Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oynanış
Geympley (ing. Gameplay) — oyun ilə oyunçunun arasında interaktiv qarşılıqla əlaqədən məsul olan oyun komponenti. Termindən adətən videooyunların kontekstində istifadə olunur. Desurvire, H., Caplan, M., & Toth, J. A. (2004). Using heuristics to evaluate the playability of games. CHI '04 extended abstracts on Human factors in computing systems, Vienna, Austria. DOI:10.1145/985921.986102 Fabricatore, C., Nussbaum, M., & Rosas, R. (2002). Playability in video games: a qualitative design model. Human-Computer Interaction, 17(4), 311-368.
Nasist
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Ononis
Paxlakolu (lat. Ononis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Miconia inanis
Miconia inanis (lat. Miconia inanis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Nasist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Nasist memarlığı
Nasist memarlığı — Nasional Sosialist Alman İşçi Partiyasının hakim olduğu 1933-1945-ci illər arasında Nasist Almaniyasında hökm sürən memarlıq üslubu və fəaliyyəti. Roma İmperiyasına heyran olan Adolf Hitler romalıları da ari irq olaraq qəbul etmiş və onların üslublarından təsirlənərək neoklasik memarlıq abidələrinin tikilməsini istəmişdir. Dövrün totalitar rejimlərindən ən başda gələn Nasist Almaniyası ideologiyasının ruhuna uyğun olaraq totalitar və monumental strukturlar da inşa etmişdir və Velthauptştadt Germaniya kimi utopik və totalitar monumental layihələr hazırlamağı planlamışdır.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu. Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.
Nasist simvolikası
Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi. İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir: Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir.
Nasist yevgenikası
Nasist yevgenikası (alm: Nationalsozialistische Rassenhygiene, “Milli Sosialist İrqi Gigiyena”, həmçinin “Erbpflege Yevgenikası” kimi də tanınır) nasist Almaniyasında sağlam elementləri artırmaq və qeyri-sağlam elementləri azaltmaqla insan irqini təkmilləşdirməyə yönəlmiş siyasətlər məcmusudur. Alman xalqının bioloji inkişafını hədəfləyən üstün və təmiz bir alman irqi yaratmağı qarşısına məqsəd qoyan irqi ideologiyadır . Nasist dövründən əvvəl və nasizm dövründə Almaniyada aparılan Yevgenika tədqiqatları böyük miqyasda ilham aldığı Birləşmiş Ştatlar (xüsusilə Kaliforniya) və Böyük Britaniyadakı tədqiqatlara bənzəyirdi. Bununla belə, bu proqramların əhəmiyyəti xüsusilə Adolf Hitlerin rəhbərliyi altında kəskin şəkildə artmışdır, çünki varlı nasizm tərəfdarları yevgenika tədqiqatlarına böyük sərmayə qoymuşdular. Proqramlar daha sonra nasistlərin irqi siyasətini tamamlamaq üçün təkmilləşdirilmişdir. Nasistlərin yevgenika siyasətlərinin hədəfi; əsasən məhbuslar, degenerativlər, dissidentlər, anadangəlmə əqli və fiziki qüsurlu insanlar (almanca: erbkranken), irsi xəstəlikləri olanlar, epilepsiya, şizofreniya, manik-depressiv, serebral iflic, əzələ xəstəlikləri, kar, kor, homoseksual, dəli və zəif insanlar daxil olmaqla 400.000-dən çox insan öz iradəsinin əleyhinə olaraq sterilizasiya edildi (qısırlaşdırılmaq), kütləvi qətliam proqramı olan T4 əməliyyatı çərçivəsində, 300.000-ə yaxın insan öldürüldü. 1935-ci ilin iyununda Hitler və onun kabineti yeddi yeni fərmandan ibarət siyahı verdi. 5 saylı fərman sterilizasiya tədqiqatlarını sürətləndirməkdən ibarət idi. Nasist Almaniyasında yevgenika anlayışı tez-tez Rassenhygiene (“İrqi gigiyena”) termini kimi adlandırılırdı. Alternativ termin Volksaufartung (irqi inkişaf) kimi adlandırıla bilər.
Ononis arvensis
Tarla paxlakolu (lat. Ononis arvensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.
Ononis campestris
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Ononis repens
Ononis rotundifolia
Ononis rotundifolia (lat. Ononis rotundifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü.
