Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Nasist
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Navpakt
Navpakt və ya Nafpaktos (yun. Ναύπακτος) —Yunanıstanda şəhər. Şəhər Korinf körfəzinin şimal sahilində, körfəzin ağzına yaxın, Rio-Antirio körpüsünün yaxınlığında yerləşir. Şəhər Qərbi Yunanıstanın periferiyasının inzibati mərkəzi olan Patradan 15 kilometr şimal-şərqdə və Afinadan 215 kilometr qərbdə yerləşir. 2011-ci il siyahıyaalınmasına görə, əhalisi 13.415 nəfərdir və beləliklə, periferik vahidin ikinci ən böyük şəhəridir. Sahəsi 16,725 kvadrat kilometrdir.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Nanase Kiryu
Nanase Kiryu (d. 31 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Nasist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Nasist memarlığı
Nasist memarlığı — Nasional Sosialist Alman İşçi Partiyasının hakim olduğu 1933-1945-ci illər arasında Nasist Almaniyasında hökm sürən memarlıq üslubu və fəaliyyəti. Roma İmperiyasına heyran olan Adolf Hitler romalıları da ari irq olaraq qəbul etmiş və onların üslublarından təsirlənərək neoklasik memarlıq abidələrinin tikilməsini istəmişdir. Dövrün totalitar rejimlərindən ən başda gələn Nasist Almaniyası ideologiyasının ruhuna uyğun olaraq totalitar və monumental strukturlar da inşa etmişdir və Velthauptştadt Germaniya kimi utopik və totalitar monumental layihələr hazırlamağı planlamışdır.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu. Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.
Nasist simvolikası
Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi. İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir: Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir.
Nasist yevgenikası
Nasist yevgenikası (alm: Nationalsozialistische Rassenhygiene, “Milli Sosialist İrqi Gigiyena”, həmçinin “Erbpflege Yevgenikası” kimi də tanınır) nasist Almaniyasında sağlam elementləri artırmaq və qeyri-sağlam elementləri azaltmaqla insan irqini təkmilləşdirməyə yönəlmiş siyasətlər məcmusudur. Alman xalqının bioloji inkişafını hədəfləyən üstün və təmiz bir alman irqi yaratmağı qarşısına məqsəd qoyan irqi ideologiyadır . Nasist dövründən əvvəl və nasizm dövründə Almaniyada aparılan Yevgenika tədqiqatları böyük miqyasda ilham aldığı Birləşmiş Ştatlar (xüsusilə Kaliforniya) və Böyük Britaniyadakı tədqiqatlara bənzəyirdi. Bununla belə, bu proqramların əhəmiyyəti xüsusilə Adolf Hitlerin rəhbərliyi altında kəskin şəkildə artmışdır, çünki varlı nasizm tərəfdarları yevgenika tədqiqatlarına böyük sərmayə qoymuşdular. Proqramlar daha sonra nasistlərin irqi siyasətini tamamlamaq üçün təkmilləşdirilmişdir. Nasistlərin yevgenika siyasətlərinin hədəfi; əsasən məhbuslar, degenerativlər, dissidentlər, anadangəlmə əqli və fiziki qüsurlu insanlar (almanca: erbkranken), irsi xəstəlikləri olanlar, epilepsiya, şizofreniya, manik-depressiv, serebral iflic, əzələ xəstəlikləri, kar, kor, homoseksual, dəli və zəif insanlar daxil olmaqla 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edildi (qısırlaşdırılmaq), kütləvi qətliam proqramı olan T4 əməliyyatı çərçivəsində, 300.000-ə yaxın insan öldürüldü. 1935-ci ilin iyununda Hitler və onun kabineti yeddi yeni fərmandan ibarət siyahı verdi. 5 saylı fərman sterilizasiya tədqiqatlarını sürətləndirməkdən ibarət idi. Nasist Almaniyasında yevgenika anlayışı tez-tez Rassenhygiene (“İrqi gigiyena”) termini kimi adlandırılırdı. Alternativ termin Volksaufartung (irqi inkişaf) kimi adlandırıla bilər.
Nataşa Andonova
Nataşa Andonova (mak. Наташа Андонова; 4 dekabr 1993) ― Makedoniya milli futbol komandasının kapitanı olmuş futbolçu. O, başqa Makedoniya oyunçusu Siyçe Andonovanın kiçik bacısıdır. O, Makedoniya yığması tarixinin ən yaxşı bombardiridir. Andonova karyerasına Makedoniyanın "ZFK Tikveşanka" klubunda başladı. O, ilk dəfə beynəxalq diqqəti özünə 2010-cu ildə 19-yaşlılar arasında Makedoniyada keçirilən Avropa çempionatında çəkdi. Yarışmada ən zəif komandada çıxış etməsinə baxmayaraq, Andonova turnirin ən yaxşı oyunçusu seçildi. O vaxta qədər futbolçu artıq Makedoniya millisinin əsas komandasının heyətində çıxış etmişdir. 2010-cu ilin yayında Andonova 2010–11 Çempionlar Liqasının ilkin mərhələsində oynayan "ZFK Borets" klubuna transfer oldu və qış transfer bazarında bacısı Siyçe ilə birlikdə Avropa çempionu olan "Turbine Potsdam" klubu ilə müqavilə imzaladı. Fevral ayında əsas komandanın üzvü oldu və ilk Bundesliga matçına elə həmin ay çıxdı.
