Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Anni Fişer
Anni Fişer (mac. Fischer Annie; 5 iyul 1914[…], Budapeşt – 10 aprel 1995, Budapeşt) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır. == Həyatı == Anni Fişer 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1926-cı ildə etibarən konsertlər vermişdir.
Ariya Fişer
Ariya Fişer (2 mart 1999, Laquna-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ariya Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == Alovlu Rod (2007) == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Emil Fişer
Emil Fişer (9 oktyabr 1852[…] – 15 iyul 1919[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya kimyaçısı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laureatı. == Həyatı == O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. == Fəaliyyəti == Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır.
Fişer effekti
Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir. İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi. Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər: (1+i)=(1+r) (1+ π) r - real faiz dərəcəsi; i -nominal faiz dərəcəsi; π -inflyasiya dərəcəsi. Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867–1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya. Miqdar qanununa və Fişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.
Fişer şternbergiyası
Sternbergia vernalis (lat. Sternbergia vernalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amaryllis vernalis Mill. === Heterotipik sinonimləri === Amaryllis lutea M.Bieb. Oporanthus fischerianus Herb. Sternbergia fischeriana (Herb.) Roem. Sternbergia fischeriana subsp. hissarica (Kapinos) Artjush. Sternbergia fischeriana f.
Hans Fişer
Hans Fişer (alm. Hans Fischer;‎ 27 iyul 1881[…], Frankfurt-Mayn, Prussiya – 31 mart 1945[…], Münxen) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı. == Həyatı == === Erkən həyatı === Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı. === Kariyerası === Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
Haynz Fişer
Haynz Fişer (9 oktyabr 1938[…], Qrats) — Avstriya Respublikasının prezidenti. Vyana Universitetində hüquq təhsili alıb. Avstriya Sosial Demokrat Partiyasına qatılıb. 1993-cü ildə Innsbruckta hüquq professoru, 2004-cü ildə prezident olub.
Kerri Fişer
Kerri Fişer (ing. Carrie Fisher; 21 oktyabr 1956[…], Berbank, Kaliforniya və ya ABŞ – 27 dekabr 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və ssenaristi. == Həyatı == 21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində Eddi Fişer və Debbi Reynoldsun ailəsində doğulub. 2 yaşı olanda ailə dağılmış və ata məşhur aktrisa Elizabet Teylorla evlənmişdir. Uşaqlıqda aktrisa olmaq arzusu olan Kerri "Central School of Spench and Drama"da təhsil aldı. İlk filmi "Şampun" filminə 1975-ci ildə çəkildi. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən Ulduz müharibələri filmində "Şahzadə Leya" obrazı oldu. Daha sonra 1980-ci ildə "Cazmen Qardaşlar" filmində rol aldı. 1990-cı ildə "Postcards from the Edge" filminin sserisini yazmışdır. Kerri Fişer 27 dekabr 2016-cı ildə Londondan qayıdarkən təyyarədə infarkt keçirmişdir.
Lui Fişer
Lui Fişer (ing. Louis Fischer; 29 fevral 1896, Filadelfiya, Pensilvaniya – 15 yanvar 1970, Prinstom, Nyu-Cersi) — ABŞ tarixçisi, jurnalisti və publisisti. 1923–1937-ci illərdə müxtəlif ABŞ və Birləşmiş Krallıq qəzetlərinin Moskva təmsilçisi olmuşdu. SSRİ haqqında çoxsaylı kitabların, o cümlədən Lenin və Stalinin bioqrafiyalarının müəllifidir. 1965-ci ildə Tarix və Bioqrafiya üzrə Milli Kitab Mükafatını qazanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Wolf, Markus. Die Troika: Geschichte eines Nichtgedrehten Films [The Troika: The Story of a Non-Made Film] (alman). Aufbau-Verlag. January 1, 1989. ISBN 978-3546498395.
Makenzi Fişer
Makenzi Fişer (d. 29 mart 1997) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Makenzi Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Ouqen Fişer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Rober Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Robert Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Stenli Fişer
Stenli Fişer (ivr. ‏סטנלי פישר‏‎; 15 oktyabr 1943) — 2014-2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005-2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb. 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir. 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.
Yojef Fişer
Yojef Fişer (mac. Fischer József; 12 aprel 1901[…], Budapeşt – 23 fevral 1995[…], Budapeşt) — Macarıstan modernist memarı və sosial-demokratik siyasətçi, İmre Nadın üçüncü kabinetində nazir olmuşdur. 1918—1919-cu illərdə baş verən inqilabi hadisələrdə iştirak etmişdir, Macarıstan Sovet Respublikası dövründə Macarıstan Qırmızı Ordusunun tərkibində idi. 1921-ci ildə Macarıstanın ilk diplomlu qadın mühəndisi Ester Peçe ilə evləndi. Profilli təhsil almışdır; ən çox kubizm, Layoş Kaşşak, Le Korbuzye, Valter Qropius və Bauhauzdan təsirlənmişdir, Farkaş Molnar və Marsel Bröyer kimi memarlar ilə işləmişdir. 1932-ci ildə Macarıstan Sosial Demokrat Partiyası ilə əlaqələr qurdu. Karoy Peyer ilə tanışlığına görə "sinif nifrətini qızışdırdığı üçün" bir ay həbs cəzasına məhkum edildi. Onun sosial demokratik münasibətləri hələ də davam edirdi. 1939-cu il parlament seçkilərində Sosial Demokratlardan deputatlığa namizəd oldu. 1940-cı ildə hərbi xidmətə çağırıldı, 1943-cü ildə infrastruktur obyektlərini qorumağa göndərildi.
