Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Nissa:The Plant List saytında takson barədə məlumat.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. == Həyatı == Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. == Şəxsi həyatı == Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Mussa Silla
Mussa Silla (25 noyabr 1999) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Silla Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 10 fevral 2017-ci ildə klub ilə 2020-ci ilin iyun ayına kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Silla peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Adama Diakabini əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur. O, peşəkar karyerasında ilk qolunu 6 may 2018-ci ildə Kann klubuna qarşı oyunda vurmuşdur. O, oyunda dublla yadda qalmış və komandası Liqa 1 görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Silla Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. Onun qardaşı Yakuba Silla Mali millisinin üzvüdür.
Mussa Sov
Mussa Sov (19 yanvar 1986) — futbolçu. == Həyatı == Mussa sov 1986-cı ildə 19 yanvarda Seneqalın paytaxtı Dakarda anadan olmuşdur. Peşəkar karyerasina Rennes komandasında başlamışdır. Lill komandasinda parlayan seneqallı daha sonra Fenerbahçe klubuna keçmiş və karyerasinin ən parlaq illərini burada keçirmisdir. Hazırda futbolçu Al-Ahli komandasında çıxış edir.
Yuxma Mişşi
Yuxma Mişşi (çuvaş Юхма Мишши, 10 aprel 1936, Suqut kəndi, Batırevsk rayonu, Çuvaş Respublikası) — Çuvaş şairi, nasiri, dramaturqu, tərcüməçisi və pedaqoqu, Çuvaş Respublikasının Xalq yazıçısı (1993). == Həyatı == Yuxma Mişşi (Mixail Nikolayeviç İlin) 10 aprel 1936-cı ildə Çuvaş Respublikasının, Batırevsk rayonu, Suqut kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmiş, daha sonra I. Y.Yakovlev adına Çuvaş Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. O, həmçinin A.V.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunun Ali teatr kurslarını bitirmişdir. Yuxma Mişşi müxtəlif dövrlərdə Çuvaş Respublikası Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi, 6 saylı Çeboksarı orta məktəbində müəllim, Çuvaş Respublikası Nazirlər Sovetində müfəttiş, Çuvaş Kitab Nəşriyyat Evinin redaktoru və "Vuçax" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. XX yüzilliyin 50-ci illərdən başlayaraq doğulduğu bölgədə yayınlanan "Avangard" qəzetində nəşr olunmağa başlamışdır. 1993-cü ildə ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlara görə Çuvaş Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. == Yaradıcılığı == Yuxma Mişşi bir çox tarixi roman və hekayələrin, əfsanə və hekayələr toplusunun, esse, dram və şeir kitablarının müəllifi kimi tanınır. Onun həmçinin qədim və orta əsrlər tarixi, çuvaş xalqlarının folkloru və mifologiyasına dair tədqiqatları vardır. Yuxma Mişşinin əsərləri dünyanın müxtəlif dillərində nəşr edilmişdir.
Mussa Diabi
Moussa Diaby (7 iyul 1999, Paris) —Bundesliqa klubu Bayer Leverkuzen və Fransa milli komandasında cinah hücumçusu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Paris Sen Jermen === Diabi Paris Sen Jermenin akademiyasının yetirməsidi. O, 13 yaşında kluba qoşulub və 2017-ci ildə B komandasında oynamağa başlayıb. Diabi Paris Sen Jermen akademiyasının ən perspektivli və ən yaxşı istedadı olaraq 2016-cı ildə Titi d'Or mükafatına layiq görülüb. ==== Kroton (icarə) ==== Diabi İtaliya A Seriyasının 2017-2018 mövsümünün ikinci yarısında Krotoneyə icarəyə verilib. Peşəkar debütünü 14 aprel 2018-ci ildə A Seriyasında Cenoa ilə matçda edib. O, səfərdə 1-0 hesabı ilə uduzduqları matçda 84-cü dəqiqədə Marçello Trottanı əvəz etdi. O, aprelin 18-də Yuventus ilə 1-1 heç-heçə etdikləri matçda Krotonenin heyətində daha bir matça çıxıb. ==== PSJ-yə qayıdışı ==== 14 sentyabr 2018-ci ildə keçirilən "Sent-Etyen"ə qarşı matçda 86-cı dəqiqədə qol vurub. Matç PSJ-nin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Ayn İssa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Misa Şimizu
