MAT

(Əli Bayramlı, Kürdəmir)
sakit, lal. – Kür bırda yap mat axır (Kürdəmir); – Su mat axan yerdə iri balığ olur (Əli Bayramlı)
MAŞU
MAT-QUT
OBASTAN VİKİ
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Emmanuel Matadi
Emmanuel Matadi (d. 15 aprel 1991; Monroviya, Liberiya) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Emmanuel Matadi Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Emmanuel Matadi 1991-ci ilin 15 aprel günündə Liberiyanın Monroviya şəhərində anadan olub. == Karyerası == Emmanuel Matadi birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Matadi 100 metr məsafəyə qaçış yarışlarında 10.31 saniyə nəticəyə imza atdı və 6-cı yeri tutdu. 200 metr məsafəyə qaçışda isə Emmanuel Matadi 20.49 saniyə nəticə ilə 5-ci yeri tutdu. Emmanuel Matadi həm də Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Liberiyanın dövlət bayrağını apardı.
Enrike Mateos
Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934, Madrid – 6 iyul 2001, Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir. == Klub karyerası == Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur. Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk elədi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur. Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı.
Erigeron matsudae
Erigeron matsudae (lat. Erigeron matsudae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Ficus mathewsii
Ficus mathewsii (lat. Ficus mathewsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Ficus matiziana
Ficus matiziana (lat. Ficus matiziana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Gips (material)
Gips — inşaat materialı. == Ümumi məlumat == Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Henri Matiss
Anri Emil Benua Matiss (fr. Henri Émile Benoît Matisse; 31 dekabr 1869[…], Le-Cato-Kambrezi[d], İkinci Fransa İmperiyası[…] – 3 noyabr 1954[…], Nitsa, Fransa) — fransız rəssam, heykəltaraş, Fovizm hərəkatının lideri. "Şlyapalı qadın" (1905), "Rəqs" (1909), "Qollarını qaldıran nökər" (1923) onun məşhur əsərlərindəndir. Anri Matiss XX əsrin ən vacib fransız sənətkarı hesab edilir. Rəngləri böyük bir ustalıqla işlətdiyinə görə Pikasso və Kandinskiylə birlikdə, modern sənətinin ən böyük sənətçilərindən biri kimi qəbul edilir. == Həyat və yaradıçılığı == === Uşaqlıq və gənclik illəri === Matiss 1869-cu ilin dekabr ayının 31-də Şimali Fransada dünyaya göz açmışdır. 1870–71-ci il müharibəsi, onun ailəsini Boheyn en Vermandoya qaytardı. Matissin atası həvəskar rəssam, anası isə taxıl ticarətçisi idi. Orta təbəqənin oğlu olan Matiss, uşaq ikən rəsmə maraq göstərməyinə baxmayaraq ilk təhsilini atasının istəyi ilə 1887–1888-ci illərdə Parisdə hüquq fakultəsində almışdır. Uğurla keçən təhsil illərindən sonra Sent Kventində bir vəkilin yanında köməkçi işləməyə başlamışdır.
Hersiana Matmuya
Hersiana Matmuya (Herciana Matmuja) — 1 fevral 1990-cı ildə anadan olan Albaniyalı müğənni. Hersi Albaniyanın "Ethet e Së Premtes Mbrëma", "Kënga Magjike" və "Festivali i Këngës" kimi böyük festivallarında iştirak edib və uğurlu nəticələr əldə edib. Hersiana Matmuya Zemërimi i Një Nate mahnısı ilə 52-ci "Festivali i Këngës"-də qalib gəlməsinin ardınca Albaniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək haqqını qazandı.
Hypericum matangense
Hypericum matangense (lat. Hypericum matangense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
I Matyaş
I Matyaş və ya Mattias Korvinus (mac. Hunyadi Mátyás, xorv. Matija Korvin, rum. Matei Corvin, slovak. Matej Korvín, çex. Matyáš Korvín, 24 fevral 1443 və ya 23 fevral 1443, Kluj-Napoka, Macarıstan krallığı – 6 aprel 1490 və ya 7 aprel 1490, Vyana)— 1458-1490-cı illərdə Macarıstan və Xorvatiyanın kralı. Bir neçə hərbi kampaniya təşkil etdikdən sonra 1469-cu ildə Bohemiya kralı seçilmiş, 1487-ci ildə isə Avstriya hersoqu ünvanını qəbul etmişdir. == Həyatı == Mattias Korvinus 24 fevral 1443-cü ildə Kolozvarda anadan olmuşdur. Matyaş Məşhur macar general Yanoş Hunyadinin kiçik oğlu idi. Atasının ölümündən sonra o, 1456-cı ildə atasının düşməni Ulrix tərəfindən əsir götürülmüş, kiçik qardaşı Laslo Hunyadi isə öldürülmüşdü.
