Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Sandrik
Sandrik (it. sandric, lat. sanidis, yun. σανις — lövhə) — bir memarlıq elementi, kiçik bir profilli korniş, pəncərə və ya qapı çərçivəsinin üstündəki üfüqi "rəf". Sandrikin utilitar funksiyası yağış suyunu açılışdan boşaltmaqdır; vizual - fasadın üfüqi bölmələrini vurğulamaqdır. Arxitravlar və sandriklər ilə alternativ estakadalar və açılışlar binanın fasadının kompozisiyasının tektonik xüsusiyyətlərini artıran müəyyən bir ritm yaradır. Kənarlar və şaquli plyastralar oxşar rol oynayır. Qədim Yunanıstan memarlığında belə bir element hipertir adlanırdı. Qarşı tərəfin tərkibində sandrik həm yuxarı, həm də aşağı hissədə yerləşə bilər. Mötərizədə dəstəklənir və yuxarıda bir pedimentlə, yanlarda - pilasterlər və ya sütunlarla tamamlanır..
Xandria
Xandria — 1994-cü ildə yaranmış simfonik metal qrupudur. Qrup 1994-cü ildə Almaniyanın Bilefeld şəhərində gitarist və eyni zamanda vokalist Marko Hoybaum tərəfindən yaranmışdır. 1997-ci ildə dağılan qrup, yeni kollektivi ilə birlikdə ancaq 1999-cu ildə yoluna davam edə bilmişdir. Qrupun janrı haqqında təsnifat vermək çətindir. Demək olar ki qrup, simfonik metal ilə birlikdə elektron musiqinin elementlərini kombinasiya edirdi. Qrupun yazdırdığı bir neçə demo yazıları, müxtəlif MP3 portallarında uğurla nümayiş olunduqdan sonra qrup, 2003-cü ildə "Kill the Sun" adlı ilk albomunu yayımladı. Albom, Almaniya musiqi siyahılarında 98-c yerə qədər qalxdı. Qrupun ikinci albomu "Ravenheart" isə 7 həftə siyahılarda qaldı və 36-cı yerə qədər qalxdı. 2005-ci ildə qrup, "India" adlı üçüncü albomlarını yayımladı. Bu albomda simfoniya tərəf yönlənmə daha çox hiss olunurdu.
Çandrila
Çandrila (ing. Chandrila) — "Ulduz müharibələri" kainatında uydurma planet. Çandrila sakit dənizləri və təpələri olan kiçik planetdir. Mülayim mövsümi hava və nadir hallarda təhlükəli hava şəraiti var. Planetin paytaxtı Hanna-Sitidir. Burada Endor döyüşündən sonrakı ilk aylarda Yeni Respublika Qalaktik Senatının yerləşdiyi Çandrila Senatı yerləşir. Çandrilalılar dinc, lakin bir az təkəbbürlü, pedantik və siyasətlə maraqlanan hesab olunur. İlk dəfə Çak Vendiqin 2015-ci ildə yayımlanan "Aftermath" romanında nümayiş olunmuşdur. Chandrila — Vukipediya saytında.
Andria
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Madrid
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir.Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-in evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir. Yüksək mövqeyi və hava kütlələrinin təsirinə açıq olması səbəbiylə ani istilik dəyişiklikləri sıx görülür.
Andris
Andris — kişi adı. Andris Ameriks — latviyalı dövlət və siyasi xadim Andris Berzinş — Latviyalı Dövlət və Siyasət Xadimi. Andris Ambaynis — Latviya informatiki Andris Treymanis — latviyalı peşəkar futbol hakimi.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mandarin ördəyi
Mandarin ördəyi — Şimali Amerikada yaşayan meşə ördəyinə bənzəyir. Dünyanın ən gözəl quşlarındandır. Nəsli tükənmə təhlükəsi yoxdur. Çünki bu ördəyin dadının pis olması ovçuları onu ovlamaqdan çəkindirir.
Robert Mandell
Robert Mandell (ing. Robert Alexander Mundell; 24 oktyabr 1932[…], Kinqston, Ontario – 4 aprel 2021) — kanadalı iqtisadçı. Vankuver şəhərindəki Britaniya Kolumbiya Universitetinin məzunudur. Robert Mendell 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1999-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1974-cü ildən Kolumbiya Universitetində iqtisadiyyat bölməsində professor olaraq işləyir.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Xandrin villası
Xandrin villası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Aleksabdrovskaya küçəsi, ev 56 ünvanında yerləşir. Bina 1870-ci ildə inşa edilmişdir. Xandrin villasının layihəsi Tenişevə məxsusdur. Xandrin villası Taqanroq şəhərinin fəxri sakini, sahibkar E. A. Xandrinin sifarişi ilə 1870-ci ildə arxitektor Tenişevin layihəsi əsasında inşa edilmişdir. «Daşınmaz əklakların siyahısına» görə bina 1873 - 1916-cı illər ərzində ancaq Xandrinlər ailəsinə məxsus olmuşdur (1898-ci ildən titullu məsləhətçi Anton Zaxaroviç Xardin). Oktyabr inqilabından sonra Xrdinlər ailəsi Xarkova köçmüşdür. İnqilabdan sonra burada şəhər hərbi komendaturası yerləşirdi. 1920-ci ildə bina şəhər təsərrüfatının balansına verilmişdir. Fasaddan ağacdan olan gerb və abidə çıxarılmışdır.
Handrij Zejler
Handriy Zeyler (a.sorb Handrij Zejler; 1 fevral 1804 – 15 oktyabr 1872) — Sorb şairi, yazıçı, folklor tədqiqatçısı. O, ədəbi sorb dilinin əsasını qoyanlardan biridi. == Həyatı == Handriy Zeyler Zalsenforst şəhərində anadan olub. İlk təhsilini 1818-1825-ci illərdə Budişinski gimnaziyasında alıb. Leypsiq Universitetinə daxil olmasına katolik yepiskopu Franz Yuri Lok kömək görsədib. 1825-1829-cu illərdə orada ilahiyyat fakültəsində təhsil almışdır. Tələbə ikən Sorbo dili təbliğat cəmiyyətinin fəaliyyətlərində iştirak etmişdir. Heindrich Kriegar ilə əməkdaşlıq edərək, o, əl ilə yazılmış " Serbska nowina " jurnalını nəşr olunub. Yeniyetmə ikən Zejler sorb folkloru mövzularında vətənpərvərlik mahnıları yazır. Bu mahnılardan biri - "Gözəl gölməçə" Korla Avqust Kotsorun (1845) musiqisi ilə məşhurlaşdı və Sorbiyanın dövlət himni oldu.
Handriy Zeyler
Handriy Zeyler (a.sorb Handrij Zejler; 1 fevral 1804 – 15 oktyabr 1872) — Sorb şairi, yazıçı, folklor tədqiqatçısı. O, ədəbi sorb dilinin əsasını qoyanlardan biridi. == Həyatı == Handriy Zeyler Zalsenforst şəhərində anadan olub. İlk təhsilini 1818-1825-ci illərdə Budişinski gimnaziyasında alıb. Leypsiq Universitetinə daxil olmasına katolik yepiskopu Franz Yuri Lok kömək görsədib. 1825-1829-cu illərdə orada ilahiyyat fakültəsində təhsil almışdır. Tələbə ikən Sorbo dili təbliğat cəmiyyətinin fəaliyyətlərində iştirak etmişdir. Heindrich Kriegar ilə əməkdaşlıq edərək, o, əl ilə yazılmış " Serbska nowina " jurnalını nəşr olunub. Yeniyetmə ikən Zejler sorb folkloru mövzularında vətənpərvərlik mahnıları yazır. Bu mahnılardan biri - "Gözəl gölməçə" Korla Avqust Kotsorun (1845) musiqisi ilə məşhurlaşdı və Sorbiyanın dövlət himni oldu.
Mandarin (film)
Mandarin (ing. Tangerine) — 2015-ci il ABŞ istehsalı komediya-dram filmi. Şon Beykerin rejissorluğu ilə çəkilib. Ssenari müəllifi Beyker və Kris Berqoçdur. Baş rollarda Kitana Kiki Rodriqes, Mia Teylor və Ceyms Renson çıxış edir. Film sevgilisinin ona xəyanət etdiyini öyrənən transgender seks işçisindən bəhs edir. Film üç ədəd iPhone 5S smartfonu ilə lentə alınıb.