Nataşa Bassett
Nataşa Bassett (ing. Natasha Bassett; 16 oktyabr 1992, Sidney) — avstraliyalı aktrisa, ssenarist və rejissor. Bassett Avstraliyanın Sidney şəhərində anadan oldu. Məktəbdə oxuyarkən aktrisalıq fəaliyyəti göstərdi. Aktrisalıq karyerasını davam etdirmək üçün on doqquz yaşında Nyu-Yorka köçdü. Yaşasın Sezar!
Nataşa Bedinqfild
Nataşa Bedinqfild (ing. Natasha Bedingfield; 26 noyabr 1981) ingiltərəli müğənni ve bəstəkar.
Nataşa Kandiç
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad). Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir. Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar.
Nataşa Krsmanoviç
Nataşa Krsmanoviç (19 iyun 1985) — Serbiya voleybolçusu. Hal-hazırda Bakının Rabitə Bakı klubunda çıxış edir.
Nataşa Lionn
Nataşa Bianka Lionn Braunşteyn (ing. Natasha Bianca Lyonne Braunstein; 4 aprel 1979[…], Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Nataşa Ninkoviç
Nataşa Ninkoviç (serb. Наташа Нинковић / Nataša Ninković 22 iyul 1972, Trebine, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — "Xilaskar", "Həyat və Müharibə", "Professional", "Tələbə" filmlərindəki rolları ilə ən yaxşı tanınan bir serb əsilli teatr və kino aktrisası. Bir sıra nüfuzlu mükafatların qalibi, dəfələrlə yerli və xarici film festivallarının ən yaxşı aktrisası seçilmişdir. Nataşa Ninkoviç 22 iyul 1972-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının (indiki Serb Respublikası, Bosniya və Herseqovina) Trebin şəhərində anadan olub. Uşaqlığını orada valideynləri Branko və Milena Ninkoviçlə keçirir. Yerli ibtidai və orta məktəbləri bitirib. Məktəbi bitirdikdən sonra Belqrada gedir və Belqrad Universitetinə daxil olur. Burada professor Vladimir Evtoviçin rəhbərliyi ilə Dram Sənəti fakültəsində oxuyur. Tələbə yoldaşları Voin Çetkoviç, Serqey Trifunoviç və Neboyşa Qloqovats kimi məşhur sənətkarlar idi. 1994-cü ildə universiteti bitirir.
Nataşa Osmokroviç
Nataşa Osmokroviç (27 may 1976, Zaqreb) — xorvatiyalı voleybolçu. Bir müddət Rabitə Bakı voleybol klubunun şərfəini qorumuşdur.
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.
Nataşa Stankoviç
Nataşa Stankoviç (4 mart 1991, Pojarevaç[d]) — Hindistan serbi, aktrisa, model, rəqqas. 2012-ci ildə Serbiyadan Hindistana köçdükdən sonra Hindistanda ən təəccüblü şəxslərdən olub. Bollivudda Satryagarha filmi ilə debüt etdi və iştirak etdiyi Böyük Boss şousunun 8-ci mövsümündə populyarlıq qazandı. 4 mart 1992-ci ildə Serbiyanın Pozarevaç şəhərində anadan olub. İlk təhsilini də Serbiyada alıb.20 yaşında ali təhsil almaq üçün yaxşıca düşünür. O, hind filmlərinin vurğunu idi.Hindistanda populyarlıq qazanmaq istəyirdi. Ona görə də, 2012-ci ildə,20 yaşında ali təhsil almaq üçün Hindistana getdi.Onun Hindistanda daimi qalmaq da fikri vardı. Bu fikir hamını təəccübləndirirdi və gözlər onda idi.Ali təhsilini aldı və model olmağa qərar vardı. Titli,Filips,Conson Conson və digər şirkətlərdə modellik etdi.Reklamlarda oynadı.Sonra aktrisa olmaq qərarına gəldi.2013-cü ildə aktyor Acay Devqandan Təklif aldı və həmin ildə Satyagraha filmində mahnı oxunularkən rəqs etdi.Həmin filmdə onunla başqa Amitabh Baççan, Karina Kapur və digər aktyor-aktrisalar oynayırdılar.Nataşa heç də pis başlamamışdı və davam etmək istəyirdi.2014-cü ildə Bandok adlı musiqili video çəkdi və orada iştirak etdi.Həmin il onun üzünə populyarlıq qapısı açıldı.O,Böyük Boss adlı şouda iştirak etdi.Bu şouya bütün ölkə baxırdı.O,bu şouda iştirak etməsi ilə də,populyarlıq qazandı.Hamı onu Hindistan serbi kimi tanıdı. Sonra həmin ildə Valey Babu adlı video çəkdi.Acay Devqan ona tanınması üçün çox köməkliklər göstərdi.
Nataşa Starr
Nataşa Starr (ing. Natasha Starr; 10 oktyabr 1987, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa pornoaktrisası.
Nataşa Vegşeider
Nataşa Vegşeider — 1994-cü ildə anadan olmuşdur. Avstriyalı bədii gimnastdır. Avstriyanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Nataşa Vegşeider 1994-cü ildə anadan olmuşdur. Nataşa Vegşeider 2015-ci ildə Avstriyaı 2015 Avropa Oyunlarında təmsil etdi.