Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otvil-Lonnes
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Oval portret
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Oval Portret (hekayə)
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Laval
Laval (Mayen)
Lotxal
Lotxal - Harappa sivilizasiyasının əsas şəhərlərindən biri. Təxminən e.ə. XXIV əsrə yaxın yaranmış bə yaşayış məntəqəsi müasir Hindistanın Qucarat ştatında yerləşir. 1954-cü ildə aşkar edilmiş Lotxalda ilk arxeoloji qazıntılar Hindistan Arxeologiya İdarəsi tərəfindən 1955-1960-cı illərdə aparılmışdır. Qucarat dilində Lotxal "Ölülər təpəsi" deməkdir . == Tarixi == Arxeoloqlar aşkar etdikləri misdən və keramikadan, həmçinin yarımqiymətli daşlardan hazırlanmış əşyalara və boyunbağılarına əsasən e.ə. XXIII əsrdə Harappa mədəniyyəti meydana çıxanadək çox da böyük olmayan yaşayış məntəqəsi olduğu qənaətinə gəlmişlər. Lotxal sakinləri qərbdə yerləşən yaşayış məntəqələrinin sakinləri ilə ticarətdə boyunbağı əsas yer tuturdu. Sonuncular pambıq və düyü ticarəti bəhanəsi ilə ciddi müdafiə olunan Lotxal məntəqəsinə soxulmuş və yerli əhalini assimilyasiya etməyə müvəffəq olmuşlar == Şəhərin planı == E.ə. təxminən 2350-ci ildə baş vermiş daşqın nəticəsində şəhərdə tikililərin çoxu dağılmış, harappalılar şəhəri yenidən bərpa etmişlər Şəhər akropola və aşağı hissələrə bölünmüşdür.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. == Ümumi məlumat == Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Opal
Opal — mineral, yarı-qiymətli daş. == Kimyəvi xassələri və görünüşü == Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır. Nəcib opal şəffaf olub opalessensiya edir. Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır. Donuq opal — südü-ağ. Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Bulbophyllum ovale
Bulbophyllum ovale (lat. Bulbophyllum ovale) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bəsirətül-ətfal
Bəsirətül-ətfal - Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı məlumat vermişdik. R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı "Bəsirətül-ətfal"dır. "Bəsirət" ərəb mənşəli sözdür, "gözüaçıqlılıq, dərrakəlilik" kimi tərcümə olunur. "Ətfal" da ərəb mənşəlidir, "tifil" (uşaq) sözünün cəmidir. Deməli, "Bəsirətül-ətfal"ı "Uşaqların gözüaçıqlığı, dərrakəliliyi " kimi tərcümə etmək lazımdır. Bu yazımız R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır. R.Əfəndizadənin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub. XX əsrin əvvəllərində R.Əfəndizadə xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlib.
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Erol Özvar
Erol Özvar (8 iyun 1966, Bakırköy, İstanbul ili) — Türk yazıçı, akademik, iqtisadçı, tərcüməçi. 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini eyni şəhərdə aldı. 1985-ci ildə Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olmuş, 1989-cu ildə məzun olmuşdur. Eyni universitetdə iqtisadi tarix sahəsində magistr və doktorantura təhsili aldı. 1998-ci ildə Mərmərə Universitetində "XVII əsrdə Osmanlı Dövlət Maliyyəsindəki Dəyişiklik: Xəzinədarlıq Gəlirliyindən Yunanistan Dövlətində Vivadilikə Keçid" mövzusunda doktorluq dissertasiyasını təqdim etdi.Uzun müddət, Mərmərə Universiteti Sosial elmlər peşə məktəbinin müəllimi olmuşdur. 15 iyul 2018-ci il tarixli Türkiyə prezidenti Fərmanı ilə Mərmərə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. == Həyatı == 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini İstanbulda aldıqda sonra Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olur. Daha sonradan, eyni universitetdə magistratura və doktorantura təhsilini alır.
Ervand Otyan
Ervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, İstanbul, 3 oktyabr 1926, Qahirə) — erməni əsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.