İrvinq Fişer
İrvinq Fişer (ing. Irving Fisher; 27 fevral 1867[…] və ya 7 fevral 1867 – 29 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı) - amerikalı iqtisadçı, statistik, ixtiraçı və mütərəqqi sosial təşəbbüsçü idi. O, erkən Amerika neoklassik iqtisadçılarından biri olsa da, sonralar borc deflyasiyası üzrə işi postkeyns məktəbi tərəfindən mənimsənilmişdi. Yozef Şumpeter onu "ABŞ-nin indiyə qədər dünyaya gətirdiyi ən böyük iqtisadçı" kimi təsvir edirdi. Bu bənzətmə daha sonra Ceyms Tobin və Milton Fridmen tərəfindən də təkrarlanmışdı. Fişer faydalılıq nəzəriyyəsinə və ümumi tarazlığa mühüm töhfələr verdi. O, eyni zamanda kapital və faiz dərəcələri nəzəriyyəsini inkişaf etdirməsinə səbəb olan bazarlarda aralıqlararası seçimin ciddi şəkildə araşdırılmasında öncül idi. Pulun miqdar nəzəriyyəsi ilə bağlı etdiyi araşdırma "monetarizm" adı ilə tanınan makroiqtisadi təlim məktəbinin əsasını qoymuşdu. Fişer indeks nömrələrinin inkişafı daxil olmaqla ekonometrikanın da öncüllərindən idi. Onun adını daşıyan bəzi anlayışlara Fişer tənliyi, Fişer hipotezi, beynəlxalq Fişer effekti, Fişer ayrılma nəzəriyyəsi və Fişer bazarı daxildir.
Frans Fişer
Frans Fişer 19 mart 1877[…], Frayburq-im-Braysqau – 1 dekabr 1947[…], Münxen, İşğal Almaniyası – alman kimyaçısı. Freyburq, Münxen vә Hisen universitetlәrindә oxumuşdur. Berlin Universitetindә işlәmiş, Berlindә Ali Texniki Mәktәbin professoru (1911-ci ildәn), Mülheymdә Kömürün Öyrәnilmәsi Üzrә Kayzer Vilhelm İnstitutunun direktoru olmuşdur (1913–1943). Əsas tәdqiqatları karbon oksidi vә hidrogen әsasında üzvi birlәşmәlәrin sintezinә hәsr olunmuşdur. 1927-ci ildә Hans Tropş ilә birlikdә karbon oksidinin dәmir vә kobalt katalizatorlarının iştirakı ilә hidrogenlә reaksiyasını kәşf etmişdir; reaksiya nәticәsindә (şәraitdәn asılı olaraq) qaz, maye vә bәrk alifatik karbohidrogenlәr әmәlә gәlir. Bu reaksiyanın maye yanacaq almaq üçün istifadә edilmәsinin mümkünlüyünü göstәrmişdir (1926). Sintetik benzin istehsalının texnologiyasını işlәyib hazırlamışdır (1925–1935). Karbon oksidi vә hidrogen әsasında maye izoparafinlәrin vә normal bәrk parafinlәrin sintezinin prinsipial mümkünlüyünü göstәrmişdir (1936).
Fişer südləyəni
Fişer südləyəni (lat. Euphorbia fischeriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Yoşka Fişer
Yoşka Fişer (alm. Joschka Fischer‎ ; əsl adı Yozef Martin Fişer, alm. Joseph Martin Fischer‎; 12 aprel 1948[…]) — Yaşıllar Partiyasından olan alman siyasətçi. 1998-2005 -ci illərdə Almaniyanın xarici işlər naziri və vitse-kansler vəzifələrində çalışıb.
Vera Fişer
Vera Fişer (27 noyabr 1951) — Braziliyalı aktrisa və gözəllik müsabiqəsinin qalibi, 1969-cu ildə "Miss Brazil" tacını almış və ölkəsini 1969-cu ildə "Kainat gözəli" yarışmasında təmsil etmiş, burada Top 15-ci yeri tutmuşdur. == Erkən həyatı == Fişer Blumenau, Santa-Katarinada alman əsilli braziliyalı Hildeqard Berndt və alman Emil Fişerin ailəsində anadan olmuşdur. Protestantlıq mühitində böyümüşdür. Fişerin tərcümeyi-halına görə, atası Nasist olmuş və onu döymüşdür. Beş yaşına qədər Fişer yalnız almanca danışırdı; məktəbdə isə portuqal dilini öyrənməyə başlamışdır. == Karyerası == Fişer 1969-cu ildə Miss Brazil tacını almışdır. O, həmçinin Miss Universe 1969 müsabiqəsində yarımfinalçı olmuşdur. O, 1973-cü ildə pornoçançada olan A Superfêmea filmində və The Graduate romanı əsasında çəkilmiş Migel Falabellanın The Graduate filmində, A Primeira Noite de Um Homem (2004) pyesində rol almışdır. O, O Clone (The Clone) və Laços de Família (Ailə bağları) kimi telenovella filmlərində rol almışdır.
Toplum TV ofisinə basqın
Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu. Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin] 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.