Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İra Losko
İra Losko (ing. Ira Losco; 31 iyul 1981, Slima[d]) — Malta müğənnisi. O, Maltanı 2002 və 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == İra Losko indiyədək ümumilikdə 20-yə yaxın ölkədə çıxış etmiş və 20-də artıq mükafat qazanmışdır. O, Elton Con, Keti Melua, Maroon 5, Akon, Ronan Kitinq, Bob Qeldof, Tokio Hotel və Cici D'Alessio kimi beynəlxalq ulduzlarla bir səhnəni bölüşmüşdür. Losko musiqi karyerasını kollec qrupu olan Tiara ilə başlatmışdır. Qrup fəaliyyətini dayandırdıqdan bir müddət sonra Losko Maltanı Estoniyanın paytaxtı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqədə ifa etdiyi "7th Wonder" mahnısı ilə İra finalda iştirak edən 24 ölkə təmsilçisi arasında Maltaya 164 xalla ikinci yeri qazandırmışdır. Bu Maltanın Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qalmaqdadır.2003-cü ildə İra Losko Maltada keçirilən Kiçik Avropa dövlətlərinin idman oyunlarının açılışında "Reaching Higher" mahnısı ilə çıxış etmişdir. 2008-ci ildə ifaçı Midalja għall-Qadi tar-Repubblika Respublikaya xidmət medalı ilə təltifləndirilmişdir.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Livno
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi. Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir. == Tarixi == Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır. 1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Lonyo
Lonyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Lotto
Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti. 1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir. Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Boşko Raduloviç
Boşko Raduloviç (6 oktyabr 1996) — Monteneqrolu üzgüçü. Boşko Raduloviç Monteneqronu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boşko Raduloviç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.24 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Dalğaqanad sovka
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. == Həyatı və karyerası == 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Federika Rokko
Federika Rokko (1986) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Fosko Sinibaldi
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Göybaftalı sovka
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir.Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Lokve gölü
Lokve və ya Lokvarsko gölü (xorv.: Lokvarsko jezero) — Xorvatiyanın şimal qərbində süni göl. Bu göl 1954-cü ildə Lokve çayının üzərində bənd çəkməklə yaradılıb. == Haqqında == Lokve gölü dağlıq Qorski Kotar bölgəsində, Riyeka şəhərindən təxminən 30 km şərqdə yerləşir. Göl Lokve bələdiyyəsinə daxil olan Homer, Mrzla Vodica və Zelin Mrzlovodiçki kəndləri ilə hüdudlanır. Risnjak Milli Parkının dağları gölün şimalından başlayır.