Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paqtıqan
Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir. == Etimologiya == (Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir. == Azərbaycan mədəniyyətində yeri == Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər.
Pəhlivan
Pəhləvan və ya Pəhlivan — Ad, təxəllüs. Pəhləvan bəy Bayandur — Bayandur elinin başçısı.Bu təxəllüsü olan şəxslərPəhləvan Nabat — Qarabağın adlı-sanlı güləşçisiYaşayış məntəqələriPəhləvan (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Enn Sallivan
Enn Sallivan kimi tanınan Johanna Anne Mansfield Sullivan Macy (4 aprel 1866 – 20 oktyabr 1936) irland əsilli amerikalı müəllim idi. Helen Kellerə dərs demişdir. Enn Sullivan 1866-cı ildə Massaçusets ştatının Aqavam şəhərinin Feeding Hills kəndində anadan olmuşdur. Vəftiz qeydlərinə görə adı Johanna Mansfield Sullivan olsa da, ona Enn (ingiliscə Anne) adı ilə müraciət edilirdi. Valideynləri Tomas Sullivan və Alice Sullivandır. 1932-ci ildə Helen Keller və Enn Sallivan Şotlandiya Təhsil İnstitutunun və Templ Universitetinin fəxri fərmanlarına layiq görülmüşdürlər. Enn Sallivan 1935-ci ildə hər iki gözünün nurunu tamamilə itirdiyinə görə kor olmuşdur. O, 1936-cı il oktyabrın 20-də Nyu-Yorkun Forest Hills şəhərində komaya düşərək 70 yaşında vəfat edib. Sallivan Helen Kellerin əlindən tutaraq ölmüşdür. Helen Keller 1968-ci ildə vəfat edəndə isə onun cəsədi yandırıldı və külləri Vaşinqton Milli Kafedralında, Enn Sallivanın məzarına qoyulmuşdur.
Pəhlivan Fərzəliyev
Pəhlivan Əhliman oğlu Fərzəliyev (27 sentyabr 1958, Qaryagin – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir. == Döyüşlərdə iştirakı == BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. == Ailəsi == Evli idi.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Ağliyan (Bukan)
Ağliyan (fars. اغليان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (37 ailə).
Harri Stek Sallivan
Harri Stek Sallivan — 1892-ci ildə 21 fevralında Nyu-York ştatında Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o tez-tez xəstələnərdi, şızefreniyaya tutulduğu üçün onun dostları olmamışdı. Demək olar ki, uşaqlıqda keçirtdiyi buneqativ səbəblərdən doloyı o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra o Çikaqoya gəlir və Çikaqo Tibb kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o əsgərliyə gedir. Sallivan 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra birinci Dünya müharibəsində hərbi həkim işləyir. 1922-ci ildə o, Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Buarda o ilk dəfə ciddi psixiloji pozxunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metidlardan istifadə etməyə başlayır.O çizofreniyya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır. Vaşinqtondan Tausona köçdükdən sonra o,1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyi,r həm də Merilend Tibb məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır.