Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. == Tarixi == Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. == Fəaliyyət prinsipləri == Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.
20 nömrəli məktəb-lisey
Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Haqqında == Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tarixi == Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Heydər Əliyev adına Hərbi Lisey
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Bakı şəhəri 6 nömrəli məktəb-lisey
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Lütfi Zadə adına Texniki-humanitar lisey