Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pampers
Pampers - 1961-ci ildə Procter & Gamble şirkəti tərəfindən yaradılmış uşaq bezləri. Pampers yumşaq, birdəfəlik və rahat olduğu üçün istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Pampers brendi Procter & Gamble şirkətində çalışan kimya mühəndisi Viktor Mils tərəfindən yaradılmışdır. ABŞ-də XX əsrin ikinci yarısından etibarən evdar qadınlar öz körpələrinin baxımı üçün birdəfəlik və rahat olacaq bezlərə çox ehtiyac duyurdular. Layihənin üzərində 1950-ci illərdən etibarən işləməyə başlayan Mils, yaratdığı yeni brendi ilk dəfə nəvəsinin üzərində sınamış və uğurlu nəticə əldə etmişdir. Pampers sözü bolqar dilindən olan (bolq. Памперси) sözündən götürülmüş, tərcüməsi (azərb. uşaq bezi‎) deməkdir. 1966-cı ildə Pampersə Wingfold dizaynı əlavə edilir və 1969-cu ildə isə müxtəlif yaşlı,bədən ölçülü körpələrə uyğun üçünçü ölçü yaradılır. 70-ci illərin əvvəllərində Pampers bezlərindən Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunurdu.
Tampere
Tampere — böyüklüyünə görə Finlandiyanın üçüncü şəhəridir. 200-dən çox göllə əhatə olunmuş təpədə yerləşir. Burada pravoslav kilsəsi, nəhəng qala, "Kehryasaari" və "Koskike-skus" ticarət mərkəzləri yerləşir. Şəhərin başlıca görməli yeri əyləncəli Syarkyanni parkı sayılır. Parkda 30-dan çox attraksion, zoopark və akvarium, ölkənin ən hündür qülləsi "Nyasinneula" yerləşir.
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsafə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Aloe camperi
Aloe camperi (lat. Aloe camperi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Amblyseius pamperisi
Amblyseius pamperisi (lat. Amblyseius pamperisi) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius pamperisi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Karl Yaspers
Karl Yaspers (Tam adı: alm. Karl Theodor Jaspers‎; 23 fevral 1883[…], Oldenburq, Almaniya imperiyası – 26 fevral 1969[…], Bazel[…]) — Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri. == Həyatı == Karl Yaspers 23 fevral 1883-cü ildə, Oldenberq-də anadan olmuşdur. 1907-ci ildəHeydelberq universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin bir qədər oxuduqdan sonra tibb fakültəsinə keçmiş və 1908-ci ildə oranı bitirmişdir. Həkim-psixiatr ixtisasına yiyələnmiş, 1913-cü ildə "Ümumi psixopatologiya", 1919-cu ildə "Dünyagörüşlər psixologiyası" kitablarını yazıb dərc etdirmiş, tək həkim kimi deyil, psixoloq və filosof kimi də tanınmışdır. 1931–32-ci illərdə uzun müddət üzərində işlədiyi irihəcmli "Fəlsəfə" əsəri dərc olunmuşdur. İkinci dünya savaşından sonra bir çox fəlsəfi kitabları işıq üzü görmüş, müəllifinə böyük şöhrət gətirmişdir. Karl Yaspers 26 fevral 1969-cu ildə Bazel-də vəfat etmişdir. == Yaradıcılığı == Karl Yaspers həkim və psixoloq olaraq xəstə insanların psixoloji durumunu yaxından müşahidə etmiş, ölüm və həyat arasında olan insanların fəlsəfi yaşantılarını anlamağa çalışmışdır. Ölüm ayağında olan insan nə kimi duyğuları yaşayır?
Martiyn Yaspers
Martiyn Yaspers (11 fevral 1987) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Martiyn Yaspers Niderlandı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Martiyn Yaspers 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.192 saniyəlik nəticəsi ilə 19-cu yeri tutdu.
