Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Polye
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Polen
Çiçək tozu və ya polen – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair).
Feminist hərəkatı
Feminist hərəkatı (qadın hərəkatı və ya sadəcə feminizm olaraq da bilinir) reproduktiv hüquqlar, məişət zorakılığı, analıq məzuniyyəti, bərabər maaş [en], qadınların seçki hüququ, cinsi təcavüz kimi məsələlərdə aparılan islahatlar üçün bir sıra siyasi kampaniyalardan bəhs edir və cinsi təcavüz - bunların hamısı feminizm və feminist hərəkatın damğası altındadır. Hərəkatın prioritetləri ölkədən ölkəyə və cəmiyyətdən cəmiyyətə dəyişir və bəzi ölkələrdə qadın cinsiyyət orqanlarının kəsilməsinə qarşı mübarizə, digər ölkələrdə şüşə tavana qarşı. Qərb dünyasının bəzi ölkələrində feminizm üç dalğadan keçib. Birinci dalğa feminizmi orta və yuxarı sinif ağ qadınlara yönəlmiş, seçki hüququ və siyasi bərabərliyi əhatə etmişdir. İkinci dalğa feminizmi sosial və mədəni bərabərsizliklə mübarizə aparmağa çalışdı. Birinci feminizm dalğası, əsasən, ağ rəngli orta sinif qadınlarını təsir edərkən, ikinci dalğa rəngli qadınları və inkişaf etməkdə olan ölkələrin qadınlarını cəlb etdi . Üçüncü Dalğa feminizmi maddi, sosial və mədəni bərabərsizliklərlə mübarizə aparmağa davam edir və qadınlar üçün siyasətdə və mediada daha çox təsir göstərmək üçün bir kampaniya daxildir. Feminizmin dördüncü dalğası, ənənəvi olaraq marjinal qrupların sosial təbəqələşməsinə kömək edən bir-birinə bağlı güc sistemlərini araşdırır. Çində feminizm XX əsrdə 1911-ci ildə Sinxay inqilabı ilə başladı. Çində feminizm sosializm və siniflər problemləri ilə sıx əlaqəlidir.
Fransa Hərəkatı
"Fransa Hərəkatı" (fr. Action française [AF]) — Fransada burbonların Orlean qolunu dəstəkləyən milliyətçi və monarxist siyasi təşkilat. Üçüncü Fransa Respublikası dövründə populyar idi. 8 aprel 1898-ci ildə Henri Vojua və Moris Püjo seçkilərdə iştirak etmək məqsədilə "Fransa Hərəkatı Komitəsi"ni yaratmışdılar. Seçkilərdəki məğlubiyyətdən sonra, 19 dekabr 1898-ci ildə Moris Pujo "L'Eclair" qəzetində fransızlara müraciətlə "Fransa Hərəkatı" başlıqlı məqalə dərc etmişdir.
Husçular hərəkatı
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. == Hərəkatın yetişməsi == XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Kipr Hərəkatı
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Ludçular hərəkatı
Ludçular — XIX əsrdə toxuculuq maşınlarını məhv edən radikal fraksiya yaradan, İngiltərə toxuculuq işçilərinin anda əsaslanan gizli təşkilatı. Qrupun adının Lester yaxınlığındakı Ansteydən olan əfsanəvi toxucu Ned Ludddan götürüldüyü güman edilir. Onlar standart əmək təcrübəsini əvəz etmək üçün maşınlardan "fırıldaqçı və aldadıcı şəkildə" istifadə edən istehsalçılara etiraz edirdilər. Ludçular, onların sənayedəki rollarını maşınların alacağını bildikləri üçün bacarıqlarını öyrənməyə sərf olunan vaxtın boşa gedəcəyindən narahat idilər. Bir çox Ludçu fabriklər oxşar məhsulları daha ucuz satdığı üçün bağlanmış emalatxanaların sahibləri idi. Həmin emalatxana sahibləri üçün bir fabrikdə iş tapmaq çox çətin idi, çünki fabriklərdə əşyaların istehsalı emalatxanada eyni şeyi istehsal etməkdən daha az işçi tələb edirdi. Bu, bir çox insanı işsiz və qəzəbli etdi. Ludçular hərəkatı İngiltərənin Nottingem şəhərində başladı və 1811-ci ildən 1816-cı ilə qədər davam edən bütün regionda üsyanla yekunlaşdı. Dəyirman və fabrik sahibləri etirazçıları güllələməyə başladılar və nəticədə hərəkat, təqsirləndirilən və məhkum edilmiş Ludditlərin edamı və cəza daşınmasını ehtiva edən qanuni və hərbi güclə yatırıldı. Zaman keçdikcə bu termin sənayeləşməyə, avtomatlaşdırmaya, kompüterləşdirməyə və ya ümumiyyətlə yeni texnologiyalara qarşı çıxanları ifadə etmək üçün istifadə edildi.
