Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MATİ
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. == Tarixi və fəaliyyəti == Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Klub mate

Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Mata Hari
Mata Hari (tam adı: Marqareta Qertruda Zelle, nid. Margaretha Geertruida Zelle; 7 avqust 1876[…], Leyvarden – 15 oktyabr 1917[…], Vensen) — Almaniya kəşfiyyatçısı, əslən Hindistandan olan rəqqasə. Birinci Dünya Müharibəsi dövründə Almaniyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmuş və bu səbəbdən Fransız məhkəməsi tərəfindən müharibə vaxtı düşmən lehinə casusluq iddiası ilə güllələnmişdir. == Həyatı == 7 avqust 1876-da dünyaya gələndə, Marqarita Qertruda Zell adı ilə vəftiz edilmişdi.Ailəsi dindarlıq və ticarəti eyni səbətə qoyan Kalvinistlər idi.Papaqçı olan atası başqa bir qadın üçün evi tərk etmişdi.Anasın da qısa müddət sonra öldükdən sonra, həyatın bütün çətinlikləri ilə üz- üzə qalmışdı. 1895-in martında,19 yaşında olarkən Het Nieuwes van den Dag qazetində gördüyü bir elan həyatını dəyişdirəcəkdi. Şotland əsilli Rudolf MacLeo 20 ildir Hollaniya müstəmləkələrindən olan İndoneziyada yaşayırdı və özünə uyğun həyat yoldaşı axtarırdı. Bu vəziyyət o zamanlar çox məşhur idi.Elan yayımlananda MacLeod,ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırdı.Əslində elan Rudolfun yaxın dostlarının zarafatı idi.Elana 16 nəfər cavab vermişdi,Marqarita bunlardan sonuncusu idi.Elana cavabına qoyduğu şəkil Rudolfun diqqətini cəlb etmişdi.Bir-birlərinə məktublar yazdıqdan qısa müddət sonra evləndilər.Və 1 may 1897-də İndoneziyaya gedən Prenses Amalia adlı gəmi ilə yeni bir həyata yelkən açdılar. Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəldi. Birinci Dünya savaşından bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bildilər. Mata Almaniyanın Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrəndi.
Mata Xari

Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Mats Hummels
Mats Yulian Hummels (alm. Mats Julian Hummels‎, 16 dekabr 1988) — İtalyanın "Roma" klubunda və Almaniya milli futbol komandasında çıxış edən alman futbolçu. == Kareyrası == === Klub karyerası === Hummels 4 sentyabr 2024-cü ildə Almaniyanı tərk etmiş və İtaliya A Seriyayasında çıxış edən "Roma" klubu ilə bir illik müqavilə imzalamışdır.
Matt Hardi
Matt Hardi (ing. Matt Hardy) — Peşəkar amerikan güləşçisi. == Həyatı == Matt Hardi 23 sentyabr 1974-cü ildə doğulub.
Matt Vortinqton
Matt Lyuk Vortinqton (18 dekabr 1997, Sauthempton, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Bornmut klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Bornmut === Vortinqton öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Lester Siti klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Bornmut rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Yeovil Taun (icarə) === 31 avqust 2017-ci ildə Vortinqton icarə əsasında Liqa 2 təmsilçilərindən Yeovil Taun klubu ilə 2018-ci ilin yanvar ayına qədər müqavilə imzalamışdır.
Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir. Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir. == Coğrafiya == Ərazisi əsasən savannadan ibarətdir. Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Matç TV
Matç TV (rus. Матч ТВ) — 2015-ci ildə yaranan Rusiya idman telekanalı.
Matı (Baltas)
Matı (rus. Мата, başq. Маты) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 407 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 23 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 86 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98%) üstünlük təşkil edir.
Rudolf Mate
Rudolf Mate (ing. Rudolph Mate; 21 yanvar 1898[…], Krakov, Sisleytaniya – 27 oktyabr 1964, Hollivud, Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — polyak mənşəli ABŞ kinorejissor və kinooperatoru. Rudolf Mate (Mayer) 1898-ci ildə Krakovda yəhudi ailəsində anadan olmuşdur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlamış, daha sonra isə bir sıra Avropa ölkələrinə getmiş, alman rejissoru Karl Froynd ilə əməkdaşlıq etmişdir. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olur. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), 300 spartalı (1962) filmləri olmuşdur.
Xuan Mata
Xuan Manuel Mata Garsia (28 aprel 1988[…]) - ispan futbolçu. Türkiyə Super Liqa komandası "Qalatasaray FK"nın və İspaniya milli futbol komandasının şərəfini qoruyur. O, yarımmüdafiəçidir. Mata futbol həvəskar karyerasına atasının da tanındığı "Real Ovyedo" klubunda başlayıb. 15 yaşındaykən "Real Madrid" klubuna transfer olunmazdan əvvəl bu klubda 3 sezon çıxış etdi . 2006-cü ildə isə "Real Madrid"in əsas heyətinə qatıldı və burada cəmi bir mövsüm çıxış etdi. Mata "Real Madrid"lə olan sözləşməsinin 1-ci maddəsinə əsaslanaraq 2006-cı ilin mart ayında "Valensiya" ilə 2007-2008 sezonu başlamaq üzrə olarkən bir müqavilə imzaladı. Müqavilənin müddəti 4 il idi. Burada 4 sezonda 129 oyuna 33 qol vura bilmişdir. 21 avqust 2011-ci ildə "Çelsi" Matanı 23.500.000 avroya transfer etdi.
Yerba mate
Mato Kosık
Mato Kosık (a.sorb Mato Kosyk alm. Matthäus Kossick‎) — sorb şairi və jurnalist. == Bioqrafiya == Mato Kosık 18 iyun 1853-cü ildə kəndli ailəsində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra gimnaziyaya daxil olur, lakin 1873-cü ildə onu yarımçıq qoyaraq Leypsiq dəmir yolunda işə başlayır. Kosikin ilk şeirləri də məhz bu dövrdə yazılmışdır. 1877-ci ildə Verbenaya qayıdır, burada sorb jurnallarının redaksiyaları ilə əməkdaşlıq edərək ədəbi işlə məşğul olur. 1880-ci ildə "Bramborske Nowiny" jurnalının redaktoru olur, lakin bu iş ona özünü dolandırmaq üçün kifayət qədər gəlir gətirmir. Bu səbəblə, həm də orta məktəb diplomunun olmaması və istədiyi ilahiyyat işlərini aparmağa mane olması səbəbindən 1883-cü ildə ABŞ-yə mühacirət etmək qərarına gəlir. Amerikada əvvəlcə Sprinqfild (İllinoys), sonra Çikaqoda yevangelist teologiyanı öyrənir. Bitirdikdən sonra Vellsburq şəhərinin kilsəsinə pastor təyin edilir.
Mata Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Qabor Mate
Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt) — macar əsilli kanadalı terapevt və yazıçı. == Elmi fəaliyyəti == Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP, asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir. Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır. Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu. O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır. Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir. 2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Starıe Matı (Bakalı)
Starıe Matı (başq. Иҫке Маты, rus. Старые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (32 %) üstünlük təşkil edir.
Çatı katı: Həyatda müharibə