Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apaklu
Apaklu —Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. == Toponimkası == Apaklu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. XX — əsrin 30-cu illərində ermənicə Apakesar idi. Qazax qəzasında Apaqe-Kar dağ adı məlumdur (yenə orada). İrəvan əyalətinin Göyçə mahalında Apaxe adlı kənd vardı. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Apaxe məntəqə adı çəkilmişdir.
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Maarul
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. Delfili Pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər. Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər.
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Baykul gölü
Baykul gölü (tatar. Байкү́л, Карамалы күле) — Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Malıy Karmalı kəndindən 0,8 km cənub-qərbdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 340 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 3,93 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 100 m³-dir. Yeraltı sularla qıdalanır.
Blez Paskal
Blez Paskal (19 iyun 1623[…] – 19 avqust 1662[…], Paris, Fransa krallığı) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı. Eyni zamanda böyük bir riyaziyyatçı olan Torriçelli (Torricelli) təxəllüsü ilə əsərlər yazan və ilk hesab maşınını icad etmiş olan Paskalın ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan "Düşüncələr"dir. 1642-ci ildə fransız fiziki, riyaziyyatçı və filosof Blez Paskal (Blaise Pascal) tərəfindən ilk mexaniki hesablama qurğusu yaradılmışdır. Ədədlərin üzərində toplama əməliyyatı aparan bu cəmləyici maşın Paskalina (Pascalina) adlanırdı. Paskal bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı. == "Düşüncələr" əsəri == O 1654-cü ildə dini bir təcrübə yaşamış, hayatının bundan sonraki dövrünə, elmi fəaliyyətdən çox, din və Allah haqqında mübahisələr aparmışdır. Başqa sözlə, Paskal deist bir hümanizmin, rasional bir şübhəciliyin ve sərbəst düşüncənin hakim olduğu bir zamanda və cəmiyyətdə, Allahın və İlahi qüvvənin gərəkliyini və gücünü göstərmək istəmişdir. Descartes'ı həm qəbul edən həm də təkmilləşdirən, Dekardın riyazi üsulun istifadə sahəsini genişləndirmək istədiyi yerdə, riyazi üsulun digər sahələrə uyğunlaşdırılması ve yararı mövzusunda şübhəci bir münasibət sərgiləyən Paskal, bu üsulun teolojiyle də, metafiziklə də bir əlaqəsi olmadığını demişdir. Soyut, analitik ve tümdengelimsel düşünen ağıl, Paskala görə, Allahın varlığını sübut edə bilməz. Həqiqəti bilmənin, mütləq doğruluğa çatmanın tək yolunun ağıl, riyazi ya da elmi üsul olmadığını deyən Paskala görə, qurtuluş urək və inancdadır.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Klaudiya Paskual
Klaudiya Rafaela Teixeira Paskual (port. Cláudia Rafaela Teixeira Pascoal; d. 12 oktyabr 1994, Qondomar, Portuqaliya) — Portuqaliya müğənnisi. O, "O jardim" mahnısı ilə Portuqaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Klaudiya Paskual 2010-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında, 2013-cü ildə isə X Factor musiqi yarışmasında iştirak etmişdir. 2014-cü ildə Paskual SIC Radical telekanalında yayımlanan Curto Circuito tolk-şousunda aparıcılıq üçün keçirilən yarışmaya qatılmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. 2015-ci ildə o bir daha Ídolos yarışmasında iştirak etmişdir. 2017-ci ildə Paskual Portuqaliyanın The Voice səs yarışmasında iştirak etmiş və finaladək yüksələ bilmişdir. 2018-ci ildə Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya 2018 üçün təşkil etdiyi Festival da Canção müsabiqəsində iştirak edərək, qalib gəlmiş və Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqədə ölkəni təmsil etmək hüququ əldə etmişdir. May ayında keçirilən Avroviziya finalında mübarizəyə qoşulan Klaudiya səkkizinci səhnə almışdır.
Paskal Mönye
Paskal Mönye (fr. Pascal Meunier; d.
Paskal Numa
Paskal Olivier Numa (6 yanvar 1972) ― fransalı keçmiş futbolçu. Karyerasına "PSJ"-də başlamışdır.
Paskal Paoli
Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir. Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır. Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı.