Misa Şimizu (清水美沙, Shimizu Misa, d. 25 sentyabr 1970, Tokio), yaponiyalı aktrisa. 2005-ci ildə Yaponiya və Kanadanın birgə Paper Moon Affair filmində məşhur kanadalı aktyor Brendan Fletçer ile birlikdə ifası ilə yadda qalıb. == Filmoqrafiyası == 2014-2015 Keishichô sôsa ikka kyû gakari (TV serial) 2015 Naki Meshi Kyôko (TV Mini-serial) 2014 Kyota No Otsukai (Qısa film) 2014 Onna wa sore wo yurusanai (TV Mini-serial) 2014 Jûisan jiken desuyo (TV Mini-serial) 2014 Tokumei tantei (TV Mini-serial) 2014 Border: Keishichô Sôsa Ikka Satsujinhan Sôsa Dai 4-gakkari (TV Mini-serial) 2013 Akai reikyûsha 32: Rasetsu no sanshimai (TV film) 2013 Banana to gurôbu to jinbeezame 2012 Kyouta no houkago (Qısa film) 2012 Hôigaku kyôshitsu no jiken file 34 2012 Sherî 2011 Tidy Up *2011 Shoujotachi no rashinban 2011 Tokyo Control (TV serial) 2010 Ren'ai gikyoku: Watashi to koi ni ochitekudasai 2010 Matataki *2010 Bokkusu! 2010 Memoirs of a Teenage Amnesiac 2010 Sonotoki made sayonara (TV Film) 2009 Hi to shio (TV Film) 2009 Shizumanu taiyô 2009 The Harimaya Bridge 2009 Rain Fall 2008 Boku no obaachan 2008 Umikaze ni fukarete 2007 Môryô no hako 2007 Tenkôsei: Sayonara anata 2007 Akôkurô 2006 Soredemo boku wa yattenai 2006 22 sai no wakare 2005 Paper Moon Affair 2005 Ubume no natsu 2005 Yasashii jikan (TV serial) 2002 Umi wa miteita 2001 Denen no yuutsu 2001 Akai hashi no shita no nurui mizu 2001 Kokubetsu (TV Filmi) 2000 Shinsengumi (səsləndirmə) 1999 Second Chance 1999 Atsumono 1998 Rakuen eno hashi (TV Film) 1998 Kanzo sensei 1998 Tokugawa Yoshinobu (TV serial) 1997 Tôkyô Dragon 1997 Zakuro yakata 1997 Hotaru no yado (TV Film) 1997 Unagi 1997 Ningen isu 1997 Gimu to engi 1997 Kimi ga jinsei no toki (TV serial) 1996 Shall we dansu? 1995 Gerende ga tokeruhodo koishitai 1995 Namida tataete bishô seyo: Meiji no musuko, Shimada Seijiro (TV Film) 1995 Setsunai haru (TV Film) 1995 Yonshimai monogatari 1994 Shijûshichinin no shikaku 1994 Nettai rakuen kurabu 1993 Watashi ga koroshita otoko (TV Film) 1993 Shinjitsu ichiro (TV Film) 1992 Okoge 1992 Mirai no omoide: Last Christmas 1992 Ude ni oboe ari (TV serial) 1992 Shiko funjatta 1991 Jutai 1990 Bakayarô!
Miss Azərbaycan
Miss Azərbaycan Gözəllik yarışması — Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. == Tarixi == === İnqilabdan əvvəlki dövr === ==== Tuğra xanım ==== Azərbaycanlı xanımların beynəlxalq gözəllik müsabiqələrində ilk iştirak tarixi inqilabdan əvvəlki dövrdə başlayır. Belə ki, 1912-ci ildə Tiflisdə keçirilən "Miss Qafqaz" gözəllik müsabiqəsində şöhrət çələngini və Rusiyanın cənub gözəli titulunu Azərbaycanlı bəy Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım Talışinskaya qazanmışdır, sonradan ona artıq ümumrusiya gözəllik yarışmasında "Miss Rusiya 1912" adı verilmişdir. ==== Sona xanım Mehmandarova ==== Daha böyük uğurları Sona xanım Mehmandarova qazanmışdır, o, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.Lənkəranlı gözəlin ilk uğrunu ictimai məclisin yeni binasında (indiki Azərbaycan Dövlət Filarmoniyası) keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib gələrək əldə etdi. Bu uğur gənc əyalət qızının parlaq, lakin çətin taleyində dönüş nöqtəsi oldu. Ardından Tiflisdə "Miss Qafqaz" müsabiqəsində qalibiyyət gəldi, daha sonra ümumrusiya yarışlarında möhtəşəm müvəffəqiyyət və "Miss Rusiya" titulunu qazandı.Nəhayət Sona Mehmandarovanın baş zəfərl "Dünya Gözəli" adlı Paris gözəllik yarışmasının zümrüd tacı və Qran-prisi oldu Heyrətə salan uğurdan sonra "Dünya gözəli" Rusiya paytaxtının mərkəzində dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıtdı, hansı qəbirstanlığda basdırıldığı haqda dəqiq məlumat yoxdur. === Müasir dövr === 1996-ci il avqustun 15-də Bakıda Opera və Balet Teatrında ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfə milli gözəllik müsabiqəsi keçirilmişdir, hansı ki ilkin olaraq "Miss Bakı" adlandırılırdı.
Miss Dünya
Miss Dünya (ing. Miss World) - dəvam edən ən qədim gözəllik müsabiqəsidir. O, Birləşmiş Krallıqda 1951-ci ildə Erik Morley tərəfindən yaradılıb.. 2000-ci ildə vəfatından sonra Morleyin həyat yoldaşı Culiya Morley müsabiqəyə həmsədrlik edir. Miss Kainat, Miss Beynəlxalq, Miss Böyük Beynəlxalq, Miss Sözügedən və Miss Yer ilə yanaşı, 6 Böyük Gözəllik Müsabiqəsindən biridir. Mövcud Miss Dünya 8 Dekabr 2018-ci ildə Çinin Sanya şəhərində mükafatlandırılmış meksikalı Vanessa Ponsedir. O, Miss Dünyanı qazanan ilk meksikalı qadındır .
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. == Həyatı == Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. == Fəaliyyəti == Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Mişa Kollins
Mişa Kollins (20 avqust 1974, Boston, Massaçusets) — Amerikalı aktyor. == Həyatı == 2002-ci ildə hələ litseydə oxuyarkən sevdiyi qız yazıçı Viltoriya Vantok ilə evlənib və hazırda 2 uşağı var. Bu gündə davam etməkdə olan Fövqəltəbii serialında Kastiel rolunu canlandırır. Serialdakı tərəf müqavilləri olan Censen Ekls və Cared Padaleki ilə yaxın dostdur.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. == Karyerası == Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur.İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. == Araşdırmaları == Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur. O, Arizona ştatında hopilər, Çilidə araukanlar, Peruda yaponlar və Yaponiyanın Okayama bölgəsində yerlilər arasında sahə araşdırması aparmışdır.
İssa Botaşlanı
İssa Botaşlanı və ya İssa Botaşov (qaraç.-balk. Боташланы Жарахматны жашы Исса: 6 sentyarb 1925, Gündələn, Nalçik dairəsi, RSFSR - 7 oktyabr 1991 Nalçik, RSFSR, SSRİ ) ― balkar şair, dramaturq, maarifçi. RSFSR əməkdar incəsənət xadimi, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Səhnə incəsənətinin təşkilatçısı, balkar dramaturgiyasının yaradıcılarından biri, balkar ədəbiyyatının klassiki, balkar poeziyasının və mahnı mədəniyyətinin inkişafına böyük töhfələr verib. == Həyatı == İssa Botaşlanı 1925-ci ildə Köndələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə kənd məktəbini bitirib, biçinçi kimi işləməyə başlayıb. Sonradan isə kənddə olan kolxozda qeydiyyatçı işləyib. 1942-ci ildən 1943-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının Elbrus rayon komitəsində təlimatçı kimi fəaliyyət göstərib. 1944-cü ilin mart ayına qədər Balkar Dram Teatrının artisti olub. Balkarlar sürgün edildikdən sonra Orta Asiyada yaşamağa başlayıb.
İssa Məhəmməd
İssa Məhəmməd (1 mart 1995) — Keniyalı üzgüçü. İssa Məhəmməd Keniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İssa Məhəmməd birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.12 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mişa Anastasieviç
Mişa Anastasieviç (serb. Миша Анастасијевић;24 fevral 1803, Doni-Milanovas[d], Belqrad paşalığı, Osmanlı imperiyası – 27 yanvar 1885, Buxarest, Rumıniya Krallığı[d]) — Serb taciri, vətənpərvər və xeyriyyəçi, 19-cu əsrdə Serbiyanın ən zəngin insanlarından biri, siyasətçi. O, eyni zamanda Dunay Kapitanı idi və Şahzadə Miloşdan əhəmiyyətli faydalar əldə etdi. Anastasijević Serbiyada ilk ictimai xeyirxah və Belqrad burjuaziyası üçün müxtəlif topların təşkilatçısı idi. O, həm də xeyriyyəçi idi. == Bioqrafiya == Poreç şəhərində anadan olub. Atası Anastas torpaq sahibi və kiçik tacir, anası Ruja isə evdar qadın idi. Atasının ölümündən sonra ona ögey anası baxıb. Onunla birlikdə Birinci Serb üsyanı və Serb İnqilabı zamanı iki dəfə Avstriyaya qaçdı. 11 yaşında oxuyub yaza bildiyi üçün doğma şəhərində müəllim olub.