Ononis spinosa
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Ononis vulgaris
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Oyanış TV
Oyanış TV — Günaz TV-nin ardınca açılan Cənubi Azərbaycanın ikinci kanalı, GAMOH təşkilatlnln televiziyası. Cənubi Azərbaycanın hüquqlarının təmin olunmasını və Azərbaycan dilinin İranda azad olması fikrini təbliğ edir.
Qrammatik nasist
Qrammatika nasisti (ing. grammar Nazi) — qrammatika səhvlərinə son dərəcə pedant münasibət bəsləyən İnternet icmalarının ironik adı və internet memi. İcma üzvləri bəzən Nasist Almaniyasının bayrağına bənzəyən, stilizə edilmiş böyük "G" hərfi olan emblemlərdən istifadə edirlər. Gerbdə Rusiyada qadağan edilmiş nasist simvollarının imitasiya əlamətləri var ki, bu da bir neçə dəfə hüquq-mühafizə orqanlarının reaksiyasına səbəb olub. Rus dilçi Maksim Kronqauz qrammatika nasisti fenomeninin tərifini aşağıdakı kimi verir: Söz 1990-cı illərin əvvəllərində ingilis dilində feminasist, "gym Nazi" (trenajor nasisti), "stroller Nazi" (uşaq arabası nasisti), "breastfeeding Nazi" (süd verən nasist) kimi ifadələr arasında yaranıb. Хайдарова В. Граммар-наци // Краткий словарь интернет-языка. LitRes. 2015. 79–80. ISBN 9785457545281.
Nasist Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Nasist qızılı
Nasist qızılı (alm. das NSDAP Gold‎) — şayiələrə görə, Nasist Almaniyasının iri funksionerlərinin qızıl və valyuta fondları. İddiaya görə, bu fondlar "cəbhələrdəki işlərin həqiqi vəziyyəti bilindiyinə və Reyxin qaçılmaz sonu başa düşüldüyünə, lakin uzunmüddətli perspektivdə dünyada nasional sosializm diktaturasını qurmağı planlaşdırdıqlarına görə" gizləmişdilər. Yulian Semyonovun "Baharın on yeddi anı" romanı (1969) və eyniadlı televiziya filmi (1973) sayəsində şayiələr yayılmağa başlamışdır. Konfederasiya qızılı Partiya qızılı Мосякин А. Г. За пеленой янтарного мифа. Сокровища в закулисье войн, революций, политики и спецслужб. — М.: РОССПЭН, 2008. — 615 с. — ISBN 978-5-8243-0951-5. Мосякин А. Г. Ограбленная Европа.
Azərbaycan milli oyanışı
Azərbaycan milli oyanışı, mədəni renessans (intibah) dövrü və ya modernləşməsi — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir. Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür. Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. == Adlandırma və dövrün təyini == == Erkən dövr == Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi. == Əsas dövr == === Maarifçilik hərəkatı və mədəniyyətin inkişafı === Rus işğalından əvvəl Azərbaycan mədəni həyatına əsasən fars sivilizasiyası təsir edirdi. Bu mədəni əlaqədən narahat olan Rusiya yerli türk mədəniyyətinin inkişafını dəstəklədi. Bu və digər sosial trendlər yerli türk mədəniyyətinin yenidən canlanmasına səbəb oldu. Azərbaycan mədəniyyətinin canlanması üç mərhələyə bölünə bilər: 1) 1905-ci il qədərki dövr; 2) 1905-ci ildən 1920-ci illərə qədər; 3) 1920-ci illərdən müasir dövrə qədər.
Yunan oyanışı memarlığı
Yunan oyanışı (Grek dirçəlişi və ya Grek oyanışı ya da Yunan dirçəlişi), XVIII əsrin sonu ilə XIX əsrin əvvəlləri arasında əsasən Şimali Avropada və ABŞ-də geniş tətbiq olunan bir memarlıq üslubudur. Yunan mədəniyyətinin məhsulu olaraq ortaya çıxan bu üslub, həm də Neoklassik memarlığın son mərhələsi olaraq xarakterizə edilmişdir. Bu konsepsiya ilk dəfə 1842-ci ildə Krallıq Rəssamlıq Akademiyasının professoru Charles Robert Cockerell tərəfindən verilən bir təqdimatda istifadə edilmişdir. Əsasən ABŞ-də təsirli bir cərəyan olduqdan sonra, bu terminin ingilis dilindəki adı olan Greek Revival (Yunan oyanışı) termini geniş şəkildə istifadə olunmuşdur.
