Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Outline
Outline Çevrə, kontur – Obyektin yalnız qıraqlarını göstərən qrafik görüntü. Konspekt, xülasə, icmal – mətndəki bütün xırdalıqlara toxunmadan başlıca məqamların təqdim olunması üsulu. İnsanlar yüzillər boyu icmalı kağız üzərində qeyd etmişlər, ancaq kompüter bu prosesi iki yolla asanlaşdıra bilər. Birincisi, mətn prosessorunda öncə sənədin icmalını hazırlayıb, sonra geri qayıdıb bir-bir bölümləri doldurmaqla. İkincisi, proqram təminatları yalnız vacib məqamları göstərib, qalan yerləri gizlətmək imkanına malikdir. İstifadəçi bir bölümlə işləyərkən qalan bölümlərin detalları, yazılmış olsalar da, ekrandan uzaqlaşdırıla bilər. İcmal I.Heyvanların təsnifatı A.Məməlilər 1.İtlər və canavarlar a.Ev heyvanları b.Vəhşi heyvanlar 2.Pişiklər a.Ev pişikləri b.İri pişiklər 3.Primatlar B.Quşlar İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Outline nedir?
Online
Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətən internet bağlantısını nəzərdə tutur, lakin daha böyük sistemə qoşulmuş hər hansı avadanlıq və ya funksional bölməyə də aid edilə bilər. Onlayn olmaq avadanlıq və ya alt sistem qoşulmuşdur və ya istifadəyə hazırdır deməkdir. "Onlayn" yerinə yetirilən fəaliyyətləri və internetdə mövcud olan məlumatları təsvir etmək üçün istifadə olunur, məsələn: "onlayn şəxsiyyət", "onlayn yırtıcı", "onlayn qumar", "onlayn oyun", "onlayn alış-veriş", "onlayn bankçılıq", və "onlayn öyrənmə". Oxşar məna "kiberfəza", "kibercinayət", "e-poçt", "e-ticarət" sözlərində olduğu kimi "kiber" və "e" prefiksləri ilə də verilir. Bunun əksinə olaraq, "oflayn" ya internetdən ayrılmış halda yerinə yetirilən fəaliyyətlərə, ya da internet fəaliyyəti alternativlərinə aid ola bilər. "Oflayn" termini bəzən "real həyatda" mənasını verən "IRL" abreviaturu ilə əvəz olunur. XIX əsrdə onlayn (on-line) termini həm dəmiryolu, həm də teleqraf sənayesində geniş istifadə olunurdu. Dəmiryolları üçün siqnal qutusu teleqraf xətti (kabel) vasitəsilə xəttin (yolun) aşağısına yolun vəziyyəti, yəni xəttdə qatarın olub-olmaması barədə mesajlar göndərirdi. Teleqraf xətti işçiləri cərəyanı göndərməyə "xətt üzrə birbaşa" və ya "xətt üzrə batareya" deyirdilər.
Dengeki Online
Dengeki PlayStation (電撃 PlayStation) — Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir. == Tarixi == Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır. Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Transitions Online
Transitions Online və ya qısaca Transitions (TOL) — Çexiyada yerləşən qeyri-kommersiya təşkilatı olub keçmiş Sovetlər Birliyinin, Şərqi, Mərkəzi və Cənub-şərqi Avropanın, Baltikyanı, Qafqaz və Orta Asiyanın post-kommunist ölkələrində medianın müstəqilliyini, professionallığını və təsirini artırmaq üçün yaradılıb. Təşkilat bunu jurnalistika, media təlim proqramları və 1999-cu ildən internetdə yayımlanan Transitions Online jurnalı vasitəsilə həyata keçirir. Bu təşkilat dünyanın müxtəlif ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsi adlı tədbirlərin təşkilatçısıdır.
Hetq Online
Hetq (erm. Հետք; azərb. İz‎) — Araşdırmaçı Jurnalistlər qeyri-hökumət təşkilatının İrəvanda nəşr etdiyi onlayn qəzet. İlk dəfə 2001-ci ildə erməni dilində, 2002-ci ildən isə ingilis dilində də nəşr olunur. Ermənistanın Araşdırmaçı Jurnalistləri QHT 29 iyul 2000-ci ildə təsis edilmiş qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Ermənistanda araşdırmaçı jurnalistikanın inkişafına kömək etmək, söz azadlığı və demokratik prinsipləri gücləndirmək və inkişaf etdirməkdir. == Tarixi == 2001-ci ildən təşkilat müxtəlif layihələr çərçivəsində ətraf mühit, sosial, təhsil, mədəniyyət, məhkəmə, enerji, bank sistemi və digər mövzularda araşdırma filmləri və məqalələr hazırlayıb. Bu araşdırmalar nəticəində dövlət və yerli hökumətlər tərəfindən müxtəlif sui-istifadə halları, habelə insan hüquqlarının pozulması aşkar edilib. 2001-ci ildən təşkilat Hetq Online internet qəzetini nəşr etdirir. Hetq Online-ın ingilis dilində versiyası 2002-ci ilin sentyabr ayından nəşr olunur. Hetq Online-ın araşdırma məqalələri Ermənistanın aparıcı gündəlik qəzetləri tərəfindən yenidən dərc olunur.
