Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natalka Poltavka (opera)
Natalka Poltavka (ukr. Наталка Полтавка) — İvan Kotlyarevskinin eyni adlı əsəri əsasında Nikolay Lısenkonun operası. Kotlyarevskinin oyunu bir çox musiqiçi və Lysenkonun qarşısına çıxsa da, bu opera opera evlərinin repertuarına qatılan və Ukraynanın ən populyar operaları arasında yerini tutan opera idi. Opera tamaşası 1889-cu ildə Odessa Teatrında keçirildi. Vladimir Yorisin musiqi ilə "böyük opera" halına gətirmək cəhdi uğursuz oldu. Teatr, Lisenkonun müəllif versiyasına qayıtdı. Müxtəlif illərdə "Natalka Poltavka" da səhnə zamanı Mixail Şepkin, Panas Saksaqanski kimi səhnə ustaları var idi. məhkəmə icraçısı, Tetervakovski - tenor; Qorpina Terpilixa, dul qadın - soprano, mezzosoprano; Natalka, qızı - soprano; Petro Natalkin, sevilən - tenor; Mikola, Terpilixinin uzaq bir qardaşı - bariton; Makoqonenko, kənd seçməsi - bas. Aksiya XIX əsrin əvvəllərində Ukraynada keçirilir. İlk hərəkət.
Natalya
Natalya — ad.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Natalia Ginzburq
Natalia Ginzburq (14 iyul 1916[…], Palermo, Palermo əyaləti[d], İtaliya krallığı – 7 oktyabr 1991[…], Roma, İtaliya) — öz yaradıcılığında ailə münasibətləri, faşizm və İkinci dünya müharibəsi dövründə və bundan sonrakı dövrdə siyasi haidsələri və fəlsəfəni tədqiq edən italyan yazarı. O, roman, qısa hekayə və esseler yazmış və Strega Mükafatı və Bagutta Mükafatıma layiq görülmüşdür. Onun əsərlərinin əksəriyyəti igilis dilinə tərcümə olunaraq Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çap olunmuşdur. 1916-cı ildə Sicilyada Palermo şəhərində dünyay gəlib, gəncliyinin böyük bir hissəsini ailəsi ilə birgə Turində keçirib. Histoloq olan atası Giuseppe Levi Yahudi əsilli italyan ailəsində doğulub, anası Lidia Tanzi isə katolik idi. Onun valideynləri Natalianı, bacısı Paolanı və üç qardaşını ateist kimi tərbiyə edib böyütmüşlər. onların evi mədəni həyat mərkəzi idi, valideynləri intellectual, fəal və industrial şəxsləri evlərinə qonaq edərdilər. Ginzburq ilk hekayəsini 17 yaşı olanda yazıb. Evlilik və ailəsi 1938-ci ildə Natalia Leon Giznburqla ailə qurur və onların bu nikahdan üç övladı dünyaya gəlir. Karlo, Andrea və Alessandra.
Natalia Oreiro
Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni. Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayyət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. 1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Natalya Aşumova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Natalya Borisenko
Natalya Borisenko (d. 3 noyabr 1975) — Ukraynanı təmsil edən həndbolçu. Natalya Borisenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Natalya Buksa
Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015). O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer). Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir. 2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb. 2004 — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Karpenkova
Nataliya Vladimirovna Karpenkova (d. 1 fevral 1970) — Belarusu təmsil edən batut gimnastı. Nataliya Karpenkova, 2000-ci ildə Belarusu XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medal qazanan Nataliya Karpenkova, həmdə Avropa Çempionatlarında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Nataliya Karpenkova, 2000-ci ildə Belarus bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karpenkova, 35.80 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
Natalya Kraçkovskaya
Natalya Kraçkovskaya (tam adı: Natalya Leonidovna Kraçkovskaya, rus. Ната́лья Леони́довна Крачковская; 24 noyabr 1938, Moskva – 3 mart 2016, Moskva) — Rusiya aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (1998). Natalya Leonidovna Kraçkovskaya 24 noyabr 1938-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra sənədlərini Tarix-arxiv institutuna və eyni zamanda da Ümumrusiya Dövlət Kinematoqrafiya institutuna vermişdi. Aktrisalıq karyerası arzulasa da, anasının istəyi ilə arxivçi olmaq fikri vardı, amma işin tərsliyindən onu maşın vurur və görmə qabiliyyəti azalır. Həkimlər ona oxumağı qadağan edirlər. Natalya Kraçkovskayanı kino üçün məşhur rejissor Leonid Qayday kəşf edib. Sonralar başqa rejissorların filmlərində çəkilsə də, o hər şeydən əvvəl "Qaydayın aktrisası" kimi tanınıb. Məhz "12 stul"a çəkiləndən sonra onun əsil karyerası başlayıb. Deyirlər ki, Qayday səs operatoru Kraçkovskinin arvadına oxşayan — vətəndaş Qraçaçuyeva roluna çəkilmək üçün aktrisa axtarırdı.