Latviyada milli oyanış
Latviyada milli oyanış və ya Birinci oyanış (latış. Pirmā atmoda‎) — 1850-1880-ci illərdə latışların mədəni və milli dirçəliş hərəkatı. Bu hərəkatın fəalları əsasən Livoniya və Kurlandiyada Baltikyanı almanların hökmranlığına qarşı çıxan, müasir Latviya milli dövlətinin əsasını qoyan yüksək təhsilli insanlardan "gənc latışlar" adlanırdı. Gənc Almaniya və Çex Milli Hərəkatı kimi Avropanın romantik milliyətçi hərəkatlarından təsirləndi. Gənc latışların fəaliyyətinin böyük hissəsi latışların təhsilinə, almanlarınblatış dilinə, adət-ənənələrinə və mədəniyyətinə qarşı qərəzli tənqidinə qarşı mübarizəyə həsr olunmuşdu. Hərəkat 1850-ci illərdə o dövrdə Livoniya əyalətində ali təhsil müəssisəsi olan Tartu Universitetində meydana gəlib, 30-a yaxın etnik latış olan tələbə onun ilk fəalları olub. Kurlandiyadan olan tələbə Krişyanis Valdemars yataqxana otağında özünü latış kimi təqdim edən lövhə yerləşdirib ki, bu da o zaman eşidilməyib. Çox keçmədi ki, onun ətrafında 10-13 tələbədən ibarət dərnək yarandı və onlar “Latviya axşamları” təşkil etdilər ki, bu zaman almanlar tərəfindən sıxışdırılan latışların vəziyyətini müzakirə etdilər. Yuris Alunan və Krişyanis Baron tezliklə onun liderləri oldular. Hərəkatın fəalları “Mājas Viesis” və “Pēterburgas Avīzes” qəzetlərini nəşr edirdilər.
Milli Oyanış Partiyası
Əsasən PKB-lə qısaldılmış olan Milli Oyanış Partiyası (ind. Partai Kebangkitan Bangsa), İndoneziyadakı İslam əsaslı siyasi partiyadır.
Nasist Almaniyasında homoseksuallıq
Nasist Almaniyasında homoseksuallıq ictimaiyyətin nəzərindən tamamilə uzaqlaşdırılmış və ciddi şəkildə təqib edilmişdir. Veymar Respublikası dövründə çiçəklənən homoseksual subkultura (jurnal və qəzetlər, kafe və barlar, istirahət müəssisələri və tədbirlər) tamamilə məhv edilmişdir. Homoseksual kişilər sistematik olaraq izlənilir və qeydə alınırdı. 1935-ci ildə əhəmiyyətli dərəcədə sərtləşdirilmiş cinayət qanunları kişilər arasında bütün cinsi əlaqəni, hətta birbaşa fiziki təmas olmadan baş verən yaxınlığı da mühakimə edirdi. Və hətta həbs cəzalarını çəkdikdən sonra məhkumlar tez-tez "residiv"in qarşısını almaq üçün "qoruyucu" və ya "profilaktik" həbslər üçün konsentrasiya düşərgələrinə deportasiya edilirdilər. Lesbiyanlar kütləvi təqiblərə məruz qalmasalar da, tez-tez hakimiyyət tərəfindən ayrı-seçkiliyin başqa formaları ilə qarşılaşmışdılar. Tədqiqatçılar nasist Almaniyası tarixində homoseksualların təqib olunduğu üç dövrü ayırırlar. Birinci dövr 1933-cü ildə nasional-sosialistlərin hakimiyyətə gəlməsi ilə başlayır və əxlaq uğrunda ümumi mübarizə, homoseksual subkulturanın tamamilə məhv edilməsi, aktiv anti-homoseksual dövlət təbliğatı və homoseksuallara qarşı ilk fərdiləşdirilmiş terror hadisələri ilə xarakterizə olunur. İkinci dövr 1935-ci ildə kişilər arasında eynicinsli cinsi əlaqəni cinayət hesab edən 175-ci bəndin sərtləşdirilməsi və onların sistematik cinayət təqibinin başlanması ilə əlamətdardır. Son dövr 1940-cı ildən başlayır və SS, vermaxt və polis üzvlərinə qarşı repressiv tədbirlərin artması, habelə həbsxanadan azad edilmiş bütün homoseksual kişilərin konsentrasiya düşərgələrinə kütləvi deportasiyasının başlanması ilə xarakterizə olunur.