Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərəqət
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." Farağat,diqqət !!!
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Peresvet
Peresvet — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Vərəzət
Vərəzət — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 1790 nəfər təşkil edir ki, onun da 920 nəfəri kişi, 870 nəfəri isə qadındır. Kənddə Varəzət kənd məscidi dini icması fəaliyyət göstərir.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu. 2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Bərəkət (Türkmənistan)
Bərəkət — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Dionisiy Perieqet
Dionisiy Perieqet (yun. Διονύσιος ὁ Περιηγητής) — İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası. Dionysii Orbis Terrae Descriptio Dionysius Periegetes: Description of the Known World with Introduction, Text, Translation, and Commentary by J. L. Lightfoot Дионисий Периэгет Античные источники по истории Азербайджана. Второе издание. Автор: Алиев Кемал Гасан оглы. Баку: Издательство "Элм", 1987, 132 стр.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Laminar hərəkət
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reaktiv hərəkət
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır. Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar. Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik: Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.
Rəqsi hərəkət
Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir. Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
Turbulent hərəkət
Turbulent hərəkət — (lat.turbulentus-burulğanlı) Suyun,havanın elə hərəkətidir ki, hissəciklər ümumi,paralel irəliləmə ilə yanaşı olaraq, həm də mürəkkəb trayektoriya üzrə hərəkat edir və maddələrin qarışmasına səbəb olur.
Vərəzət bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Əbülfəz Bərəkət
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Hərəkət siniri
Hərəkət siniri və ya motor siniri — mərkəzi sinir sistemindən (MSS) bədənin əzələlərinə motor siqnallarını ötürən sinir. Bu, hüceyrə gövdəsini və dendritlərin budaqlanmasını ehtiva edən motor neyronundan fərqlidir. Sinir akson dəstəsindən ibarətdir. Hərəkət sinirləri periferiyadakı duyğu reseptorlarından MSS-ə siqnalları daşıyan afferent sinirlərdən (həmçinin həssas sinirlər adlanır) fərqli olaraq, mərkəzi sinir sistemindən əzələlərə məlumat daşıyan efferent sinirlər kimi fəaliyyət göstərir. Efferent sinirlər əzələlər əvəzinə vəzlərə və ya digər orqanlara də qoşula bilər (və buna görə də motor sinirləri efferent sinirlərə ekvivalent deyil). Bundan əlavə, qarışıq sinirlər adlanan həm duyğu, həm də motor sinirləri kimi xidmət edən sinirlər var. Hərəkət (motor) sinir lifləri mərkəzi sinir sistemindən proksimal əzələ toxumasının periferik neyronlarına siqnal ötürür. Hərəkət sinirlərinin akson ucları skelet və hamar əzələləri innervasiya edir, çünki onlar əzələlərin idarə olunmasında fəal iştirak edirlər. Hərəkət sinirləri asetilkolin köpücüklərlə zəngindir, çünki motor siniri hərəkət və hərəkətə nəzarət üçün motor siqnalları və siqnalları ötürən motor sinir aksonları dəstəsidir. Kalsium köpücükləri motor sinir dəstələrinin aksonlarının uclarında yerləşir.
Terəpə (Avurğazı)
Terəpə (başq. Терәпә, rus. Тряпино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Kənd 1773-cü ildə Kazan quberniyasından olan çuvaş kəndliləri tərəfindən salınmışdır. Məsafələr: rayon mərkəzindən (Talbazı): 23 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 15 km.
Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir. Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib. Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı. Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş ° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni 1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas 1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.