Paskal Lissuba
Paskal Lissuba (15 noyabr 1931 – 24 avqust 2020) — konqolu siyasətçi, Konqo Respublikasının 6-cı prezidenti (31 avqust 1992- 25 oktyabr 1997), Konqo Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq, Su və Meşə Təsərrüfatı naziri (1963-1966-cı illərdə), Konqo Respublikasının Baş naziri (1963-1966-cı illərdə), Konqo Respublikasının İqtisadiyyat naziri (1968-1969). == Həyatı == Lissouba, Konqonun cənub-qərbindəki Tsinquidi şəhərində Bandjabi ailəsində anadan olub. Mossendjo və Bokoda ibtidai məktəbdə oxumuşdur. O, orta təhsilinə Brazzavildə başlamışdır. Sonrakı təhsilini bakalavr dərəcəsini aldığı Nitsadakı Feliks Faure liseyində almışdır (1948-52-ci illərdə). Daha sonra Tunisdəki Ekole Superieure d'Agriculture məktəbində aqronomluq üzrə təhsil alaraq 1956-cı ildə kənd təsərrüfatı mühəndisliyi diplomunu əldə etmişdir. Paris Universitetində (1958-61) biologiya üzrə doktorluq dərəcəsi almışdır. O, həmçinin Parisdəki Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) və ORSTOM-da təcrübəçi olmuşdur. 1961-ci ilin iyun ayında ORSTOM-da elmi işçi vəzifəsində çalışmışdır. Fransa Milli Təhsil Nazirliyinin 3 noyabr 1961-ci il tarixli qərarı ilə bitki biologiyası üzrə müəllim vəzifəsinə təyin edilmişdir.
Paul
Paul — kişi adı.
Papul Çanqmay
Syzygium makul
Syzygium makul (lat. Syzygium makul) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Paskal (proqramlaşdırma dili)
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Paskal (ölçü vahidi)
Paskal (beynəlxalq işarəsi: Pa, rusca işarəsi: Па) – BS-də Təzyiqin vahididir. Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. 1 P a = 1 N m 2 = 1 k g m .
Paskual Ortis Rubio
Paskual Ortis Rubio (isp. Pascual Ortiz Rubio; d. 10 mart 1877, Morelia, Meksika – 4 noyabr 1963, Mexiko, Meksika) — Meksikalı siyasətçi və Meksika prezidenti (1930–1932). Kalyes hökuməti elə bariz şəkildə nəzarəti altında saxlayırdı ki, Ortis Rubio 1932-ci ildə etiraz aksiyasında prezidentliyindən istefa vermişdi. Ortis Rubio Miçoakan ştatının Morelia şəhərində hüquqşünas və mülkədar ailəsində anadan olmuşdur. O, elə həmin şəhərdə San Nicolás de Hidalgo Miçoakan Universitetində mühəndislik ixtisası üzrə təhsil almışdır. O, tələbəlik illərindən siyasi fəaliyyətə başlamış və 1896-cı ildə Porfirio Diasın yenidən seçilməsinə qarşı çıxmışdır. 1910-cu ildə Meksika inqilabının baş verməsi və 1911-ci ildə Fransisko İqnasio Maderonun seçilməsi ilə, Ortis Rubio federal qanunverici hakimiyyətə Miçoakanın nümayəndəsi kimi seçilmişdir. General Viktoriano Uerta, Madero və onun vitse-prezidentini istefaya göndərib, sonradan — 1913-cü ilin fevralında hər ikisini öldürdükdən sonra Ortis Rubionu həbs etmişdir. Uerta 1914-cü ildə bir neçə inqilabçı fraksiya tərəfindən devrilmiş və Federativ Ordu bu məğlubiyyətlə darmadağın edilmişdi.
Sais orakul papirusu
Sais orakul papirusu — Misirin Sonrakı dövrünə aid papirus. Burada bir adam atasından onun məbədinin kahinliyini tərk edib qonşu şəhərin (Montu-Re-Horaxtı ) kahinliyinə qoşulmasına icazə verilməsi üçün müraciət edir. Təsvirdə Amun-Re tanrısının presessiyasını müşahidə etmək olar, onun məbədinin hissələri kahinlər tərəfindən tutulan daşıyıcı dirəklərin üstündə görünür.