Meydan hərəkatı
Azərbaycan Milli Azadlıq Hərəkatı — Azərbaycan Xalq Cəbhəsi(1989—1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər". 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu.
Məzdəkilər hərəkatı
Məzdəkilər hərəkatı — Məzdəkin rəhbərliyi ilə 481 – 529-cu illərdə Sasani zülmünə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən biri idi Maniçiliyin təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malk olmuşdur. V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı. Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı — əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi. Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi. Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı.
Məşrutə hərəkatı
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Oyan Hərəkatı
Oyan Hərəkatı (OYAN, Wake up) — Azərbaycandan kənar ölkələrdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi hərəkat. 2016-cı il 6 mart tarixində Niderland Krallığının paytaxtı olan Amsterdam şəhərində qurulan hərəkatın əsas məqsədi Azərbaycanda hakimiyyəti özünə xidmət etməyə məcbur edə bilən təşkilatlanmış güclü xalqı formalaşdırmaq və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır. Oyan Hərəkatının üzvləri inanır ki, Azərbaycanda avtoritar rejimdən xilas olmağın yeganə yolu xalqı təşkilatlandırmaq, kütləvi itaətsizlik aksiyalarında xalqın maksimum iştirakını təmin etmək və bu proseslərin nəticəsi olaraq mühacir hökumət formalaşdırmaqdır. Oyan Hərəkatı bütün fəaliyyətini 3 əsas istiqamətdə qurur: Ölkədə siyasi şüurun inkişaf etdirilməsi və hər bir vətəndaşa dövlətin formalaşmasında onun iştirakının vacibliyini vətəndaşa inandırmaq: İnstitutlaşmış şəxsiyyətə pərəstişi dağıtmaq, Yaltaqlığı mübarizə ilə əvəz etmək. Xalq arasında həmrəyliyi formalaşdırmaq: İnsanlar arasında dəyişikliyə və xoşbəxt gələcəyə olan inamı formalaşdırmaq, Minimal risk tələb edən aksiyalardan başalayaraq xalqı ölkə miqyasında kütləvi itaətsizlik aksiyalarına cəlb etmək. Dağılmış siyasi və ictimai institutları xalqın iştirakı ilə bərpa etmək: Mühacir hökumət formalaşdırmaq, Yeni liderlər xalqa təqdim etmək. Hərəkat öz fəaliyyətini aşağıdakı struktur üzərindən həyata keçirdir: Hümmət – Hərəkatın ən ali qərarverici orqanıdır. Hümmətə üzvlük 3 mərhələli müsabiqədən keçir. Bu müsabiqədən uğurla keçmiş şəxslər Hümmətin sıralarına qatılırlar. Hümmət Assambleyanı (Qanunverici orqan), Konsulları (İcraedici orqan) və Nəzarət – Təftiş Komitəsinin üzvlərini seçir.