Monika Lampert
Monika Lampert (tam adı: Monika Lampert, mac. Lamperth Mónika; 5 sentyabr 1957) — Macarıstan siyasətçisi və hüquqşünası. 2002-2006-cı illərdə Daxili İşlər naziri, 2007-ci ilədək Yerli Hökumət naziri vəzifələrini icra etmişdir. 2007-ci ildə Ferens Dyurçan onu Sosial Məsələlər və Əmək naziri təyin etmişdir. Dr Andraş Yeqeşi ilə ailə həyatı qurmuşdur, Vera adlı qızı, Andraş adlı oğlu var.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Ymer Pampuri
Ymer Pampuri (30 Aprel 1944 – 18 Yanvar 2017) — Alban kişi ağır atleti. 1972 Dünya Ağır Atletika Çempionatında çiyin çəkmə intizamında qızıl medal qazanmışdır. Münhendəki 1972 Yay Olimpiya Oyunlarında iştirak etmiş və həmin il son dəfə proqrama daxil edilən çiyin çəkmə kateqoriyasında Olimpiya rekordu qıraraq birinci yeri tutmuşdur amma, medal qazana bilməmişdir. Pampuri 1944-cü ilin Aprel ayının 30-da, Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 7 yaşında ikən Tirana Sirkində akrobat olaraq işləməyə başlamışdır. 1972-ci ildə Rumıniyada təşkil olunan Avropa Ağır Atletika Çempionatında ölkəsini təmsil etmək üçün seçilmişdir. Bu çempionatda 125 kq. qaldırmağı bacarmış, çempion ilə eyni ağırlığı qaldırmasına baxmayaraq bədən ağırlığının fərqindən ötəri ikinci yeri tutmuşdur. Pampuri həmən il Münhendə təşkil edilən yay olimpiya oyunlarına qatılmış, idmançılar yola çıxmadan əvvəl məşqçisi Zidi Mazreku ilə birlikdə etdikləri şərhdə Albaniyaya olimpiyada medalı gətirəcəklərini öhdələrinə almışdılar. Bir çox Alban idmançı və idarəçi bu öhdəliklərinə gülmüş və ciddi qəbul etməmişdir.
İman Şampert
İman Şampert (ing. Iman Asante Shumpert; 26 iyun 1990, Ouk-Park[d], İllinoys) — NBA-nın Klivlend Kavalers komandasında oynayan peşəkar Amerikalı basketbolçudur. O, 1990-cı ilin iyun ayının 26-da anadan olub. Şampert Nyu York Niks tərəfindən NBA 2011 üçün seçilmişdir. Ancaq o, Klivlend Kavalers komandasında oynadı və qalib gəldi. 8-ci sinifdə oxuyanda NBA basketbolçusu Evan Torner ilə Oak Park, İllinoysdəki Gvendoln Bruks Midle komandasında komanda yoldaşı idi. O Oak Parkdan Rive Forest Hay skula keçdi. 30 ən yaxşı oyunçudan biri oldu. O hər iki komandada uşaq və yeniyetmə bölmələrində oynayırdı. O Skoutfa 15 nömre ve Rivalsda ise 26 nömre altında oynayırdı.
Tampere Universiteti
Tampere Universiteti (fin. Tampereen yliopisto, TUNI), Finlandiyanın Tampere şəhərində yerləşən dövlət universitetidir. 2019-cu ildə Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi nəticəsində yaradılmışdır. Təxminən 35,000 tələbəsi ilə Finlandiyanın ən böyük universitetlərindən biridir. Universitet, texnologiya, sağlamlıq və cəmiyyət sahələrində tədqiqat və təhsil imkanları təklif edir. Tampere Universiteti, üç kampusa malikdir: Şəhər Mərkəzi Kampusu, Hervanta Kampusu və Kauppi Kampusu. Rektoru Mari Wallsdır. == Tarix == === Tampere Universitetinin yaranması (Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi) === Tampere Universiteti, 1 yanvar 2019-cu ildə Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi nəticəsində yaradılmışdır. Bu birləşmə, Finlandiya ali təhsil sistemindəki ən böyük struktur dəyişikliklərindən biri idi və məqsədi daha güclü və rəqabətədavamlı bir universitet yaratmaq idi. === Tampere Universitetinin tarixi (1925-2018) === Tampere Universitetinin kökləri 1925-ci ildə Helsinkidə təsis edilən İctimai Elmlər Kollecinə gedib çıxır.
