Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirqamət Əliyev
Bergamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Berqamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Mərhəmət
Mərhəmət — lüğətlərdə "bir kəsin və ya bir başqa canlının qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər, yazığı gəlmə" olaraq müəyyənləşdirilir. Neo-spiritualist terminologiyada da istifadə olunan terminlərdən biridir.
Perqament
Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material. E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir. Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Broun
Marqaret Molli Broun (ing. Margaret Brown; 18 iyul 1867[…] – 26 oktyabr 1932[…], Nyu-York, ABŞ) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Marqaret Dinqeldeyn
Marqaret Dinqeldeyn (d. 30 may 1980) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Marqaret Dinqeldeyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Marqaret Etvud
Marqaret Etvud (18 noyabr 1939[…], Ottava, Ontario, Kanada) — Kanada yazarı, ədəbi tənqidçi. == Həyatı == 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret artıq liseydə olarkən Edqar Alan Po-nun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı “Double Persephone”-nu nəşr etdirir. Yaradıcılığının ilk illərindən uğurla yol yoldaşı olan şairə ikinci şeirlər kitabı “The Circle Game” ilə Kanadanın nüfuzlu ədəbi mükafatına – “Governor General’s Award”-a - layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından olur. 1972-ci ildə Kanada ədəbiyyatını geniş araşdırıb, şərh etdiyi “Survival: A Thematic Guide to Canadian Literature” kitabı ilə cəmiyyətdə irimiqyaslı ədəbi müzakirələrə səbəb olur. Ötən il “Nobel Ədəbiyyat Mükafatı” na namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir - “The Circle Game” (1964), “The Journals of Susanna Moodie” (1970), “Power Politics” (1971), “You Are Happy” (1974), “True Stories” (1981), “Interlunar” (1984). Lakin nəhəng poetik irsə sahib olmasına baxmayaraq yazıçı dünya ədəbiyyatında roman müəllifi kimi tanınır. Etvud “Surfacing” (1972), “Lady Oracle” (1976), “Cat’s Eye” (1988), “The Handmaid’s Tale” (1986) kimi onlarla romanın müəllifi kimi özünə böyük ədəbi nüfuz qazanıb.
Marqaret Hamilton
Marqaret Hamilton (17 avqust 1936, ing. Margaret Hamilton)— Amerikalı kompüter mütəxəssisi, sistem mühəndisi, alim. O, "Apollon" və "Skylab" layihələrinin proqramlarını hazırlayan qrupa rəhbərlik etmişdir. == Həyatı == Marqaret Hamilton 17 avqust 1936-cı ildə İndiana ştatının Paoli şəhərində anadan olmuşdur. Orta təhsilini Hankok liseyində almış, 1954-cü ildə buranı bitirərək Miçiqan Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Brandeis Universitetində mücərrəd riyaziyyat sahəsi üzrə magistr təhsili almaq üçün Boston şəhərinə köçmüşdür. == Fəaliyyəti == Marqaret Hamilton 1960-cı ildə meterologiya sahəsində hava proznozunu təyin edən cd-nin inkişaf etdirilməsi işi ilə bağlı müvəqqəti olaraq Massaçusets Texnologiya İnstitutu-da çalışmışdır. 1961–1963-cü illər ərzində o, "Linkoln lab"-da "Sage" layihəsində işləmişdir. Bu layihə Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılan hava fəaliyyətlərini simulasiyalar vasitəsilə izləyən kompüter proqramı "Whirlwind"in davamı idi. "Sage" proyekti isə soyuq müharibə dövründə sovet hərbi təyyarələrinin hücumlarına qarşı müdafiə məqsədilə yaradılmışdı.
Marqaret Kavendiş
Marqaret Kavendiş (1623[…] və ya 1617 – 15 dekabr 1673[…], İngiltərə krallığı) — İngiltərə yazıçısı. == Həyatı == Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623–15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub. Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb. Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır.