Pakistan hərəkatı
Pakistan hərəkatı və ya Pakistan təxribatı (urdu تحریکِ پاکِستان — Teḥrīk-i Pākistān) 20-ci əsrin birinci yarısında Pakistanın Müsəlmanlardan olan Dominionunu yaratmağı hədəfləyən və uğur qazanan bir siyasi hərəkat idi. (və Britaniya Hindistanının əksər əraziləri.) Pakistan Hərəkatı əvvəlcə Aliqarx Hərəkatı olaraq başladı və nəticədə İngilis Hind Müsəlmanları dünyəvi bir siyasi kimlik inkişaf etdirməyə başladılar. Tezliklə, Pakistan Hərəkatının başlanğıcını qeyd edən Bütün Hindistan Müsəlman Birliyi yarandı. Hərəkatın yüksək rəhbərlərinin bir çoxu Böyük Britaniyada təhsil almış, bir çoxları Əliqarx Müsəlman Universitetində təhsil almışlar. Tezliklə Daka Universitetinin bir çox məzunu da qoşuldu. Pakistan Hərəkatı Hindistan müstəqillik hərəkatının bir hissəsi idi, lakin nəticədə Hindistan müsəlmanlarının siyasi maraqlarını qoruyan yeni bir millət dövləti yaratmağa çalışdı. İqbal və Faiz kimi urdu şairləri ədəbiyyatdan, şeirdən və nitqdən siyasi şüur ​​üçün güclü bir vasitə kimi istifadə etdilər. Bir çox insan Pakistan Hərəkatının əsas hərəkətverici qüvvəsinin müsəlman əksəriyyətli əyalətlərin yox, müsəlman azlıqlıq əyalətlərinin, Birləşmiş Vilayətlərin və Bombay Başçılığının müsəlman icması olduğunu düşünə bilər. Ancaq bu görüş ən yaxşı halda qisməndir. Məsələn, Bengal əhalisinin əksəriyyəti müsəlmanlar idi və hərəkatın kulminasiya nöqtəsində əsas rol oynayırdı.
Pavlikanlar hərəkatı
Pavlikanlar hərəkatı — VIII əsrin ən böyük sosial hərəkatlarından biridir. Qafqaz Albaniyasında VII əsrdə yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır. Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi. Y.E.Lipşis, St.T.Melik-Baxşyan, L.Q.İohannisyan, F.Konnibir və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında iddia edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir. Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki Partav kilsə yığıncağının qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir: VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi.
Pavlikianlar hərəkatı
Pavlikanlar hərəkatı — VIII əsrin ən böyük sosial hərəkatlarından biridir. Qafqaz Albaniyasında VII əsrdə yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır. Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi. Y.E.Lipşis, St.T.Melik-Baxşyan, L.Q.İohannisyan, F.Konnibir və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında iddia edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir. Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki Partav kilsə yığıncağının qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir: VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi.
Qoşulmama Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Qusçular hərəkatı
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Rastafari hərəkatı
Rastafari hərəkatı və ya Rasta — 1930-cu illərdə Yamaykada yaranan yeni bir dini hərəkat. O zaman Yamayka əsasən xristian mədəniyyəti olan bir ölkə və xalqının 98%-i qara qulların nəslindən idi. Efiopiyanın son imperatoru olan Hayle Selassi (Ras Tafari Makonnen: vəliəhd Tafari Makonnen) tanrının dünyadakı əksi olaraq görən dinin və bu dinə bağlı olaraq ortaya çıxmış olan inanc və düşüncə formasınındır. Markus Qarvey də bu dinin peyğəmbəri kimi görülür. Buna qarşı, nə Hayle Selassi, nə də Markus Qarvey özlərini bu dinlə əlaqələndirmişlərdir. Bab Marleyin də mənsublarından biri olduğu bu dinin qurucusu Leonard Hovell olaraq tanınır. Misir mənşəli Ra dinlərinin Xristianlıq və Yəhudilik ilə qarışığından ibarət olan bir dindir. Musanın əsl yol göstərdiyi müqəddəs qövmmün qaralar xüsusilə də Etiyopyalılar olduğunu müdafiə edir. Rastafari hərəkatında müqəddəs vəd edilmiş torpaqlara zion (bir mənada cənnət) deyilməkdədir. Rastafarianistlər öz içlərində bir çox qola ayrıldıqlarından müxtəlif inanclara və cah (jah) anlayışına sahib ola bilirlər.
Sarıqamış hərəkatı
Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir. 1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi. O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir. Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tədbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi. III Ordu IX Ordu korpusu - Əhməd Fevzi paşa X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa XI Ordu korpusu - Əbdül Kərim paşa II Süvari tüməni III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.