Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Obşak
Obşak (rus. Общак), oğru kassası və ya qazan — kriminal jarqonda kriminal cəmiyyət arasında qarşılıqlı yardım fondu. "Obşak"ın iki növü var – azadlıqdan məhrumetmə yerlərində və azadlıqdan məhrumetmə yerlərindən kənarda. Oğruların qanunlarına görə, "obşak"a töhfələr könüllü olmalıdır, baxmayaraq ki, praktikada bu tələb həmişə yerinə yetirilmir. "Obşak" cinayətkarların ("qanuni oğru" və ya "vəziyyətə baxan") etibarından istifadə edən nüfuzlu cinayətkar liderin nəzarəti altındadır. Ümumi fondun toplanması, saxlanması və istifadəsi qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. "Obşak"ların formalaşması XX əsrin əvvəllərindən əvvəl başlamışdır. Azadlıqdan məhrumetmə müəssisələrində pul, yemək, siqaret, çay və əşyalardan ibarətdir. Regional "obşak"lar pul köçürmələri və vəsaitləri hesabına doldurulur. "Obşak"ın vəsaitləri administrasiyaya rüşvət vermək və çətin vəziyyətdə olan məhbuslara və ya onların ailələrinə dəstək vermək üçün istifadə olunur.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u.
Senecio obesus
Senecio obesus (lat. Senecio obesus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Typhlodromus obesus
Typhlodromus obesus (lat. Typhlodromus obesus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus obesus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Epidendrum obesum
Epidendrum lacustre (lat. Epidendrum lacustre) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Epidendrum leucochilum Lindl.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Berat Albayrak
Berat Albayrak (türk. Berat Albayrak; 1 yanvar 1978, İstanbul) — Türk iş adamı və siyasətçisi. Türkiyə hökumətində Türkiyənin Enerji Naziri və Maliyyə Naziri vəzifələrini daşıyıb. Albayrak Çalık Holdinqin rəhbəri vəzifəsində də çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Albayrak 2015-ci ilin iyun ayında və 2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasından millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. == Həyatı == Berat Albayrak 1 yanvar 1978-ci ildə İstanbulda anadan olub. Beratın atası Sadık Albayrak siyasətçi və jurnalist, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Berat İstanbul Universitetinin Biznesin İdarəedilməsi Fakültəsini bitirib. 1999-cu ildən Çalık Holdinqdə çalışmağa başlamışdır.
Berat Delihasan
Berat Delihasan (d. 12 dekabr, 1998, Rizə, Türkiyə) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Rizəspor === Delihasan Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Delihasan öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brayt Edomvonyini əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Ovsat Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub. 1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.
Əl-Bəsit
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245) Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar. Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır.
Əsədullah Bəyat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb.
Berat Cimsiti
Berat Ridvan Cimsiti (alb. Berat Ridvan Gjimshiti alm. Berat Ridvan Djimsiti‎ ; 19 fevral 1993[…], Sürix) — İsveçrəli və albaniyalı peşəkar futbolçu. İtaliyanın "Atalanta" klubunun və Albaniya millisinin müdafiəçisi . == Karyerası == === Klub === Berat "Sürix" klubunun yetirməsidir. İsveçrə Super Liqasının Djimsiti 2011–12 mövsümündə, "Sürix"in əsas heyətinə dəvət edilir. Peşəkar debütünü 3 mart 2012-ci ildə "Sion"la qarşılaşmada edir. O, "Sürix"də ilk qolunu 20 may 2012-ci ildə, "Qrasshopper"ə qarşı oyunda vurur. 18 yanvar 2016-cı ildə Cimsiti, İtaliyanın "Atalanta" klubu ilə üç il yarımlıq müqavilə imzalayır. Onun "Atalanta"da debüt oyunu, 3 may 2016-cı ildə "Napoli" klubuna qarşı oyunda baş tutur.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.