Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikri-Prespa gölü
Mikri-Praspa gölü və ya Kiçik Prespa gölü (yun. Λίμνη Μικρή Πρέσπα, Limni Mikri Prespa; alb. Prespa e Vogël, mak. Мало Преспанско Езеро, Malo Prespansko Ezero) — Yunanıstan (hövzəsinin sahəsi 138 km², səthinin sahəsi 42,5 km²) ilə Albaniya (hövzəsinin sahəsi 51 km², səthinin sahəsi 4,3 km²) arasında yerləşən tektonik göl. İki Prespa gölündən ən kiçiyidir. Mikri-Praspa gölü nadir quş növlərinin çoxalması və qidalanması üçün uyğun olan bataqlıqlara malik olması ilə tanınır. Burada dünyanın ən böyük qıvrımlələk qutan koloniyası çoxalır. Gölün florasını 1.500-dən çox bitki növü təşkil edir. Bu növlərdən 146-sı Ohrid gölü üçün, 39 növü Prespa gölləri üçün endemikdir. Göldə Aqios Axillios adlı ada yerləşir.
Hikari
Hikari — Yaponiya qadın adı. Hikari Nakade — Yaponiya qadın futbolçusu. Hikari Takaqi — Yaponiya qadın futbolçusu. Hikaru Kitaqava — Yaponiya qadın futbolçusu. Hikaru Naomoto — Yaponiya qadın futbolçusu.
Qikori
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Ağ gikori
== Təbii yayılması: == Amerikanın cənub-qərbində normal, rütubətli torpaqlarda bitir. == Botaniki təsviri: == Hündürlüyü 30 m, gövdəsinin diametri 1m-dək olan ağacdır. Gövdəsi tünd bozdur. Çətiri enli-piramidal formalıdır. Yarpaqların uzunluğu 30 sm-dək, üstü tünd yaşıl, sarımtıl çalarlı, alt tərəfi sıx, narıncı və ya qonur tükcüklüdür. Payızda gözəl qonur-qızılı rəngli olur. Meyvələri 1-2(4) ədəd salxımda, diametri 5 sm-dəkdir. == Ekologiyası: == Kariyaların ən çox şaxtaya davamlı növlərindən biridir. Temperaturun -300-dək enməsinə dözür. Şəhər şəraitinə davamlıdır.
Cilyi mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Ciqli mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hikari Takaqi
Hikari Takaqi (d. 21 may 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 1 qol vurub.
Lisa Vikari
Lisa Vikari (alm. Lisa Vicari‎; 11 fevral 1997, Münxen) — almaniyalı aktrisa. == Bioqrafiya == Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur. O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı. 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı. Vikari Potsdamda media təhsili alır. Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Midori (koala)
Midori (みどり, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır. Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir. Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.
Midori Honda
Midori Honda (d. 16 noyabr 1964) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 43 oyun keçirib.
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mikura adası
Mikuracima adası (yap. 御蔵島) — Sakit okeanda yerləşən vulkanik ada. İzu adaları tərkibinə daxildir. Tokiodan 200 km, Miyakecima adasından 22 km cənubda yerləşir. Ada 11 km uzunluğa, 8 km enə malikdir. Ən hündür zirvəsi Oyama dağıdır (yap. 御山). Adada əhali Mikuracima kəndində cəmləşmişdir.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Ürəkvari gikori
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60–70-ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən "Şikari" dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. "Şikari" dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. "Şikari"də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Şoko Mikami
Şoko Mikami (d. 8 yanvar 1981) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Minari (film)
Minari (kor. 미나리) — 2020-ci il ABŞ istehsalı drama filmi. Rejissoru və ssenari müəllifi Li Ayzek Çundur. Film 1980-ci illərdə Amerikaya köçən koreyalı ailədən bəhs edir. Stiven Yon — Jacob Yi Han Ye-ri — Monica Yi Alan Kim — David Yi Noel Kate Cho — Anne Yi Youn Yuh-jung — Soon-ja Will Patton — Paul Scott Haze — Billy Jacob Wade — Johnnie Skip Schwink — Doctor a24films.com/films/minari — Minarinin rəsmi saytı Minari — Internet Movie Database saytında.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca "dairəvi", "aralıq", ku "dağ" deməkdir (Dairəvi dağ kəndi). Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. Teymur Rüstəmov (1973–1992). Şamil Talıbov (1974–1994).
Fatehpur-Sikri
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib. == Haqqında == Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir. Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Migri kəklikotu
Mikki Maus
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Mikki Rurk
Filip Andre "Mikki" Rurk Jr. (16 sentyabr 1952, Skenektadi[d], Nyu-York ştatı) amerikan Oskar-namizədi aktyoru ve boksçusudur. 80-ci illərdə Rurk, Nahar, Döyüş Balığı, 9,5 Həftə, Əjdaha İli, Mələyin Qəlbi, Barfly, Ölənə Dua, Gözəl Conni kimi filmlərdə rol alaraq birinci sinif aktyor statusuna gəldi və həmçinin dünyada məşhurluq qazandı. Həmçinin kirtiklərdə onun barəsində yaxşı fikirlər bildirdilər. Ancaq 1990-cı illərdə o, Vəhşi Orxideya,Ümidsiz Saatlar, Xarli Devidson ve Kavboy Marlboro kimi filmləri məşhurluq qazansada kritiklər tərəfindən pislənildi, hətta Vəhşi Orxideya filmi ona Ən Pis Aktyor namizədliyi gətirdi. Rurk bu vaxtlar aktyorluğun darıxdırıcı olduğunu bildirərək, boksa başlamış, peşəkar boks üzrə 3–4 il döyüşmüşdür. Əslində uşağlığında boks çempionu olmuş Rurk, təəssüf ki, bu vaxtlarda həyatı pis getdi. Həyat yoldaşı ilə olan problemlər və pulunun azalması bir yana, təkrar aktyorluğa qayıdan Rurk, yaxşı filmlərdə çox rol ala bilmirdi. Həmçinin alkoqol, narkotik, ve döyüşdə aldığı zərbələrdən ötəri, daha sonra etdiyi plastik əməliyatlar Mikkinin sifətini daha da pisləşdirdi. Mikki, 2000-ci illərdə təkrar kino biznesində yaxşı işlər almağa başladı və "Bir dəfə Meksikada", "Heyvan fabriki", "Qəzəb" və "Günahlar şəhəri" filmləri ilə təkrar öz məşhurluğuna qayıddı.