Marqaret Kenyatta
Marqaret Wambui Kenyatta (16 fevral 1928, Nayrobi – 5 aprel 2017, Nayrobi) - Keniyalı siyasətçidir. Keniyanın ilk prezidenti Jomo Kenyatta və həyat yoldaşı Qreys Vahunun qızıdır. Marqaret 1970-1976-cı illərdə Nayrobinin meri və 1976-cı ildən 1986-cı ilə qədər Keniyanın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışmışdır. Daha sonra 1992-2002-ci illərdə Keniya Seçki Komissiyasının komissarı təyin edilmişdir. Marqaret Keniyanın dördüncü prezidenti Uhuru Kenyatta'nın (Mama Ngina Kenyatta'nın oğlu, Jomo Kenyatta'nın 4'cü arvadı) bir bacısıdır. == Erkən həyat == Margaret Kenyatta, Keniyanın paytaxtı Nayrobinin Pumwani Doğum Xəstəxanasında, Keniyanın ilk prezidenti olmuş Keniyalı siyasətçi Jomo Kenyatta'nın oğlu və ilk həyat yoldaşı Grace Wahu'da anadan olub. Kenyatta'nın Wahu ilə evlənməsindən sonra qardaşı Peter Muigai'den sonra ikinci övladdır. Marqaret anadan olanda atası siyasi fəallıq göstərdi və müstəmləkəçi işğalçılar tərəfindən zorla alınan Afrika torpaqlarının geri qaytarılması uğrunda mübarizə üçün yaradılan Kikuyu Mərkəzi Birliyinin (KCA) baş katibi oldu. 1929-cu ildə, yalnız bir yaşı olanda, atası siyasi mövzuları müzakirə etmək üçün KCA-nı təmsil etmək üçün İngiltərəyə getdi. Kenyatta növbəti il vətənə qayıtdı, lakin 1931-ci ildə İngiltərəyə və Sovet İttifaqına sonrakı təhsil üçün qayıtdı.
Marqaret Kin
Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı. == Həyatı == Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini — biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də "iri gözlü mələklər"inə görə tanınırdı. On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur.
Marqaret Mitçell
Marqaret Mitçell (ing. Margaret Munnerlyn Mitchell; 8 noyabr 1900, Atlanta – 16 avqust 1949[…], Atlanta) — ABŞ-lı yazıçı. Marqaret Mitçell 1936-cı ildə nəşr etdirdiyi "Küləklə sovrulanlar" əsəri ilə məşhurlaşdı. 1936-cı ildə nəşr olunan "Küləklə sovrulanlar" kitabı 1936-cı ildə "Ən görkəmli roman" nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazandı. == Həyatı == Marqaret Mitçell 1900-cü ildə ABŞ-nin Atlantandə doğulub. Yazıçının atası Skarlett Ohara İrlandlı, ana tərəfi isə Fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş Müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb, tərbiyə almışdır.
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. == Həyatı == 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. == Yaponiya == 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir. Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur.
Marqaret Tetçer
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Marqaret Teylor
Marqaret Teylor (ing. Margaret Mackall Smith Taylor; 21 sentyabr 1788 – 14 avqust 1852[…], Missisipi ştatı) — ABŞ Prezidenti Zakari Teylorun həyat yoldaşı.
Marqaret Uitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Marqaret Vitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Mirdamət Bağıyev
Mirdamət Səristan oğlu Bağıyev (15 noyabr 1986, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Mirdamət Bağıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində gedən şiddətli Aprel döyüşləri zamanı Ermənistan Ordusunun 7 ədəd tankını, 1 ədəd Piyadanın Döyüş Maşınını (PDM), 1 ədəd Komandir maşının və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv etmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən təltif edilmişdir. Mirdamət Bağıyev 1986-cı il noyabrın 15-də Şamaxı rayonunun Poladlı kəndində anadan olmuşdur. Mirdamət Bağıyev 1992-ci ildə M. Kərimov adına Poladlı hənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 2003-cü ildə oradan məzun olmuşdur. Daha sonra o, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məhtəbinə (AAHM) qəbul olmuşdur. Mirdamət Bağıyev 2007-ci ildə ali hərbi təhsilini "yerüstü artilleriya" ixtisası üzrə başa vurmuşdur. Ardınca isə o, 2007-ci ildən 2009-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərhəzində (TTM) dinləyici olmuşdur. Mirdamət Bağıyev ailəlidir.
Mirdamət Seyidov
Mirdamət Seyidov — İkinci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş azərbaycanlı partizan. İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır. Müharibənin ilk günlərindən cəbhəyə getmiş; amma almanlara əsir düşmüşdür. Dahau (alman. Dachau ) ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi. Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir.