Bəzən lağımın suyunu çoxaltmaq üçün su verən baş quyudan neçə istiqamətdə lağım atılır. Lağımın suyundan su təchizatında və suvarmada istifadə olunur.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Kərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu. Kərim Kərimov Kərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) — Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev — Bu təxəllüsü olan tanınmış şəxslər Əli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti. Digər Kərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Keria
Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır. == Həyatı == Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur. == Karyerası == Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.
Aqçe Kəhriz
Ağcakəhriz (fars. (Aqçe Kəhriz) اقچه كهريز‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Miləcird bəxşinin Miləcird dehistanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 11 ailədə 24 nəfəri kişilər və 21 nəfəri qadınlar olmaqla cəmi 45 nəfərdir. Kəndin əhalisini Azərbaycan türklər təşkil edir, Azərbaycan türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Banu Kəniz
Banu Kəniz (ərəb. بنو كنز) (həmçinin Avlad Kunuz kimi tanınır) — 10–15-ci əsrlər arasında Yuxarı Misir və Nubiya arasındakı sərhəd bölgəsini idarə edən qarışıq ərəb-beja əcdadından ibarət yarı köçəri müsəlman sülaləsi idi. Onlar Ərəb Bənu Hənifə qəbiləsinin şeyxlərinin oğulları və Beca Hadariba qəbiləsinin şahzadələrinin nəslindən idilər. Onlar 11-ci əsrin əvvəllərində başçıları Əbu əl-Məkərim Hibatallahın Fatimi hakimiyyəti adından böyük bir üsyançını ələ keçirməsi ilə Asvan, Vadi Əllaqi və sərhəd zonası üzərində rəsmi nəzarəti əldə etdilər. Əbu əl-Məkarimə xəlifə əl-Həkim tərəfindən Kənz əl-Dövlə (Dövlətin xəzinəsi) titulu verilmiş və onun davamçıları bu titulu miras almışdı. Banu Kəniz 1174-cü ildə Əyyubilərlə qarşıdurmaya girdi, bu zaman onlar məğlub oldular və cənuba şimali Nubiyaya köçmək məcburiyyətində qaldılar və burada əsasən xristianlar olan bölgədə İslamın genişlənməsini sürətləndirməyə kömək etdilər. Nəhayət, 14-cü əsrin əvvəllərində Nubiyalı Makuria Krallığının nəzarətini ələ keçirdilər, lakin 15-ci əsrin əvvəllərində Banu Kəniz ilə mübarizə aparmaq üçün Məmlüklər tərəfindən göndərilən Havvara qəbilələri tərəfindən sıxışdırıldılar. Onların müasir nəsilləri ölkənin ucqar şimalında yaşayan "Kunuz" kimi tanınan Sudan qəbiləsidir. == Tarixi == === Mənşəyi === Bənu əl-Kənz tayfasının mənşəyi 9-cu əsrdə Misirin Nubiya ilə sərhəd bölgəsinə ərəb qəbilə köçləri ilə bağlıdır. Ən böyükləri Muzhar, Rəbiə, Cuheynə və Qeys Aylan olan köçəri ərəb qəbilələri orada qızıl və zümrüd mədənləri aşkar edildikdən sonra bölgəyə köçdülər.
Fatih Kərim
Fatih Kərim (tatar. Фатих Кәрим; 27 dekabr 1908 (9 yanvar 1909) – 19 fevral 1945) — Tatarıstan Sovet şairi. == Tarixi == 27 dekabr 1908-ci ildə (9 yanvar 1909) Aitovo kəndində (indiki Başqırdıstan Respublikasının Bijbulyakski rayonu) anadan olub. İlk təhsilini burada aldı, 1922-ci ildə Belebey Pedaqoji Texnikumuna daxil oldu. Sonra Kazan torpaq idarəçiliyi texnikumunda oxudu, respublika qəzet və jurnalları ilə əməkdaşlıq etdi, Tatizdatdakı uşaq və gənclər ədəbiyyatı redaksiyasında çalışdı. Kazanda, Kərim 1931-1941-ci illərdə Çernışevski (indiki Kremlin küçəsi) küçədəki 21-ci evdə yaşayırdı. Böyük Vətən müharibəsi üzvü. 17 yanvar 1945-ci ildə kiçik leytenant Fatih Valeyeviç Kərimov 3-cü Belorusiya Cəbhəsi 5-ci ordusunun 65-ci tüfəng korpusunun 144-cü tüfəng diviziyasının 226-cı ayrı-ayrı sapal taborunun sapyor tağımının komandiri təyin edildi. 1945-ci il fevralın 19-da Köniqsberq kənarında — Pobeda kəndində (indi - Kalininqrad bölgəsi) döyüş tapşırığını yerinə yetirərək öldü. Kalininqrad vilayətinin Baqrationovskdakı kütləvi məzarlığında dəfn edilmişdir.
Heriz xalçaları
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Heriz xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Keriq (Ərdəbil)
Keriq (fars. كريق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,756 nəfər yaşayır (310 ailə).
Kəhriz (Bicar)
Kəhriz (fars. كهريز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 312 nəfər yaşayır (61 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Kəhriz (Miyanə)
Kəhriz (fars. كهريز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə).
Kəhriz (Sayınqala)
Kəhriz (fars. كهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (31 ailə).
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Kəhriz (Tarım)
Kəhriz və ya Xürrəmabad (az-əbcəd. کهریز‎, fars. خرم‌آباد کهریز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 432 nəfər yaşayır (130 ailə).
Kəhriz (Urmiya)
Kəhriz (fars. كهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.553 nəfər yaşayır (560 ailə). Əhalisi Azәrbaycan türklərinin qolu olan Kürəsünni boyunun törəmələridir. Kəhrizlilər sünni-hənəfi inanclıdır.
Kəhriz (Xudabəndə)
Kəhriz (fars. كهريز,‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (52 ailə).
Kəhriz (dəqiqləşdirmə)
Kəhriz —
Kəhriz (Ərdəbil)
Kəhriz - İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 154 nəfər yaşayır (35 ailə).
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. == Həyatı == Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərin (Ərdəbil)
Kərin (fars. كرين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (153 ailə).
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Adolfo Suarez
Adolfo Suárez (25 sentyabr 1932-ci il - 23 mart 2014-cü il) — ispan dövlət xadimi.
Denis Suarez
Denis Suarez (6 yanvar 1994, Salseda de Kaselas[d], İspaniya) — Yarımmüdafiəçi.
Francisco Suárez
Doktor Eximius (Granada; 5 yanvar 1548, Qranada – 25 sentyabr 1617[…], Lissabon) kimi tanınan Francisco Suárez de Toledo Vázquez de Utiel y González de la Torre — ispan Cizvit ilahiyyatçısı, filosofu və hüquqşünası. O, ən yaxşı sxolastiklərdən biri hesab olunurdu.
Fransisko Suarez
Doktor Eximius (Granada; 5 yanvar 1548, Qranada – 25 sentyabr 1617[…], Lissabon) kimi tanınan Francisco Suárez de Toledo Vázquez de Utiel y González de la Torre — ispan Cizvit ilahiyyatçısı, filosofu və hüquqşünası. O, ən yaxşı sxolastiklərdən biri hesab olunurdu.
Luis Suarez
Luis Alberto Suarez Diaz (24 yanvar 1987[…], Salto) — Uruqvaylı futbolçu. Braziliyanın "Qremio" klubunun və Uruqvay milli futbol komandasının oyunçusu. == Klub karyerası == === Nasyonal === Peşəkar futbolçu kimi karyerasını Uruqvayda Nasyonal FK klubunda başlayıb. 2005–2006-cı il mövsümündə Uruqvay çempionluğunu qazanıb. Bu klubda 27 oyunda meydana çıxıb və 10 qol vurub. === Groningen === 1 iyul 2006 tarixində, Groningen Suarezin azad agent olaraq transfer etdi. Suárez, 2006–07 mövsümündə 29 matça çıxdı və 10 qol vurdu. Groningen forması ilə ilk matçına 20 avqust 2006-cı ildə, Feyenoord matçında forma geydi. Maç 3–0 qalibiyyət ilə nəticələndi. Groningen adına ilk qolu isə 1 oktyabr 2006 tarixində, Vitesse qarşısında 2 qol vuraraq qeyd etdi.
Miçaela Suarez
Miçaela Belen Suarez (28 yanvar 2000-ci ildə anadan olub) — Argentinanı təmsil edən qadın badmintonçu.
