Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Edenit
Edenit — mineral, amfibol, NaCa2Mg5 [(OH,F)2½AlSi7O22], == Haqqında == Edenit — ferroedenit izomorf seriyasının son üzvü. Ferroedenitdə Mg təmamilə Fe2+- lə əvəz olunmuşdur. Bu seriyanın bütün üzvlərində komponent kimi adi hornblend iştirak edir. Edenit ideal tərkibinə yaxın amfibollar Mg-la zəngin olan dəyişilmiş püskürmə süxurlarda; dolomitlər içərisində, kontakt metasomatik dəyişilmiş əmələgəlmələrdə biotit, şpinel və qranatla birlikdə rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Koşenil
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Rosenia
Rosenia (lat. Rosenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Rosenia glandulosa Thunb.
Senhit
Senhit Zadik Zadik (1 oktyabr 1979 Bolonya), Senit ya da Senhit 2011 Eurovision Mahnı Müsabiqəsində San-Mariononu "Stand By" adlı mahnı ilə təmsil edən Eritreya əsilli İtaliyan müğənnidir. 2014-cü ildə Sony Music İtaliya ilə müqavilə imzalayaraq, "Relations" adlı sinqlını təqdim etmişdir. 2021 Eurovision Mahnı Müsabiqəsində San-Mariononu "Adrenalina" adlı mahnı ilə amerikalı repçi Flo Rida ilə birgə təmsil etmişdir.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Senet
Senet, (ing. senet, bəzən senat) — Qədim Misir masaüstü oyun. Bizim eradan 3.500 il əvvəl icad edildiyi ehtimal edilir. Rəvayətlərdə və "Qədim Misir ölülər kitabı"nda adı çəkilir. Bildirilir ki, Qədim Misir bilik tanrısı Tot tərəfindən yaradılıb.
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Doqo onseni
Doqo Onsenı (道後温泉) — Ehime prefekturasının Matsuyama şəhərində yerləşən isti bulaqlar. == Tarixi == Doqo onseni Yaponiyadaki tarixi 1000 ildən çox olan ən qədim onsenlarından biridir. Bulaqlar "Manyoşu" (759-cu ildə yazılıb) və "Şahzadə Şötoku" əfsanəsində (574–622) qeyd olunmuşdu. Doqo Onseni yazıçı Natsume Sosekinin (1867–1916) onun Matsuyamada müəllim işlədiyi vaxtlarda ən sevimli yerlərindən biri idi. Sosekinin avtobioqrafik novelası Botçanın baş qəhrəmanı bu onsenə tez-tez ziyarət edir. Müasir hayku şairi Masaoka Şiki (1867–1902), Matsuo Basyonun (1644–1694) tənqidçisi Doqo onsenının rezidenti olub. Onun was a resident of Dōgo Onsen. onun poemaları şəhərin çoxlu yerlərində yaxşı görmək olar. == Təsvir == Onsenın hal-hazırkı binası Doqo Yunomaçi şəhərinin meri İsaniva Yukiyanın təşəbbüsü ilə 1894-cü ildə tikilib. Maksimal tutmluğu üçün üçmərtəbəli tikilən bina bu günə kimi populyarlığını itirmir və axşam vaxtları pik saatlarında boş olmur.
Eucalyptus olsenii
Eucalyptus olsenii (lat. Eucalyptus olsenii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eupatorium ostenii
Eupatorium ostenii (lat. Eupatorium ostenii) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Mikania mosenii
Mikania mosenii (lat. Mikania mosenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Nağd ödəniş
Osetin dili
Osetin dili (öz adlanması İron əvzaq) — Hind-Avropa dillərinin hind-fars dilləri qrupunun şərqi-fars yarımqrupuna aiddir, alan və skiflərin dilləri ilə genetik bağlılığı saxlayır.. Şimali Osetiyada və Cənubi Osetiyada yayılıb. Danışanların ümumi sayı 450—500 min nəfər qiymətləndirilir (Rusiyada 451 431 nəfər.), onlardan Şimali Osetiyada 380—450 min nəfərdir. 2002-ci il siyahıyalınmasına görə Rusiyada osetin dilini istifadə edən 10388 rus, 1107 kabardin, 837 inquş və 3200 gürcü yaşayır. == Mənbə == Портал по документации и исследованию грамматики осетинского языка Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine Национальный корпус осетинского языка Клуб аланского языка (самоучитель, тексты, словарь, музыка) Иронский текст с параллельным переводом на дигорский Осетинский язык online (словари, учебные материалы, подборка ссылок) Абаев В. И. Краткий грамматический очерк осетинского языка Багаев Н. К. Современный осетинский язык Грамматика осетинского языка (под ред.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. == Arxa plan == Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. == Haqqında == Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. == Çeşidləri == İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur.Əsas növləri: Davondjin (осет. давонджын, дабонгун) —Limon yarpaqları ilə Osetin pendirli piroq Kabuskadjin (осет.
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. == Həyatı == Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.