Katolikos III Matteos
Katolikos III Matteos — albanların sayca LXIV katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesdən sonra taxta çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Matteos
Katolikos II Matteos - Albaniyanın XXVI katolikosu. Qəbələ yepiskopluğundan seçilmişdir.
Katolikos IV Matteos
Katolikos IV Matteos - Albanların LXXIII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I Matteos
I Matteos (erm. Մատթեոս, Qafqaz albanlarının dilində 𐕌𐔰𐔸𐔴𐕒𐕚) - Mxitar Qoşun katolikoslar siyahısında adı 3-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən onu bu kürsüdə əvəz etmiş Sahakla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.
Keçirici materiallar
Keçirici materiallar — kimi bərk cismlər, mayelər və qazlar keçirici materiallara aiddir. Bərk keçiricilər arasında elektrotexnikada ən çox metallar və ərintiləri tətbiq edilirlər. Xüsusi elektriki müqavimətlərinə görə "ρ" metallik keçirici materialları iki əsas qrupa bölmək olar: yüksək keçiricilikli metallar, hansılarda ki, normal temperatur zamanı ρ 0,05mkOm·m-dən böyük olmur və yüksək müqavimətli metallar və ərintilər, həmin şəraitdə ρ 0,3 mkOm·m-dən kiçik olmayanlar. Birinci qrupa aid olan keçirici materiallar əsasən dolaq və montaj naqillərinin, müxtəlif təyinatlı kabellərin, damarlarının, şinlərin və s. hazırlamaq üçün tətbiq edilirlər. İkinci qrupa aid olunan keçirici materiallar rezistorların, elektrik qızdırıcı cihazların, közərmə lampalarının tellərinin və s. istehsalı zamanı istifadə olunurlar. Kriokeçiricilər və hədsiz keçirici materiallar xüsusi qrupu təşkil edirlər, hansılar ki, mütləq sıfıra yaxın temperaturlar zamanı heçə bərabər kiçik xüsusi elektrik müqavimətinə malikdirlər. Maye keçiricilərə, bir qayda olaraq, əridilmiş metallar və müxtəlif elektrolitlər aiddirlər. Metalların əksəriyyəti kifayət qədər yüksək ərimə temperaturuna malikdirlər və buna görə də yüksək temperaturlarda maye keçiricilərdirlər.
Koişiro Matsuura
Koişiro Matsuura (ing. Kōichirō Matsuura; 29 sentyabr 1937[…], Şinaqava) — YUNESKO-nun baş direktoru, AMEA-nın Xarici üzvü (2008), Rusiya İncəsənət Akademiyasının Xarici fəxri üzvü. == Həyatı == Koişiro Matsuura 29 sentyabr 1937-ci ildə Tokioda anadan olub. 1959-cu ildə Tokio Universitetinin hüquq fakültəsini, 1961-ci ildə isə ABŞ-nin Pensilvaniya ştatının Heyverford kollecinin iqtisadiyyat fakültəsini bitirib. Diplomat kimi fəaliyyət göstərən Koişiro Matsuura 1992–1994-cü illərdə Yaponiyanın Xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, 20 oktyabr 1999-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunub. Təşkilatın sayca doqquzuncu rəhbəri olan cənab K. Matsuura bu vəzifəyə təyin olunan Asiya ölkələrinin ilk nümayəndəsidir. K. Matsuura 12 oktyabr 2005-ci il tarixində 4 il müddətinə YUNESKO-nun baş direktoru vəzifəsinə yenidən seçilmişdir. K. Matsuura beynəlxalq əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 10 iyun 2008-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin Fəxri doktoru seçilmişdir. K. Matsuura səmərəli fəaliyyətinə görə 23 aprel 2001-ci ildə Böyük Litva knyazı Qyadiminas ordeninin "Böyük xaç kavaleri" dərəcəsinə layiq görülmüşdür.