Şəhruz Abdıyev
Şəhruz Cabbar oğlu Abdıyev (7 aprel 1970, Nadirkənd, Qasım İsmayılov rayonu – 31 oktyabr 1992) — şəhid. == Həyatı == Şəhruz Abdıyev 7 aprel 1970-ci ildə Goranboy rayonunun Nadirkənd kəndində anadan olmuşdur. == Hərbi Xidməti == Şəhruz Abdıyev Birinci Qarabağ müharibəsi zamanı orduda xidmət etmişdir. A.Şəhruz 31 oktyabr 1992-ci ildə şəhid olmuşdur.
Şəhruz Mustafayev
Şəhruz Mustafayev - Azərbaycan futbolçusu. == Həyatı == Şəhruz Mustafayev 8 sentyabr 1975-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Kür-Nur Mingəçevir, MOİK Bakı, Şəmkir, Kəpəz Gəncə, MKT-Araz, Olimpik Bakı. 2007-ci il­dən Qəbələdə çı­xış edir. Azər­bay­ca­nın 21 ya­şı­na qə­dər fut­bol­çu­lar­dan iba­rət yığ­ma ko­man­da­sı­nın üz­vü olub.
Sarua gölü
Sarua gölü (başq. Саруа күле) — Başqırdıstanın Nuriman rayonu, Sarva kəndi ərazisində yerləşən göl. 1956-cı ildən təbiət abidəsi elan edilmişdir. Göl Saldıbaş çayının hövzəsində yerləşir. Gölün şərqi hündür və meşə ilə örtülü olsa da, qərbi düzən və meşəsizdir. Göldə Başqırdıstan və Rusiyanın qırmızı kitabına salınmış Avropa xariusu adlı balıq yaşayır.
Siruz Abasbəyli
Siruz Hüseyn oğlu Abasbəyli — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik. == Həyatı == Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub. 1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır. 50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib. 1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb. Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-cı ilə qədər işləmişdir.
Siruz Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Şarud Mehdiyeva
Şahrud Mehdiyeva (d.1955, Lənkəran) — Azərbaycanlı aktrisa,Lənkəran Dövlət Dram Teatrının Yüksək dərəcəli dram artisti. == Həyatı == 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1973-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa vəzifəsində işləyir. == Oynadığı tamaşalardan rollar == Ü. Hacıbəyov “Olanlardan-keçənlərdən” – Ana T. Məmmədov “Gəlin həsrəti” – Bəzəkcan Y. Edlis “Kölgələrin oyunu” - Kleopatra K. Kaldoni “İki ağanın bir nökəri” - Beatriçe İ. Coşqun “Ana laylası” - Bahar Ə. Əmirli “Onun iki qabırğası” - Ceyran Ə. Orucoğlu “Pul dəlisi” - Gülnazı . S. Axundov “Qaraca qız” – Pəri Cahan xanım H. Allahyarov “Bir ovuc torpaq” – Xumar H. Mirələmov “Ləyaqət” – Yaşlı qadın Y. Əzimzadə “Nəsrəddin” – Xeyrənisə B. Nuşiç “Nazirin xanımı” – Nofa Q.Fiqeyredo “Ezop” – Miletta H.Muxtarov “Mən nənə ilə evlənirəm” – Sədəf İmanova Q.Qorin “Herastratı unudun” - Eritta və sair tamaşalarda oynamışdır.
Cyoti Svarup Pande
Cyoti Svarup Pande (1950 və ya 25 may 1951) — Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cyoti Svarup Pande 25 may 1951-ci ildə anadan olmuşdur. İqtisadiyyat üzrə magistr təhsili almışdır. Diplomat kimi 1976-cı ildən fəaliyyətə başlamışdır. 1976-cı ilin may ayından 1979-cu ilin may ayınadək Braziliyada ikinci,üçüncü katib kimi fəaliyyət göstərmişdir. 1979-cu ilin may ayından 1982-ci ilin may ayınadək Yeni Dehlidə ticarət nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayından 1983-cü ilin avqust ayınadək Yeni Dehlidə xarici İşlər Nazirliyində katib müavini və nazir müavini vəzifələrində işləmişdir. 1983-cü ilin avqust ayından 1985-ci ilin aprel ayınadək Malayziyanın Kuala Lumpur şəhərində birinci katib vəzifəsində çalışmışdır. 1985-ci ilin iyun ayından 1997-ci ilin may ayınadək Yeni Dehlidə Xarici Xidmət İnstitutunda katib müavini və direktor vəzifəsində işləmişdir. 1997-ci ilin may ayından 2003-cü ilin yanvar ayınadək Yeni Dehlidə katib vəzifəsində çalışmışdır. 2003-cü ilin fevral ayından Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.