Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Yuja
Yuja (rus. Южа) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Lua
Lua — yüngül, multi paradiqmalı, proqramlaşdırma dili olub qurulan sistemlərdə istifadə üçün dizayn edilmişdir. Lua, interpretatoru ANSI C dilində yazıldığı üçün kross platformdur və nisbətən sadə C APİsinə malikdir. Lua ilkin olaraq 1993-cü ildə həmin dövrün artan proqram nizamlama tələbini qarşılamaq üçün tətbiqi proqramları genişləndirən dil kimi dizayn edilmişdi. İdeologiya və tətbiqinə görə Lua JavaScript-ə daha yaxın olsa və prototipli OOP modelini tətbiq etsə də, Paskala-bənzər sintaksisi, daha güclü və çevik konstruksiyaları ilə fərqlənir. Luanın xarakterik xüsusiyyəti minimum sintaksis ilə çox sayda proqram obyektini tətbiq edə bilməsidir. Belə ki, bütün əsas istifadəçi məlumat növləri (massivlər,strukturlar,çoxluqlar,sıralar,siyahılar) cədvəl mexanizmi ilə, obyekt yönümlü mexanizmlər isə meta cədvəllər ilə reallaşdırılır. == Tarixi == Dil 1993-cü ildə Braziliyada Rio-de-Janeyro Katolik Universitetində Kompüter Qrafikası Texnologiyası Qrupu (Tecgraf) üzvləri olan Robertu İerusalimşi, Luiz Enrike de Fiqueiredo və Valdemar Celes tərəfindən yaradılmışdır. == Nümunə == === Dəyişən təyin etmək === === Faktorial === === Dövr operatorları === Luada 4 dövr operatoru var. While, Repeat, for, generik for. ==== While ==== ==== Repeat ==== until dən sonra verilmiş şərt(condition) true olana qədər dövr davam edir.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Lujo Brentano
Lujo Brentano (18 dekabr 1844 – 9 sentyabr 1931) — alman iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == L.Brentano – Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir". Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər. Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər. Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər. Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi – fəlsəfi obrazlardan başqa bir şey deyildir.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Luka Henni
Luka Henni (alm. Luca Hänni‎; 8 oktyabr 1994, Bern) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır. == Həyatı == Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır. == Musiqi karyerası == === Deutschland sucht den Superstar 2012 === 2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir.
Luka Jinko
Luka Jinko — Qəbələ FK oyunçusu == Həyatı == 23 mart 1983-cü ildə Sloveniyada anadan olub. Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovub. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. “Qəbələ” FK futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalamışdır..
Luka Karboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .
Luka Paçoli
Fra Luka Bartolomeo de Paçoli və ya Paçolo (it. Fra Luca Bartolomeo de Pacioli; 1445 – 19 iyun 1514) — İtaliya riyaziyyatçısı; hesab əməlləri qaydalarını, bəzi cəbri tənliklərin həllərini, həndəsi mütənasiblik nəzəriyyəsini şərh etmişdir. "Hesab, həndəsə, nisbət və mütənasibliyə dair biliklərin cəmi" dərsliyinin müəllifidir. == Həyatı == XV əsrdə yaşamış mühasibat uçotu elminin əsasını qoymuş italyan alimidir. O, ikili yazılış sisteminin əsasını qoymuşdur ki, bu sistemdən hazırkı dövrdə də istifadə olunmaqdadır.