Mandarin dili
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mişel Amandri
Mişel Amandri (fr. Michel Amandry; 1949[…], Fransa) — fransız numizmat. == Həyatı == Arxeoloq Pyer Amandrinin oğlu Mişel Amandri Strasburq və Parisdə təhsil alıb, 1979-cu ildə Sorbonna Universitetində doktorluq elmi dərəcəsi alıb. 1991-ci ildən 2013-cü ilin sentyabrına qədər o, Fransa Milli Kitabxanasının Sikkələr, medallar və qədim əşyalar Departamentinin Medallar şöbəsinin direktoru olub. O, Parisdəki Praktik Ali Elmlər Məktəbində numizmatika sahəsində pedaqoji fəaliyyətlə məşğul olur. Onun elmi-tədqiqat fəaliyyəti Roma imperiyasının numizmatikasını əhatə edir. Mişel Amandri Avstriya Elmlər Akademiyasının və Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, eləcə də çoxsaylı milli numizmatik cəmiyyətlərin üzvüdür. 2004-cü ildə Hantinqton medalı və Kral Numizmatik Cəmiyyətinin medalı ilə təltif edilmişdir. 2003-2009-cu illərdə Beynəlxalq Numizmatika Şurasının prezidenti olub. Numizmatik Tədqiqatların ikiillik İcmalının naşiri və həmredaktoru, 2001-ci ildə nəşr olunan Dictionnaire de numismatique-nin redaktoru və həmmüəllifi olub.
Klaudia Mandia
Klaudia Mandia (21 oktyabr 1992, Battipaliya, İtaliya) — İtaliyalı oxatan. Klaudia Mandia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudia Mandia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Makkenzi Brovnu ilə üz-üzə gəldi. Həmin görüşdə Klaudia Mandia rəqibinə 4:6 hesabı ilə uduzdu.
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. == Quruluşu və əməliyyatları == İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. == Tarixi == Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Madrid derbisi
Madrid derbisi (isp. El Derbi Madrileño) — İspaniyanın Madrid şəhərini təmsil edən Real Madrid və Atletiko Madrid klubları arasında oynanan, gərgin rəqabət şəraitində keçirilən futbol matçlarına verilən addır. Bu iki əzəli rəqib arasında baş tutan derbi əvvəllər yalnız İspaniya peşəkar futbol yüksək liqası çərçivəsində idi, lakin artıq son dövrlərdə derbi anlayışı ümumiləşdirilib və iki klub arasında (UEFA Çempionlar Liqası, Kral Kuboku, İspaniya Superkuboku və s. turnirlər) hər matçı əhatə edir. İki klub 2014-cü ildə UEFA Çempionlar Liqasının Finalı üçün Lissabonda qarşılaşdı və bununla ilk dəfə eyni şəhərin iki klubu final matçında oynadı. 2016-cı ildə Milanda keçirilən UEFA Çempionlar Liqasının Finalında Real Madridin iki il əvvəl olduğu kimi qalib gəldiyi ikinci qarşılaşmadan sonra, klublar 2018-ci ildə UEFA Super Kubokunda da qarşılaşdılar. Bu dəfə isə əsas vaxtın heç-heçə bitdiyi qarşılaşmada əlavə vaxtda Atletiko qalib gəldi. == Tarixi == İki klub arasında rəqabət XX əsrin əvvəllərində başladı. İspaniyan paytaxtının ən güclü klubu olan Madrid Futbol Klubu (1902-ci ildə təsis edilib) şəhərin ən yaxşı kiçik klublarının birləşmə və satınalmalarını davam etdirdi. Eyni zamanda Madrid FK rəqabət apardığı klubların ən yaxşı oyunçularını da heyətinə cəlb etdi, bu da Ağlara qarşı mübarizə apara bilməyən klubları sıradan çıxardı.
Madrid prinsipləri
Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. == Geri qaytarılması nəzərdə tutulan rayonlar == Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
Madrid şəhəri
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir.Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-in evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir. Yüksək mövqeyi və hava kütlələrinin təsirinə açıq olması səbəbiylə ani istilik dəyişiklikləri sıx görülür.
Real Madrid
Real Madrid FK (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 13 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 15 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb.