Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lülə kabab
Lülə kabab - qıymadan uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyəli hissəsidir.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Cücə kabab
Cücə kabab ― kabab növlərindən biri. İran mətbəxində məşhur yeməklərdən biridir. == Hazırlanması == Cücə kababın hazırlanmasında cücə ətindən, xamadan, soğandan, keşniş və cəfəri kimi göyərtilərdən, limondan, narşərabdan, duz və istiot kimi ədviyyatlardan istifadə olunur. Cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur. Cücə şərab narşərab və ya limon dilimləri ilə yeyilə bilər.
Gülə
Gülə (Sərdəşt)
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Lalə
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Luleo
Luleo (isv. Luleå) — İsveçin şimal-şərqində, Baltik dənizi Botnik körfəzinin fyordunda yerləşən şəhər və liman. Norrbotten leninin və Luleo şəhərinin kommunasının inzibati mərkəzi. İqlimi subarktikdir, iyulun orta temperaturu 15 °C, orta maksimum 18 °C, yanvar ayının orta temperaturu −10 °C, minimum −14 °C. Bu adlı bir yaşayış yeri 13-cü əsrdən bəri bilinir, 1621-ci ildə bir şəhər elan edilmişdir. Ancaq 1649-cu ildə buzlaqozostatik proseslərlə əlaqəli dənizin geri çəkilməsi səbəbindən şəhər cənub-şərqə 10 km köçürüldü və köhnə yerdəki qəsəbə Qammelstad adı ilə tanındı. 1887-ci ildə şəhərdə güclü bir yanğın baş verdi, binaların çoxunu məhv etdi. Bundan sonra şəhər yenidən qurulmalı idi. Buraya şəhərin mərkəzində təqdis zamanı hökmranlıq edən monarx Oskar-Frederik adını verən bir neoqotik kilsə inşa edildi. 1904-cü ildə Luleo yeparxiyasının (İsveçin ən şimalı və ən yenisi) yaranmasından sonra kilsə bir kafedra oldu. Kilsə şpilinin uzunluğu 67 metrdir ki, bu da şəhərin ən hündür binasıdır.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Gülə-gülə (Takab)
Gülə-gülə (fars. گوله گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sоnu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == Еl şairi Aşıq Lələ XVII yüzilin sоnu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yоlu haqqında məlumat оlduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir.XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Оsmanlılar Qarabağı aldıqdan sоnra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vеrgi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir еlinin Yağləvənd оymağının Gеcəgözlü оymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını оlduğu kimi yazımızda vеririk. Uzunəli Tanrıqulu оğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, оnun Uzunəli adlı qardaşı оlub. Bayatılarının birində dеyir: Uzunəli, bеz gəti, Arşın apar tеz gəti.
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Gülə (Soyuqbulaq)
Gülə (fars. گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (6 ailə).
Gülə (Sərdəşt)
Gülə (fars. گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Basdırma kabab
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. == Hazırlanması == Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. == Tərkibi == Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. == Hazırlanması == Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. == Etimologiya == Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. == Tarixi == əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar. Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.əş-Şəbab yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib.
Cücə kababı
Cücə kabab ― kabab növlərindən biri. İran mətbəxində məşhur yeməklərdən biridir. == Hazırlanması == Cücə kababın hazırlanmasında cücə ətindən, xamadan, soğandan, keşniş və cəfəri kimi göyərtilərdən, limondan, narşərabdan, duz və istiot kimi ədviyyatlardan istifadə olunur. Cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur. Cücə şərab narşərab və ya limon dilimləri ilə yeyilə bilər.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Külə Seyran
Külə Seyran (az.-əbcəd کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Lalə-Tulpan
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Lalə (Qürvə)
Lalə (fars. لاله اي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (132 ailə). Əhalisini kürdlər təşkil edir.