Luka Quqeşaşvili
Luka Quqeşaşvili (gürc. ლუკა გუგეშაშვილი; 29 aprel 1999, Tbilisi) — Gürcustanlı peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Gürcustan milli futbol komandasının qapıçısı. == Karyerası == 2015–16 mövsümünün qış fasiləsindən qabaq Quqeşaşvili Polşanın yüksək liqasında çıxış edən "Yagelloniya Belostok" klubu ilə müqavilə bağladı. 2017-ci ildə o, icarə əsasında Polşanın dördüncü liqa klubu olan "Podlaşiya Bila Podlaska" klubuna transfer olunur. 2018-ci ildə Luka Gürcüstanın yüksək liqa klubu olan "Dila Qori"yə icarəyə göndərildi. 2019-cu ildə Quqeşaşvili icarə əsasında İspaniya La Liqasında çıxış edən "Rekreativo Qranada" klubunun əvəzedici heyətinə transfer olundu. 2020-ci ildə o yenidən icarə əsasında "Dila Qori"yə qayıtdı. 2022-ci ilin əvvəlində, qış fasiləsində o, icarə əsasında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub. 1 fevral 2022-ci ildə "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı oyunda debüt edib.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Luka Yoviç
Luka Yoviç (Лука Јовић; 23 dekabr 1997-ci il, Biyelina, Bosniya və Herseqovina) — Serbiyalı futbolçu. İtaliyanın Fiorentina və futbol üzrə Serbiya Milli komandasının hücumçusu. == Həyatı == Luka Yoviç Biyelina şəhərinin yaxınlığında yerləşən Batar qəsəbəsində Milan və Svetlana Yoviçlərin ailəsində dünyaya gəlmişdir. 2002-ci ildə 5 yaşında olarkən Serbiyanın qərbində yerləşən Loznitsa şəhərində həvəskar futbola başlamışdır. Burada oynadığı oyunların birində "Srvena Zvezda FK"-nın oyunçu izləmə komitəsi tərəfindən klubun futbol məktəbinə qəbul edilmişdir. == Klub karyerası == === Həvəskar karyerası === 2005-ci ildə Luka Yoviçə "Srvena Zvezda FK"-da oynamaq təklif edildi. Bundan başqa, "Partizan FK" da Yoviçin atasına aylıq 200 avroluq maaş ilə oğlunu komandalarına gətirməsini istəmişdir, lakin Milan Yoviç oğlunun "Srvena Zvezda FK"-da oynamasını istəmişdir. === 2013–2014-cü illər mövsümü === Luka Yoviç, 28 may 2014-cü ildə; 16 yaşında olarkən peşəkar karyerasının ilk oyununa "Voyvodina FK" qarşısında çıxmışdır. Həmin oyunda qol vuraraq klub tarixində rəsmi qarşılaşmalarda qol vuran ən gənc futbolçu olmuşdur. Belə ki, oyuna girdikdən 2 dəqiqə sonra qol vuraraq komandasına 1 xal qazandırmışdır.
Luna 1
Luna 1 (rus. Луна-1; Мечта) və ya E-1 No.4 (kod adı) — Luna proqramı çərçivəsində SSRİ tərəfindən həyata keçirilən Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmi. Luna 1 kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr apardı. Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olundu. Eyni zamanda Luna 1 Ayın zəif maqnit sahəsini kəşf etmişdir. Luna 1 kosmik gəmisi ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyinin və plazmasının birbaşa müşahidəsini həyata keçirmişdir. İonlaşmış plazmanın miqdarı 20-25 min km məsafədə 1 sm³-də 700 zərrəcik, 100-150 min km məsafədə isə 1 sm³-də 300-400 zərrəcik olaraq ölçülmüşdür. Luna 1 yarım milyon km məsafədən radio siqnallarla əlaqə qurulmuş ilk kosmik gəmidir. Luna 1 kosmik gəmisi Ayla toqquşmaq üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq kosmik gəminin Yerdəki nəzarət sistemində baş verən nasazlıq səbəbindən Ayla toqquşma baş tutmadı və Luna 1 kosmik gəmisi Aya 5995 km uzaqlıqdan keçdi.
Luna Miyoviç
Luna Zimiç Mijoviç ( bosn. Luna Zimić Mijović ; cins. 2 dekabr 1991, Sarayevo) — bosniyalı aktrisa . == Bioqrafiya və karyera == Luna Miyoviç jurnalist Vlastimir Mijoviç və Amra Zimiç Miyoviçin qızıdır . Lunanın özündən 2 yaş kiçik bir bacısı var. Luna bir müddət Sloveniya və Rusiyada yaşamışdır. Müqayisəli ədəbiyyatşünaslığı öyrənmişdir. Hal-hazırda Sarayevo Film Akademiyasında rejissorluq təhsili alır . Luna 2006-cı ildə "Qrbavitsa" filmində Sara rolu ilə debüt etmişdir. İkinci rolu 2010-cu ildə "Yolda" filmində Diyadır.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Masiela Luşa
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Neoseiulus lula
Neoseiulus lula (lat. Neoseiulus lula) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.