Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
MIT Press
MIT Press — elmi və texniki nəşrlərdə ixtisaslaşan Kembricdə (ABŞ, Massaçusetts) yerləşən Massaçusets Texnologiya İnstitutu (MIT) nəşriyyatı. MIT Press müntəzəm olaraq 30-dan çox jurnal nəşr edir. == Tarixi == 1926-cı ildə Massaçusets Texnologiya İnstitutu ilk nəşrini — M. Born İnstitutunda mühazirələr kursunu öz loqotipi altında nəşr etdi. 1932-ci ildə Ceyms Killianın təşəbbüsü ilə MIT-nin sponsorluğu ilə Texnologiyalar Mətbuatı yaradıldı. Sonrakı beş il ərzində nəşriyyatda səkkiz nəşr çap edildi . 1937-1962-ci illərdə Texnologiya Pressin nəşr və ticarət funksiyaları John Wiley & Sons tərəfindən yerinə yetirildi. 1962-ci ildən etibarən "MIT Press" müasir ad altında müstəqil bir nəşriyyat kimi fəaliyyət göstərir. 1960-cı illərin sonlarında nəşriyyatın jurnal şöbəsi yaradıldı. Kafedranın qurulmasından qısa müddət sonra nəşr olunan ilk jurnallar Fənlərarası tarix jurnalı idi.. == İstinadlar == == Xarici keçidlər == "MIT Press Journals" (ingilis).
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947, Detroyt, Miçiqan) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. == Həyatı == Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Mil Mi-10
Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır.Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır. İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu. 1961-ci il sentyabrın 23-də Mi-10 sınaqlar zamanı 15103 kq yükü 2200 m hündürlüyə daşımaqla rekord qırdı.
Mil Mi-17
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. == Əməliyyatlarda istifadə olunması == Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-171V
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. == Əməliyyatlarda istifadə olunması == Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-2
Mil Mi-2 (NATO adı ile Hoplite olan) 57mm raketlərlə və 23mm top ile təchiz olunabilən və hava dəstəyi təmin edəbilən zirehli nəqliyat helikopteridir. == Dizayn və Gəliştirmə == Mi-2, Polşa'nın Świdnik şəhəri içində WSK "PZL-Świdnik" fabrikində, Polşa'da xüsusi olaraq istehsal edilir. İlk olaraq Sovetlər İttifaqı'nda1948'ci ildə Mil Mi-1 modelinin testləri ve ilk uçuşu həyata keçirildi. sentyabr 1948'de Mil ürətim sahəsinde ilk test uçuşları gerçəkləştirildi. SP Isatov GTH-350 matoru inkişaf ettirildi və Mil-1'in daha üstün versiyası olan Mi-2 modeline yerləştirildi. Daha sonra Mil (Sovet adı ile V-2) ofisi 1964 ilinde Polşa'nın Świdnik şəhərinə daşındıqdan sonra gəliştirilməye burdan dəvam edildi. 1964'den bu yana PZL-Świdnik yüzlərcə təslimat etti, bunların təxminən 1/3'ü hərbi məqsəd üçün satılmışdır. Mülki istifadə üçün plastik rotor bıçaqlı və geniş gövdəli Mi-2M 10 yolcu daşıma qabiliyətli versiyası düzəldildi. Diger önemli istifade sahələrindən birisi də 4 xərek alabilməsi səbəbiylə hava ambulansı olaraq da istifadə ediləbilməsi. Polşa'da bəzi xüsusi hərbi versiyaları da gəliştirilmiştir.
Mil Mi-26
Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir. == Konstruksiya və inkişafı == Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır. Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır. Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.
Mil Mi-28
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir. == Variantları == ===== Mi-28 ===== İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir. ===== Mi-28A ===== Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı. ===== Mi-28N Havoc ===== İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir.