Erigeron pauper
Erigeron pauper (lat. Erigeron pauper) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugenia pauper
Eugenia pauper (lat. Eugenia pauper) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Indiana Pacers
İndiana Peysers — İndiana ştatının mərkəzi olan İndianapolisi təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Joan Qamper
Joan Gamper (22 noyabr 1877[…], Vintertur, Sürix kantonu – 30 iyul 1930[…], Barselona) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur. == Erkən illəri == Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
Sergi Samper
İoaxim Payper
İoaxim "Yoxen" Payper (alm. Joachim Peiper‎; 30 yanvar 1915, Berlin – 14 iyul 1976 və ya 13 iyul 1976) — Vaffen SS baş zabiti, İkinci Dünya müharibəsi iştirakçısı. 1940-cı ilin noyabrından 1941-ci ilin avqustuna qədər Reyxfürer-SS Henrix Himmlerin şəxsi adyutantı kimi xidmət etmişdir. Fransa kampaniyasının döyüşlərində fəal iştirak etmiş, sonra Şərq cəbhəsində Qızıl Orduya qarşı vuruşdu və Avropada İkinci cəbhə açıldıqdan sonra onun tərkibində Anti-Hitler koalisiyasının qoşunlarına qarşı vuruşdu. 1945-ci ilin aprelində ştandartenfürer rütbəsinə yüksələrək Vaffen SS-nin ən gənc alay komandiri olmuşdur. Müharibədən sonra Nürnberq tribunalı tərəfindən müharibə cinayətlərində günahlandırıldı, buna görə Payper məhkum edilmiş və 1956-cı ilə qədər həbsdə qaldı.
Con Camper
Con Camper (ing. John M. Jumper; 1985, Litl-Rok) — Amerikalı kimyaçı və kompüter alimi. Hal-hazırda DeepMind Technologies-də direktor vəzifəsində çalışır. Camper və onun həmkarları yüksək dəqiqliklə amin turşusu ardıcıllığından protein strukturlarını proqnozlaşdırmaq üçün süni intellekt (AI) modeli olan AlphaFold yaratmışlar. O bildirib ki, AlphaFold komandası 100 milyon protein strukturu istehsal etməyi planlaşdırır. Nature elmi jurnalı Camperi 2021-ci ildə Nature's 10-un illik siyahısına elmdə "önəmi olan on insan"dan biri kimi daxil etmişdir. Camper zülal strukturlarına dair proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. == Həyatı == Camper 2007-ci ildə Vanderbilt Universitetində fizika və riyaziyyat üzrə bakalavr dərəcəsi, 2010-cu ildə Kembric Universitetində nəzəri qatılaşdırılmış maddə fizikası üzrə fəlsəfə magistri, və nəzəri kimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2017-ci ildə Çikaqo Universitetində onun doktorluq məsləhətçiləri Tobin R Sosnick və Karl Freed olmuşdur. (Demis Hassabis və Devid Bayker ilə birgə) == Mükafatlar və fəxri fərmanlar == 2020-ci ilin noyabr ayında AlphaFold Struktur Proqnozunun Kritik Qiymətləndirilməsi (CASP) müsabiqəsinin qalibi seçildi.
Tampere Yunayted FK
Tampere Yunayted — Finlandiyada futbol klubu. Finlandiyanın Yüksək Futbol Liqası — Veikkausliiga-da çıxış edir. Klub Tampere şəhərində yerləşir. 2011-ci ilin aprelində müqavilə matçlarında iştirakına görə peşəkar lisenziyadan məhrum edilib. Klub 1998-ci ilin iyul ayında təsis edilib. Əvvəlcə yerli "İlves" klublarını və TPV-ni bütöv bir komandada birləşdirmək planlaşdırılırdı. Tezliklə, "İlves" maliyyə problemləri səbəbiylə dağıldı və "Tampere Yunayted" komanda yarandı. Finlandiya Çempionu: 2001, 2006, 2007 Finlandiya çempionatında 3-cü yer: 2003, 2004, 2005 Finlandiya Kubokunun Sahibi: 2007 Finlandiya Kubokunun Finalçısı: 2001, 2009 Fin Liqası Kuboku sahibi: 2009 3 dəfə Avropa kuboklarında iştirak edib.
Vilhelm Gerard Valpers
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
Wilhelm Gerhard Walpers
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.