Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krav-maqa
Krav-maqa (ivr. קרב מגע: "yaxın döyüş") — İsrail hərbiçiləri tərəfindən inkişaf etdirilən və hal-hazırda istifadə edilən döyüş sənətlərindən biridir. Krav-maqa İsrail Silahlı Qüvvələri tərəfindən müəyyən dəyişikliklər edilərək istifadə edilir. Döyüş sənətindən müəyyən öldürmə texnikaları çıxarılaraq İsrail hərbiçiləri tərəfindən özünümüdafiə məqsədi ilə istifadə edilir. == Etimalogiyası == Təmas mənası verən maga (מגע) ifadəsi ilə "döyüş" mənasını verən krav (קרב) ifadəsindən ibarətdir. Digər dillərə əsasən yaxın döyüş olaraq tərcümə edilir.
La-Qrav
La-Qrav (fr. La Grave, oks. La Grava) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. La-Qrav kantonuna daxildir. INSEE kodu — 05063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 497 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə (alpinizm, qayaya dırmanma, su idman növləri, qış idman növləri və yaşıl turizm) əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 347 nəfər arasında (15-64 yaş arasında) 279 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 80,4%, 1999-cu ildə 77,7%).
Lyoşa Rav
Lyoşa Rav, əsl adı Aleksey Vladimiroviç Roqojin (doğum tarixi: 7 mart 1909-ci il, Rusiya imperiyası, Simbirsakaya quberniyası, Buinski qəzası, Balaş-Nurusov k. — ölüm tarixi: 24 mart 1944, SSRİ, Ukrayna SSR, Droqobiç ş.) — çuvaş əsilli Sovet yazşçısı, SSRİ yarıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 7 mart 1909-cu ildə Rusiya imperiyası, Simbirskaya quberniyası, Buinski qəzası, Balabaş-Nurusov kəndində (hazırkı, Çuvaş Respublikası, Batırevski rayonu) anadan olmuşdur. Atası Balabaş-Nurusov kəndindən olan bir meşəbəyi olmuşdur. Anası Dunya Qordiyeva isə Malıe Karmalı kəndinin sakini olmuşdur (Balabaş-Nurusov kəndindən 5 km aralıda yerləşir). Lyoşa Rav uşaqlığını Malıe Karmalı və Balabaş-Nurusov kəndləri arasında yerləşən meşədə keçirmişdir. Malıe Karmalı yeddi illik kənd məktəbində təhsil almışdır. Artıq 16 yaşından etibarən təbiət haqqında şerlər yazmağa balamışdır. Şerlərini ad və soyadının baş həriflərindən ibarət olan təxəllüslə yazmışdır. 1936-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetini bitirmişdir.
Nav (Alye)
Nav (fr. Naves) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03194. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 76 nəfər (15-64 yaş) arasında 53 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,7%, 1999-cu ildə bu 68.3%). Aktiv olan 53 nəfərdən 48 nəfəri (25 kişi və 23 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 23 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
La-Qrav (kanton)
La-Qrav (fr. La Grave) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Brianson dairəsinə daxildir. Kantonun INSEE kodu — 0510. La-Qrav kantonuna cəmi 2 kommuna daxildir, onlardan ən əsası La-Qrav kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 772 nəfər təşkil edirdi.
Arad
Arad (judets)
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Aran
Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur. Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Arat
Arat — türk və altay mifologiyasında Baykal gölündə və ya yeraltındakı böyük dənizdə yaşadığına inanılan qorxunc nəhəng, ölüm balığı. Arağıt, Arağut, Aravut olaraq da tanınmaqdadır. Monqol mədəniyyətində Aratan və ya Arağatan olaraq tanınar. Zaman-zaman yer üzündə yaşayan insanlardan qurban istəyər. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynadanda zəlzələlər olur, tufanlar qopar. "Ker Balıq" olaraq da adlandırılar. İndiyə qədər udduğu bütün canlılar orada yaşayırlar.
Arau
Arau və ya Aarau (alman: [ˈaːraʊ]) — İsveçrənin şimalında şəhər, Arqau kantonunun inzibati mərkəzi. Are çayı üzərində yerləşir. Dəniz səviyyəsindən 368 m yüksəklikdə yerləşir. Arau vadinin yamacında tikilmiş köhnə istehkam şəhəridir. Şəhər indiki dövrdə əhalisi sürətlə artan mühüm sənaye mərkəzidir. Kilsə, muzeylər, elektrik enerjisi, maşınqayırma və toxuculuq, dəmir-polad və ayaqqabı fabrikləri var. == Tarixi == Arau XIII əsrin axırlarında Habsburq qraflıqlarının və Avstriya hersoqluqlarının hakimiyyəti altında idi. Bir neçə kilometr aralıda onların ailə qalaları mövcud idi. 1415-ci ildə şəhər bernlilərin əlinə keçmişdir. 1531-ci ildə baş tutmuş İkinci Kappel müharibəsində protestantların rəhbəri Svinqli öldürülmüş, bundan sonra burada katoliklər ilə protestantlar arasında sülh bağlamışdır.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Arnav
Arnav (fr. Arnave) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09016. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 211 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 130 yaşda (15-64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 72.7%). Fəal olan 98 nəfərdən 91 nəfər (48 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.
Bravo
Bravo Supermarketlər Şəbəkəsi — Azərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir. == Tarix == Supermarketlər şəbəkəsi ilk dəfə 2017-cı ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb. 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür. Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. == Market Sayı == Hazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Yevlax, Tovuz və Şuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 140-dən çox market ilə fəaliyyət göstərir. == Korporativ Sosial Məsuliyyət == ====== Asan Məktub ====== KSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib. Belə ki, Bravo hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik vә lirik ilә yanaşı, 3 әsas әdәbi növdәn biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qraf
Qraf (riyaziyyat)
Əraf
7-ci surə
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.