Natalya Kutuzova
Natalya Kutuzova (d. 18 mart 1975) — Rusiyanı təmsil edən su poloçusu. Natalya Kutuzova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Natalya Lavrova
Natalya Lavrova (4 avqust 1984; Penza, RSFSR — 23 aprel 2010; Penza, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. 2000 Sidney və 2004 Afina Olimpiadalarının qalibi. 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast. Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub. 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb. Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi. Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu.
Natalya Lyapina
Natalya Lyapina (d. 14 may 1976) — Ukraynanı təmsil edən həndbolçu. Natalya Lyapina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Natalya Maqnat
Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri. Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir. Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür.
Natalya Miklaşevskaya
Natalya Miklaşevskaya — Azərbaycan sənətşünası, sənətşünaslıq üzrə elmlər doktoru. XX əsr isə müasir Azərbaycan sənətşünaslıq elminin və məktəbinin əsaslı formalaşma və püxtələşmə dövrüdür. Bu dövrdə bir sıra tanınmış sənətşünas alimlərimiz yetişib. Onlardan biri də sənətşünaslıq elmləri doktoru, dövrünün tanınmış alimi və rəssamı Natalya Mixaylovna Miklaşevskayadır (1909-1981). Natalya Miklaşevskaya 1909-cu ildə Çerniqov quberniyasında, Starodubda anadan olmuşdur. 1928-ci ildə kənd məktəbini qurtaran Miklaşevskaya üç il kənd müəllimi kimi işlədi. 1931-ci ildə o Bakıya, bacısı Effendi Marqarit Mixailovnanın yanına gəlir. 1935-ci ildə Natalya Miklaşevskaya Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir. 1933-cü ildən 1939-cu ilə qədər Miklaşevskaya Azərbaycan dövlət muzeyində ekskursiya rəhbəri və bələdçi kimi işlədi. 1936-cı ildən etibarən o, Azərbaycan dövlət incəsənət muzeyində (indiki Azərbaycan Milli İncəsənət Muzeyi) kiçik elmi işçi kimi işlədi.
Natalya Məmmədova
Nataliya Məmmədova (qızlıq soyadı: Skazka; d. 2 dekabr 1984; Donetsk, Ukrayna) — Azərbaycanı təmsil edən voleybolçu. Nataliya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatına qatılıb və 13-cü yeri tutub. Nataliya Məmmədova 2 dekabr 1984-cü ildə Ukraynanın Donetsk şəhərində anadan olub. Nataliya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Nataliya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. Nataliya Məmmədova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Natalya Narışkina
Natalya Kirillovna Narışkina (1 (11) sentyabr 1651, Moskva – 4 (14) fevral 1694, Kreml) - rus çariçası, I Pyotrun anası. Корсакова В. Наталья Кирилловна // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918.
Natalya Qonçarova
Natalya Qonçarova (27 avqust (8 sentyabr) 1812, Kariyan[d], Tambov quberniyası – 26 noyabr (8 dekabr) 1863, Sankt-Peterburq) — Aleksandr Puşkinin həyat yoldaşı. Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı… Ya "milli mentalitet"ə görə, ya da bilməzikdən bizim orta məktəb dərsliklərində təxminən belə yazılır ki, lənətə gəlmiş Dantes Puşkinin baldızıyla maraqlanırdı, ona görə də şair onu duelə çağırır, məlum hadisə baş verir.
Natalya Qundareva
Natalya Qundareva (rus. Ната́лья Гео́ргиевна Гу́ндарева; d. 28 avqust 1948, Moskva, RSFSR, SSRİ – ö. 15 may 2005, Moskva, Rusiya) — rus və sovet teatr və kinos aktrisası. Rusiyanın Xalq artisti (1986). Natalya Qundareva 28 avqust 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. Valideynləri mühəndis idi. Atası Georgi Makarov zavodda, anası Yelena Mixaylovna isə konstruktor bürosunda işləyirdi. Anası teatrla çox maraqlanırdı, hətta özfəaliyyət teatrında tamaşalarda da oynamışdı. Teatra məhəbbəti qızı Natalyaya da keçmişdi.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir.