Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Tuğluq Teymur xan
Tuğluq Teymur xan (1329, İli çayı – 1363, Moğolustan) — Moğolustan və Mavəraünnəhrin 1-ci xanı. Tuğluq Teymur xan ibn Əmil xoca bin Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan. Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Teymur Qaşqadərya vadisini idarə edir. Teymur və Tuğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. Teymur və qayını Əmir Hüseynin ordusu 1365-ci ildə Tuğluq Teymur tərəfindən məğlub edildi. Tuğluq Səmərqənd üzərinə yeridi.
Buzluq
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Suzluq
Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Murovdağ silsiləsinin cənubunda yerləşir. Hündürlüyü 2857 m. Ehtimal olunur ki, Suzluq türk dillərindəki suz/süz sözü ilə əlaqədar olub, "təmiz, aydın yer" deməkdir. Görünür, dağın üstündə bitki örtüyu bəsit olduğundan ona belə ad verilmişdir.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Xuluq
Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Xuluq oyk., sadə. Qusar r-nunun Gilah i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.
Çuluq
Buzluq (Goranboy)
Buzluq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır. == Tarixi == Kənd əvvəllər Talış nahiyəsinə aid idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı. Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.
Buzluq (dağ)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Buzluq (dəqiqləşdirmə)
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Buzluq bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. Vignea arenaria (L.) Rchb. Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.
Qumluq dağçətiri
Qumluq dağçətiri (lat. Peucedanum arenarium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Qumluq dikyarpağı
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə. Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Robert Ludlum
Robert Ludlum (25 may 1927[…], Nyu-York, Nyu-York ştatı – 12 mart 2001[…], Neypls[d], Florida) — Amerika yazıçısıdır. Onun 29 kitabı 210 milyon nüsxədən çox nəşr olunub və 32 müxtəlif dilə tərcümə olunub. 2001-ci ildə vəfat edən müəllifin geridə müqavilə müəllifləri tərəfindən nəşr edilməli olan çoxlu əlyazmaları və kobud qaralamaları qoyub getdiyi iddia edilir. Ümumiyyətlə, onun yazdığı kitab növləri məxfi xidmətin qəhrəmanları və casuslar üzərində qurulmuşdur. Bu, müəllifin davamlı populyarlığının sübutudur. 2001-ci ildə ölümündən sonra Ludlum Fondu yazıçının ən məşhur əsərlərindən olan Bourne seriyasını davam etdirməyə qərar verdi və onun yaxın dostlarından Erik Van Lustbader hələ də bu seriyanı davam etdirir. İndiyə qədər 7 davam kitabından yəni Bourne Legancy, Bourne Betrayel, Bourne Imperative, Bourne Dominion, Bourne Objective, Bourne Deception, Bourne Sanction kitabından 4-ü türk dilinə tərcümə edilmişdir.