Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Masırı nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == Nüvədi (Meğri) 1. Kərdəzor azərb kəndi (20 ailə) 2. Yarıkətxuda. BaĢqa adı Xətibandır azərb. kəndi (7 ailə) 3. Kəmasəri azərb. kəndi (6 ailə) 4. Tas 1 azər. ailəsi + 1 er. ailəsi 5.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Qafqaz əsiri
"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qurzufda başlamış, 20 fevral 1821-ci ildə Kamenkada (Vasili Davıdov adına) tamamlamışdır. Puşkin Cənuba sürgün ediləndən sonra məşhur "Cənub poemaları"nı yazmışdır. Bu silsilədən olan poemaların birincisi "Qafqaz əsiri"dir. "Qafqaz əsiri"nin yaranması Puşkinin "Çaadayevə" və "Qara şal" kimi üsyankar şeirlərini yazdığı illərə təsadüf edir. Sürgün illərinin məhsulu olan bu əsər şairin öz yaşadıqlarının təsviridir. Puşkinin bütün poemalarında real həyat, məişət səhnələrinin təsviri əsas yer tutur. Bu cəhət Puşkin poeziyasına məxsus başlıca xüsusiyyətdir. Bu xüsusiyyəti "Qafqaz əsiri"ndə görürük.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.
Əl-Misri
"Əl-Misri" (ərəb. المصري‎; mənası – misirli) — 1936–1954-cü illərdə Misirin Qahirə şəhərində nəşr olunan ərəbdilli qəzet. Qəzet mövcud olduğu dövrdə ən çox oxunan qəzetlərdən biri olmuşdur. "Əl-Misri" 4 may 1954-cü ildə Misir hakimiyyəti tərəfindən bağlanmışdır. "Əl-Misri" 1936-cı ildə Kərim Sabit, Məhəmməd Əl Taba və Mahmud Əbu Əl-Fəth tərəfindən yaradılmışdır. Qəzetin yaradılmasında aparıcı yəhudi iş adamı Eli Politi də köməklik etmişdir. "Əl-Misri" fəaliyyətə başladıqdan bir müddət sonra Mahmud Əbu Əl-Fəth qəzeti bir neçə min dollara satın almış və onu "Vəfd" partiyasının rəsmi media orqanına çevirmişdir. Mahmud Əbu Əl-Fəthin kiçik bacıları qəzetdə işləyirdilər: Hüseyn Əbu Əl-Fəth idarəedici redaktor, Əhməd Əbu Əl-Fəth "Əl-Misri" jurnalının redaktoru idi. 1954-cü ilin mayında "Əl-Misri"də Camal Əbdül Nasirdən Nasserdən "Vəfd" partiyasının siyasətinə əməl etməsini tələb edən bir neçə məqalə dərc edildikdən sonra Fəth qardaşları milli maraqlara sədaqətsizlikdə ittiham edilmişdir. Qəzet 4 may 1954-cü ildə qadağan edilmişdir.
Müharibə əsiri
Müharibə əsiri və ya hərbi əsir — silahlı münaqişə zamanı və ya dərhal sonra döyüşən dövlət tərəfindən əsir saxlanılan şəxs. "Müharibə əsiri" ifadəsinin ən erkən qeydə alınmış istifadəsi 1610-cu ilə aiddir. Döyüşçülər müharibə əsirlərini hələ də meydanda olan düşmən döyüşçülərindən təcrid etmək (döyüş əməliyyatlarından sonra nizamlı şəkildə azad etmək və geri qaytarmaq), hərbi qələbə nümayiş etdirmək, cəzalandırmaq, müharibə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb etmək, onları əməkləri üçün istismar etmək, onları öz döyüşçüləri kimi işə götürmək və ya hətta hərbi xidmətə çağırmaq, onlardan hərbi və siyasi kəşfiyyat məlumatları toplamaq və ya onlara yeni siyasi və ya dini inanclar aşılamaq kimi bir sıra qanuni və qeyri-qanuni səbəblər əsasında əsirlikdə saxlayırlar. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, bəzi mülki şəxslər və döyüşdən kənar olan düşmən döyüşçülər ilə yanaşı hərbi əsirlərə avtomatik olaraq qorunan şəxslər statusu verilir. Devaux, Roger. Treize Qu'ils Etaient : Life of the French prisoners of war at the peasants of low Bavaria (1939–1945) – Mémoires et Cultures – 2007. ISBN 2-916062-51-3ISBN 2-916062-51-3 Doylem Robert C. The Enemy in Our Hands: America's Treatment of Prisoners of War From the Revolution to the War on Terror (University Press of Kentucky, 2010); 468 pages; Sources include American soldiers' own narratives of their experiences guarding POWs plus Webcast Author Interview at the Pritzker Military Library on 26 June 2010 Gascare, Pierre. Histoire de la captivité des Français en Allemagne (1939–1945), Éditions Gallimard, France, 1967. ISBN 2-07-022686-7ISBN 2-07-022686-7. McGowran, Tom, Beyond the Bamboo Screen: Scottish Prisoners of War under the Japanese.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Dəniz şiri
Dəniz şirləri (lat. Otariinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Görünüşünü == Təbiətdə dəniz şirləri xırıltı, bağırtılı səs çıxarır.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kap şiri
Kap şiri (lat. Panthera leo melanochaitus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Katanq şiri
Katanq şiri (lat. Panthera leo bleyenberghi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Masai şiri
Panthera leo massaica (lat. Panthera leo massaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. == Təsviri == Oscar Rudolf Noymann ilk olaraq massai şir yarımnövünü daha az dəyirmi sifətləri, uzun ayaqları və bellərinin daha az çevik olması digər yarımnövlərdən ayıra bilmişdir. erkəklərdə dizyanı ətraflarda orta qaşıq saçlar vardır. Onlar geri daranmış kimi görünür. Masai şirlərinin erkəkləri 2,5-3 m uzunluğa sahib olurlar (quyruq daxil). Dişilər isə bir qədər kiçik olur. Onların uzunluğu 2,3-2,6 metr təşkil edir. Çəki baxımından erkəklər 150-230 kq, dişilərsə 100-165 kq təşkil edir. Hündürlüyü 90-115 sm arasında dəyişir.
Mağara şiri
Mağara şiri (lat. Panthera leo spelaea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. 1985-ci ildə alman Ziqsdorfu yaxınlığında tapılmış yetkin mağara şirinin erkəyinin skeletinə əsasən, quyruğu nəzərə alınmadan onun bədəninin uzunluğu 2,1 m, süysününün hündürlüyü 1,2 m olduğu müəyyən olunub. Bu ölçülər müasir növün çox böyük nümayəndəsinə uyğundur.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Nubiya şiri
Nubiya şiri (lat. Panthera leo nubica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Seneqal şiri
Seneqal şiri (lat. Panthera leo senegalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Dövlət siri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Tomori şiri
Tomori daş şiri (富盛のシーサー, Tomori no şisa) – Yaponiyanın Okinava prefekturasının Yaese qəsəbəsində yerləşən şisa. == Tarixi == Şisa Okinava mədəniyyətində şirə oxşayan heykəllərdir və adanın mədəni simvollarından biridir. Okinavada ilk şisanın 1689-cu ildə Tomori kəndində quraşdırıldığına inanılır. 1740-cı illərdə yazılmış Ryukyu krallığının xronikaları olan "Kyuyo" əsərində qeyd olunur ki, Tomori kəndinin əhalisi tez-tez baş verən yanğınlardan əziyyət çəkirdi. Bu zaman fenşey təlimi ilə məşğul olan bir şəxs onlara Alov dağı kimi tanınan Yaese dağına tərəf baxan daş şir quraşdırmağı məsləhət görmüşdür. 1689-cu ildə Ciri-qusuku məbədinin yerləşdiyi təpənin başına Tomori daş şiri yerləşdirilmişdir. İnanca görə Tomori daş şiri daha sonra digər kəndlər tərəfindən imitasiya olunaraq bütün Okinavaya yayılmış, əvvəl apotropoik heykələ, daha sonra yerli mədəniyyət simvoluna çevrilmişdir. Keçmişdə yerli əhali bu heykəlin ətrafına yığışır, rəqs edərək onları yanğından qoruması üçün dua edirdi. === İkinci Dünya müharibəsi === İkinci Dünya müharibəsi zamanı baş vermiş Okinava döyüşündə Tomori daş şiri ABŞ əsgərləri tərəfindən sipər kimi istifadə olunmasına görə tanınmışdır. Belə bir anı əks etdirən, 18 iyun 1945-ci ildə çəkilmiş foto Okinava döyüşünün ikonik fotolarınan biri olmuşdur.