Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klaudio Merulo
Klaudio Merulo (8 aprel 1533[…] – 4 may 1604, Parma) — italyan bəstəkarı, orqançısı və müəllimi.
Meril Devis
Meril Devis (ing. Meryl Davis; 1 yanvar 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Meril Devis, Çarli Vayt ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Meril Devis 1987-ci il yanvarın 1-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Meril Devis beş yaşından idmanla məşğul olmağa başladı.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Streep`ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Mariqo
Mariqo (fr. Marigot) — Fransanın Sen-Marten dəniz ərazisinin paytaxtı və ən iri yaşayış məskəni. Əhalisi 5,7 min nəfərdir (2006). Yaşayış məskəni XVIII əsrdə bataqlıq yerdə salınıb. Əvvəllər bura balıqçılıq qəsəbəsi olub.
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Merida
Merida (İspaniya)
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Merlion
Merlion (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir"). Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.
Mexiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Mərzili
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. == Toponomikası == Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Ameriqo Vespuççi
Ameriqo (Ameriko) Vespuççi (it. Amerigo Vespucci, lat. Americus Vespucius; 9 mart 1454, Florensiya, Florensiya Respublikası – 22 fevral 1512, Sevilya, Kastiliya krallığı) — florensiyalı səyyah, kartoqraf. == Həyatı == Ameriqo Vespuççi 9 mart 1454-cü ildə Florensiyada anadan olmuşdur. Xristofor Kolumbun "Amerikanı" kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyə"ni geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi, lakin ispanlar Amerika qitəsini öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar.
Angela Melillo
Angela Melillo (it. Angela Melillo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Arabis merinoi
Arabis alpina (lat. Arabis alpina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabidium alpestre Spach Arabidium alpinum (L.) Fourr. Arabidium saxeticolum (Jord.) Fourr. Arabis albida var. elata Sprague Arabis alpina subsp. alpina alpina Arabis alpina f. alpina Arabis alpina var. alpina alpina Arabis alpina subsp. cantabrica (Leresche & Levier) Greuter & Burdet Arabis alpina var.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib.Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
Asif Mərzili
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı. == Həyatı == Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı "Rеspublika" qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı "Həyat" (indiki "Azərbaycan") qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə "Ədalət" qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub.
Aythya marila
Dəniz qaraördəyi (lat. Aythya marila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Bartelemi Derblo
Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625, Paris – 8 dekabr 1695, Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır. Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir.
Berta Morizo
Berta Morizo (fr. Berthe Morisot; 14 yanvar 1841, Burj — 2 mart 1895, Paris) — Parisdəki sənətçilər dairəsinin bir hissəsi olan fransız rəssam, impressionistlər kimi tanınmışdılar. 1864-cü ildə ilk əsərlərini Fransanın ən nüfuzlu sənət sərgilərindən birində - Paris Salonunda, Paris İncəsənət Akademiyasının illik rəsmi sərgisində nümayiş etdirdi. 1874-cü ildə Sezan, Deqa, Monet, Morisot, Pissaro, Renuar və Sisley tərəfindən yaradılan "təcrid olunmuş" impressionistlər qrupuna daxil olana qədər onun əsərləri altı parisi salonunda iştirak etmək üçün seçilib və fotoqrafın studiyasında ilk sərgilərində iştirak etdi Nadar 1892-ci ildə ilk şəxsi sərgisi keçirildi. Berta Morizo 1895-ci ildə 54 yaşında ağciyər xəstəliyindən vəfat etdi. Passi qəbiristanlığında dəfn edilmişdir.
Boytumelo Masilo
Boytumelo Masilo (5 avqust 1995) — Botsvananı 800 m məsafəyə qaçış yarışlarında təmsil edən və orta məsafələrə qaçan yüngül atlet. Boytumelo Masilo Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. O, 800 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur. Onun karyerası boyunca ən yaxşı nəticəsi 2016-cı ildə Kortriykdə əldə etdiyi 1:45.87 saniyəlik nəticəsidir.
Cambattista Marino
Cambattista Marino(it. Giambattista Marino); 14 oktyabr 1569, Neapol — 25 mart 1625, orda) — İtalyan şair. == Həyatı == Marino XVII əsrin ən böyük şairi kimi təkcə İtaliyada deyil, həm də bütün Avropa ölkələrində geniş şöhrət qazanmışdır. Onun barokko cərəyanının yayıldığı bütün ölkələrdə çoxlu ardıcılları və təqlidçiləri olmuşdur. Marino Barokko şeirinin ən səciyyəvi nümayəndələrindən biridir. O, öz dövrünə görə şeirin mövzu dairəsini genişləndirdi. Şair belə hesab edirdi ki, təbiətdə insan hiss və duyğularının qavraya biləcəyi hər şey poeziyanın mövzusu olmağa layiqdir. Marino aşiqanə şeirə yeni boyalar gətirdi. XVI əsrin lirik şairlərindən fərqli olaraq Marinonun təsvir etdiyi sevgili surəti daha konkret və realdır. Onun şeirlərində qadının cismani gözəlliyindən alınan həzz və ləzzətin təsviri mühüm yer tutur.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. == Həyatı == Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir.Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi. 2003-cü ildə Likuda qayıtdı.
Dino Merlin
Dino Merlin (12 sentyabr 1962) — Bosniya və Herseqovina müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanın təmsilçisi. == Həyatı == 12 sentyabr 1962-ci ildə anadan olmuşdur.
Dərili (Xudafərin)
Dərili (fars. دریلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (84 ailə).
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.