Mil Mi-6
Mil Mi-6 (Миль Ми-6; NATO kod adı: Hook), Mil Moskva Helikopter Zavodu tərəfindən buraxılan SSRİ mənşəli çoxməqsədli helikopter olub, daha çox ağır nəqliyyat helikopteri kimi istifadə olunur. Helikopter, ilk uçuşunu 3 iyun 1957-ci ildə həyata keçirmişdir. Hərbi və mülki təyinatlı olub, çoxlu sayda istehsal edilmişdir.. 1959-1980-ci illər arasında 926 ədəd istehsal edilmişdir.
Mil Mi-8
Mil Mi-8 (rus. Ми-8, NATO kod adı: Hip) Sovet İttifaqı tərəfindən dizayn olunmuş, hazırda Rusiya tərəfindən istehsalı davam etdirilən çoxməqsədli helikopterdir. Əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq, desantlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Mi-8 helikopteri hazırda dünyada ən çox istehsal olunmuş helikopter hesab olunur. 2015-ci ildə qeydə alınmış hesablamalara əsasən hərbi əməliyyatlar tarixində ən çox istifadə olunan üçüncü helikopterdir. 92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub. Xalq arasında Mi-8 “Kolya” ya da “Mikolka” ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib.
Mil Mi 12
Mil Mi-12 (V-12) nəqliyyat helikopteri. NATO kod adı: Homer İstehsalçı: SSRİ İstehsalçı firma: Mil Moskva Helikopter Zavodu Tip: Nəqliyyat helikopteri prototip İlk uçuş: 10 iyul 1968-ci il İstismarı dayandırılıb: 1974-cü il İstehsal sayı: 2 ədəd Dünya aviasiyası tarixində ən ağır qaldıra bilən helikopter hesab edilir. İlk uçuş 1968-ci il iyulun 10-da baş tutub. 1969-cu il avqustun 6-da indiyə qədər helikopterlər üçün əlçatmaz olan rekorda imza atıb - 2255 metr hündürlüyə 44205 kq yük qaldırıb. Mi-12 toplam yeddi dünya rekorduna imza atıb. Mi-12-ni yaradan Mil adına Büro, helikopter texnologiyasında görkəmli nailiyyətlərinə görə Amerika Helikopter Cəmiyyəti tərəfindən Sikorski adına mükafata layiq görülüb. Mi-12-nin əsas fərqləndirici xüsusiyyəti geriyə doğru daralan qanadlar üzərində olan vintlərin yan tərəfli tənzimlənməsidir. Bu helikopterin, Strateji Raket Qüvvələri üçün qitələrarası ballistik raketlərin daşınması üçün ən azı 30 ton qaldıra biləcək super-ağır nəqliyyat helikopteri kimi istifadə olunması nəzərdə tutulub. 105 tonluq “ağırçəkilini” havaya hər biri 6500 at gücündə olan dörd mühərriki qaldırır. Mi-12-nin sürəti 260 km /saata çatır.
Mil Mi 14
Mil Mi-14 (rus. Миль Ми-14; NATO kod adı: Haze) - Mil tərəfindən istehsal olunan Sovet istehsalı amfibiya sualtı helikopteridir. Vertolyot “Mi-8” helikopterinin bazası üzərində hazırlanıb və 1975-ci ildə istifadəyə verilib. 1969-1989-cu illər arasında istehsal edilmişdir.
Mil Mi 38
Mil Mi-38 (rus. Миль Ми-38) - Mil tərəfindən istehsal edilən Rusiyanın orta ölçülü nəqliyyat helikopteridir. Helikopter Mi-8 və Mi-17-ni əvəz etməsi üçün hazırlanıb və həm hərbi, həm də mülki variantlarda satılması planlaşdırılır. 30 dekabr 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsi olan Rusiya Hərbi Hava Qüvvələri tərəfindən istismar edilir. Rusiyanın ən yeni çoxməqsədli “Mi-38” helikopteri də ilk dəfədir ki, xaricdə təqdim olunur. Maşın unikal texniki xüsusiyyətlərə malikdir. Konstruktorlar helikopterin maksimal universallığını təmin etmək üçün onun istismar imkanlarını genişləndiriblər. Yeni maşının isti iqlim şəraitində, səhralıq və dağlıq ərazilərdə rahat və etibarlı isitismarı Yaxın Şərqdən olan mütəxəssislərin xüsusi marağına səbəb olub. Amma onun istismar zonası bundan da genişdir - həm dəniz, həm tropik, hətta arktik mühitdə istifadəsi mümkündür. Helikopter ən sərt müasir təhlükəsizlik və ekoloji təmizlik normalarına uyğun layihələndirilib.
Miu-Miu
Miu-Miu (fr. Miou-Miou əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) (22 fevral 1950[…], XI arondisman (Paris)[d], Fransa) — tanınmış Fransa aktrisası. == Həyatı == Miu-Miu 22 fevral 1950-ci ildə anadan olub.
Mit-Əbul-Qum
Mit-Əbul-Qum — Misirdə, Nil çayı deltasında kənd.
Mit (Mortal Kombat)
Mit (ing. Meat ) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == "Meat" sözünün mənası ingiliscədən "Ət" deməkdir. Mit Şanq Tsunqun eksperimenti nəticəsində əmələ gəlmişdir. Eksperiment başa çatıb-çatmamış Mit buradan qaçır. Bu səbəbdən onun görünüşü ətə və sümüyə bənzəyir. Hərəkətləri bütün personajlara oxşayır. Ağrı hiss etmir.
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır. Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bit = 1 dərəcə (0 və ya 1); 1 bayt = 8 bit; 1 kilobayt = 1024 bayt; 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt 1 terabayt = 1024 Gbayt.
Git
Git (/ɡɪt/ ) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
MI5
MI5 - Britaniya kəşfiyyat xidməti. MI6'dən fərqli olaraq daxili kəşfiyyatla maraqlanır. == “Vətənin müdafiəsi” == İlk dəfə yazılı tarixi 2009-cu ildə işıq üzü görüb. Qurumun yaranmasının 100-cü ildönümü münasibətilə Kembric Universitetinin tarixçi-professoru Kristofer Endrüyə MI5-in tarixni yazmaq sifariş olunub və bunun üçün tarixçiyə arxivdən 400 mindən artıq məxfi sənəd təqdim olunub. Nəhayət, Endrü tərəfindən “Vətənin müdafiəsi” adlı min səhifəlik kitab hazırlanıb. Kitabda Hitler faşizminə, sovet casuslarına, terror təhlükəsinə qarşı gizli mübarizəsi yer alır. Qeyd olunur ki, 1909-cu ildə cəmi 2 nəfərlə qurulan sözügedən kəşfiyyat xidmətinin hazırda 3 mindən çox əməkdaşı fəaliyyət göstərir. Bununla yanaşı, tarixçi İkinci Dünya Müharibəsi zamanı MI5-in Britaniyadakı alman casuslarının çoxunu ələ keçirdiyini və onlardan 25 nəfərini öz hesabına işlədə bildiyini yazır. Eyni zamanda, kitabda kəşfiyyat xidmətinin buraxdığı nöqsanlar da yer alır. Bu sırada Britaniya kəşfiyyatının içində yuxarı mərtəbələrdə çalışan və 1930-cu ildən etibarən SSRİ kəşfiyyatına xidmət edən “Kembric Beşliyi”ni illər boyu üzə çıxara bilməməsi MI5-in ən böyük uğursuzluğu kimi xarakterizə olunur.
MI6
Gizli Kəşfiyyat Xidməti (ing.Secret Intelligence Service) və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6) (Hərbi Kəşfiyyat, 6-cı bölmə) (oxunuşu: em-ay-siks). Böyük Britaniyanın kəşfiyyat xidmətidir. 1909-cu ildə yaradılıb. MI5'dən fərqli olaraq MI6-in vəzifəsi xarici kəşfiyyat toplamaqdır.