Caucasus Online
Caucasus Online — Gürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia Online və SaNet-in birləşməsi nəticəsində yaranıb. 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi. 2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur. 2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.
GTA Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Tanki Online
Tanki Online (rus. Танки Онлайн) ― 2009-cu ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu brauzer oyunudur. == Tarixi == === İlk dövrlər === Tanki Online oyununun tarixi 20-ci əsrin 90-cı illərinin sonlarında başlamışdır. Həmin dövrdə disketlər üçün "Tanks for Two" adlı prototip hazırlanmışdı. Lakin texnologiyanın inkişafı nəticəsində disketlərin CD-lərlə əvəz olunmağı və tərtibatçılar oyunun mənbə kodunu itirməyinə görə ilk versiya itirildi. 2008-ci ildə tərtibatçılar "Tanks" adlı bir demo üzərində yenidən birlikdə işləməyə başladılar. Bunun əsasında isə "Tanki Online" hazırlanaraq 2009-cu ilin 4 iyununda təqdim olundu. 2013 və 2014-cü illərdə layihə "Runet mükafatı"nın qalibi olub. === Sonrakı inkişaf === 2009-cu ilin sonunda oyunun yeni versiyası — "Tanki 2.0" üzərində iş başladı, lakin sonradan layihə ləğv edilərək planlanılan yeniliklər oyunun ilk versiyasına tətbiq edildi. 2014-cü ildə eyni tərtibatçılar tərəfindən Tanki Online-ın "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне; 24 aprel 1975, Zaporojya) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Brooklyn Nine-Nine
Sword Art Online
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
Tonino-Aniv yarımadası
Tonino-Aniv yarımadası — Saxalin adasının cənub-şərq hissəsində yerləşir. Yarımadanın şimal qutaracağı Svobodnı (Tonin), cənub-şərq qutaracağında isə Aniva burnu qərarlaşır. Yarımadanın uzunluğu 90 km, eni isə 3 – 19 km təşkil edir. Saxalin adasına Muravyovski bərzəxi ilə birləşir. Yarımada ərazisindən Tonino-Aniv silsiləsi keçir. Ən hündür nöqtəsi Kruzenştern dağıdır (670 m). Ərazisini qarışıq meşələr örtmüşdür. Yarımada ərazisində çoxlu sayda göl vardır: Böyük Vayayskoe, Busse gölü, Böyük Çibisan gölü, Tunayça gölü.
World Flora Online
Dünya Florası Onlayn (ing. World Flora Online) — dünyanın bitki növlərindən ibarət İnternet-toplu. Miller, Chuck; Ulate, William. "World Flora Online Project: An online flora of all known plants". Proceedings of Taxonomic Databases Working Group (TDWG). 1. 23 August 2017: e20529. doi:10.3897/tdwgproceedings.1.20529. "World Flora Online: An international initiative of the Global Partnership for Plant Conservation". The World Flora Online Consortium.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) — Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Occultic;Nine
Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain, azərb. Okkultik doqquzluq‎) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır. Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur. Yuuta Qamon (我聞 悠太, Gamon Yūta) Səsləndirən: Yuki Kaci Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır. Ryoka Narusava (成沢 稜歌, Narusawa Ryōka) Səsləndirən: Ayane Sakura Ruh rəhbəridir. Saray Haşiqami (橋上 サライ, Hashigami Sarai) Səsləndirən: Kayto İşikava İnkarçı, ultra-realist universitet tələbəsidir.
Asuna (Sword Art Online)
Asuna Yuuki (結城 明日奈, Yūki Asuna) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır. Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir. == Personaj == Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.
Sword Art Online (teleserial)
Sword Art Online — Reki Kavaharanın "Sword Art Online" ranobe seriyasının əsasında çəkilməsi planlaşdırılan ABŞ teleserialı. Teleserial Skydance Media tərəfindən istehsal olunacaq. İstehsalçı şirkət ranobe seriyası əsasında virtual reallıq təcrübəsi yaratmağı planlaşdırdığını bildirib. Skydance Television 2 avqust 2016-cı ildə Reki Kavaharanın "Sword Art Online" ranobe seriyası əsasında teleserial çəkmək hüququnu əldə etdiyi açıqlamışdır. Laeta Kalogridis teleserialın ssenaristi və icraçı prodüseri olacaq. Teleserialın digər icraçı prodüserləri Skydance CEO-su Devid Ellison, Dana Qoldberq və Mersi Rossdur. Skydance Interactive teleserialdan sonra "Sword Art Online" virtual reallıq təcrübəsi üzərində işləyəcəyini açıqlamışdır.
Grand Theft Auto Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Nernst-Ettinqshauzen eninə effekti
1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub. Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1 göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, C və D səthlərin arasında potensial fərqi yaranır.
Plants of the World Online
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Online Mendelian Inheritance in Man
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.