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Konosuke Matsuşita
Konosuke Matsuşita (yap. 松下 幸之助; 27 noyabr 1894, Vakayama, Vakayama prefekturası – 27 aprel 1989, Moriquti[d], Osaka prefekturası) — yapon iş adamı, "Matsushita Electric"in yaradıcısı, Panasonic, Technics, National markaları altında istehlakçı elektronikası ilə məşhurdur. == Həyatı == 1940-cı ildə Panasonicin İdarə Heyətinin sədri Konosuke Matsuşitanın qızı ilə evlənərək vəliəhd olan Masaharu Matsuşitanın əsl soyadı Hiratadır. Matsuşita ailəsinə kürəkən gedərək soy adını dəyişdirən fəxri prezident, 1961-ci ildə "Panasonic"in qabaqcılı olan "Matsushita Electric"in idarə heyətinin sədri olmuşdu. Öz zamanında firmasını beynəlxalq bir holdinq halına gətirən Matsuşita, 16 il sonra rəhbərlikdən çəkilmişdi. === Ölümü === "Panasonic"in vətəni olan Osakada, ailənin tikdirdiyi "Matsuahita Memorial" xəstəxanasında pnevmoniyadan müalicə alan Matsuşita, son günlərini bu xəstəxanada keçirib. === Şəxsi həyatı === Hazırda "Panasonic"in idarə heyətində yalnız İdarə heyəti sədr müavini olaraq oğlu Masayuki Matsuşita yer alır.
Kontak materialları
Kontakt materialları — elektrik dövrələrinin periodik olaraq qapanması və açılması üçün xidmət edirlər. Böyük cərəyan şiddətlərində və yüksək gərginlikdə dövrələrin qırılması üçün tətbiq edilən, qırıcı kontaktlar üçün materiallar, qapalı vəziyyətdə kontaktın keçid elektrik müqavimətində yüksək etibarlılığı təmin etməlidirlər. Qırıcı kontaktlar üçün kontakt materialları kimi, təmiz gec əriyən metallardan əlavə, müxtəlif ərintilər və metal-keramik kompozisiyalar tətbiq edilirlər. Ag – CdO sisteminin materialı kütləyə görə kadmium oksidi 12…20% təşkil etdikdə böyük tətbiqə malikdir. Belə material gümüş-kadmium ərintisinin oksidləşdirici atmosferdə qızması zamanı alınır. Böyük güclü qurğularda qırıcı kontaktlar üçün gümüşün Ag, Co, Ni, Cr, W, Mo və Ta ilə; misin Cu-un W və Mo ilə; qızılın Au-un W və Mo ilə kompozisiyalarını tətbiq edirlər. Sürüşkən kontaktlarıüçün materiallar sürtülməyə qarşı yüksək davamlılığa malik olmalıdırlar. Bu məqsəd üçün soyuqdartılan (bərk) misi, beriliumlu tuncu tətbiq edirlər, həmçinin Ag – CdO sistemli materialı.
Kontakt materialları
Kontakt materialları — elektrik dövrələrinin periodik olaraq qapanması və açılması üçün xidmət edirlər. Böyük cərəyan şiddətlərində və yüksək gərginlikdə dövrələrin qırılması üçün tətbiq edilən, qırıcı kontaktlar üçün materiallar, qapalı vəziyyətdə kontaktın keçid elektrik müqavimətində yüksək etibarlılığı təmin etməlidirlər. Qırıcı kontaktlar üçün kontakt materialları kimi, təmiz gec əriyən metallardan əlavə, müxtəlif ərintilər və metal-keramik kompozisiyalar tətbiq edilirlər. Ag – CdO sisteminin materialı kütləyə görə kadmium oksidi 12…20% təşkil etdikdə böyük tətbiqə malikdir. Belə material gümüş-kadmium ərintisinin oksidləşdirici atmosferdə qızması zamanı alınır. Böyük güclü qurğularda qırıcı kontaktlar üçün gümüşün Ag, Co, Ni, Cr, W, Mo və Ta ilə; misin Cu-un W və Mo ilə; qızılın Au-un W və Mo ilə kompozisiyalarını tətbiq edirlər. Sürüşkən kontaktlarıüçün materiallar sürtülməyə qarşı yüksək davamlılığa malik olmalıdırlar. Bu məqsəd üçün soyuqdartılan (bərk) misi, beriliumlu tuncu tətbiq edirlər, həmçinin Ag – CdO sistemli materialı.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.

Значение слова в других словарях