Karl Yaspers

Karl Yaspers (Tam adı: alm. Karl Theodor Jaspers‎; 23 fevral 1883[1][2][…], Oldenburq, Almaniya imperiyası[3]26 fevral 1969[1][3][…], Bazel[4][5][…]) — Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri.

Karl Yaspers
alm. Karl Theodor Jaspers
Doğum tarixi 23 fevral 1883(1883-02-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 fevral 1969(1969-02-26)[1][3][…] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Friedhof am Hörnli[d]
Təhsili
Fəaliyyəti filosof, psixiatr, həkim, ilahiyyatçı, universitet müəllimi[d], yazıçı, psixoloq
Elmi dərəcəsi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Karl Yaspers

Karl Yaspers 23 fevral 1883-cü ildə, Oldenberq-də anadan olmuşdur. 1907-ci ildəHeydelberq universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin bir qədər oxuduqdan sonra tibb fakültəsinə keçmiş və 1908-ci ildə oranı bitirmişdir. Həkim-psixiatr ixtisasına yiyələnmiş, 1913-cü ildə "Ümumi psixopatologiya", 1919-cu ildə "Dünyagörüşlər psixologiyası" kitablarını yazıb dərc etdirmiş, tək həkim kimi deyil, psixoloq və filosof kimi də tanınmışdır. 1931–32-ci illərdə uzun müddət üzərində işlədiyi irihəcmli "Fəlsəfə" əsəri dərc olunmuşdur. İkinci dünya savaşından sonra bir çox fəlsəfi kitabları işıq üzü görmüş, müəllifinə böyük şöhrət gətirmişdir.

Karl Yaspers 26 fevral 1969-cu ildə Bazel-də vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Karl Yaspers həkim və psixoloq olaraq xəstə insanların psixoloji durumunu yaxından müşahidə etmiş, ölümhəyat arasında olan insanların fəlsəfi yaşantılarını anlamağa çalışmışdır. Ölüm ayağında olan insan nə kimi duyğuları yaşayır? Dünyanı, həyatı, insanları necə hiss edir? Həyatın mənasını nədə görür? Yaspersin məhz bu dərin müşahidələri onu Almaniyanın çoxsaylı həkimləri sırasından ayırmış və dünyanın ən görkəmli filosoflarından biri etmişdi.

Yaspersin tarixin mənbələri, dövrün mənəvi durumu və fəlsəfi inama həsr olunmuş "Tarixin mənası və təyinatı" adlı məşhur əsəri 2008-ci ildə azərbaycan dilində işıq üzü gördü.

  • Allgemeine Psychopathologie, 1913;
  • Psychologie der Weltanschauungen, 1919;
  • Philosophie, 3 Bd., 1932;
  • Von der Wahrheit, 1947;
  • Die Schuldfrage. Ein Beitrag zur deutschen Frage, 1946;
  • Die grossen Philosophen, Bd. 1, 1957;
  • Der philosopische Glaube angesichts der Offenbarung, 1962;
  • Die Atombombe und die Zukunft des Menschen, 1958;
  • Chiffren der Transzendenz, 1970
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Saner H. Karl Jaspers // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Ясперс Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Geni.com (çd.). 2006.
  5. 1 2 The Life of Hannah Arendt.