Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maxaon
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Mahlon Lumis
Mahlon Lumis (ing. Mahlon Loomis; 21 iyul 1826 – 13 oktyabr 1886) — yer atmosferində yüklü təbəqələrin olması ideyasına əsaslanaraq simsiz rabitə və elektrik enerjisi istehsal edən sistem təklif etməklə tanınan amerikalı diş həkimi və ixtiraçı. == Həyatı == Mahlon Lumis 26 iyul 1826-cı ildə Amerikanın Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Mahlon Lumis simsiz teleqrafiyanın ilk tədqiqatçılarından biridir. Lumis 1872-ci ildə naqilsiz əlaqə üçün dünyada ilk patenti almışdır. Təəssüflər olsun ki, onun aparatlarının çertyojları günümüzə qədər saxlanmayıb. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Maxaon (dəqiqləşdirmə)
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Maxaon (kəpənək)
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Maxaon (mifologiya)
Maxaon (yun. Μαχάων) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Dövrünün cərrahı, Yelenanın nişanlısı. O, qardaşı Podaliriylə birlikdə, 30 gəmi ilə Troya uğrunda döyüşə qatılmış, həm döyüşçü, həm də təbib kimi böyük şücaətlər göstərmişdir. Sağlamlıq ilahəsi Higeyanın qardaşı. Aleksanora, Sfira və Polemokratın atası. Karl Linney onun şərəfinə yelkənlilər ailəsindən olan kəpənəyə onun adını - Papilio machaon, 1758 - vermişdir.
Maxaon yelkənciyi
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Papilio machaon

Typhlodromus machaon
Typhlodromus machaon (lat. Typhlodromus machaon) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus machaon Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Madeon
Hüqo Pyer Lekler (fr. Hugo Pierre Leclercq); təxəllüsü Madeon — fransız DJ, musiqiçi və mahnı müəllifi.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Maiao
Raivavae (fr. Maiao, taiti Mai’ao) — Küləküstü adalar qrupuna daxil olan ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 9 km²-dir. Hündürlüyü 154 metrdir. Kiçik adacıqlarda əhatələnmişdir. Murea adasından 70 km qərbdə yerləşir. daxilində iki laqun vardır: Roto Iti və Roto Rahi. == İnzibati bölgüsü == İnzibati baxımından Cənub adaları kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 209 nəfər yaşayır.
Makao
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
Mayan
Aşağı Mayan (Təbriz)
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Abaran mahalı
Abaran mahalı — İrəvan xanlığında mahal adı. == Tarixi == Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır.
Aharon Katsir
Aharon Katsir-Kaçalski (ivr. ‏אהרן קציר‏‎; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı[d], Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub. == Həyatı == 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur. Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir. == Mükafatları və xatirəsi == 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır.