Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miçi Qoto
Miçi Qoto (27 iyul 1990, Suzuka[d], Mie prefekturası) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Vinalopo-Mica
Vinalopo-Mica(isp. Medio Vinalopó) — İspaniyada yerləşən rayon.
DJ Mic Check
Sagopa Kajmer (türk: [sagopɑ kaʒmɛɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyəli reper, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceylik fəaliyyətinə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda "Silahsız Kuvvet" adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan "Yeraltı Operasyonu" albomunda yer aldı. Əvvəl "Silahsız Kuvvet" təxəllüsünü istifadə edən sənətçi daha sonra "Sagopa Kajmer" adından istifadə etməyə başladı və "Sagopa Kajmer" adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə "On Kurşun", 2004-cü ildə "Bir Pesimistin Gözyaşları" albomunu yayımladı."G.O.R.A."filminin musiqilərini bəstələdi. 2005-ci ildə "Romantizma" albomunu buraxdı.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Fici
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
MIDI
MIDI (ing. Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər.
MiFi
MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər. MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar. Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Michx.
Andre Mişo (fr. André Michaux, 1746—1802) — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. H. Savage and E. J. Savage, André and François-André Michaux, University Press of Virginia, 1986. (ing.) The Proceedings of the André Michaux International Symposium, in Castanea, The Journal of the Southern Appalachian Botanical Society, Occasional Papers number 2, December 2004 (printed May 2006) (ing.) Régis Pluchet, André Michaux : le laboureur et l'explorateur, in Hommes et Plantes, Hiver 2005, Paris. (fr.) Régis Pluchet, François-André Michaux : l'homme des arbres, in Hommes et Plantes, Automne 2007, Paris. (fr.) Joseph Philippe François Deleuze, Notice historique sur André Michaux, Annales du Muséum National d'Histoire Naturelle, tome 3, An XII (1804). (fr.) Brummitt R. K.; Powell C. E. (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew. ISBN 1-84246-085-4.
Miho
Miho — Yaponiya qadın adı. Miho Manya — Yaponiya qadın futbolçusu. Miho Fukumoto — Yaponiya qadın futbolçusu. Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Miju
Miju (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca "dairəvi", "aralıq", ku "dağ" deməkdir (Dairəvi dağ kəndi). Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. Teymur Rüstəmov (1973–1992). Şamil Talıbov (1974–1994).
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Maço
Maçoluq — kişinin sosial və cinsi cəhətdən qadının üstündə olduğu və bu səbəblə xüsusi imtiyazlara sahib olduğu ideyasına əsaslanan cərəyan. Ümumi olaraq, kişilərin qadınlar üzərində hökmranlığını davranışlarına əks etdirən kişilərə verilən addır. Bu fikri müdafiə edən və həyata keçirən insanlara maço deyilir. Eyni zamanda, maçoluq sonradan qəbul edilmiş fikirlər toplusu olmaqdan daha çox, fərdlər tərəfindən ətraf mühitdən qəbul edilən, kortəbii şəkildə normallaşan genderin əsas amillərindən biri kimi mövcuddur.
EA DICE
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Eria amica
F.Michx.
Fransua Andre Mişo (fr. François André Michaux; (1770–1855)) – Fransız botaniki.