Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oleq Peşkov
Oleq Anatoliyeviç Peşkov (3 avqust 1970, Kosixa[d], Altay diyarı – 24 noyabr 2015, Əl-Laziqiyyə mühafəzəsi) — Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik. Rusiya Federasiyası qəhrəmanı. == Həyatı == 3 avqust 1970-ci ildə doğulub. 24 noyabr 2015-ci ildə vəfat edib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.
Peskov adası
Peskov adası (rus. Остров Пескова) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Ada jurnalist Vasili Mixayloviç Peskovun şərəfinə adlandırılmışdır. Atlasov adası ilə arasında 14 metr məsafə vardır. Ada Oxot dənizində yerləşir. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev tərəfindən imzalanmış 17 avqust 2016-cı il əmri ilə adsız adaya Peskov adı verilmişdir. Arayışda deyilir ki, bu təklif Saxalin vilayəti duması vermişdir. Vasili Peskov dəfələrlə Kuril adalarınfa olmuşdur. O, istər elmi eksprdisiyaların istərdə səyahətçi kimi bunu etmişdir.
Dmitri Peskov
Dmitri Sergeyeviç Peskov (17 oktyabr 1967, Moskva, SSRİ) — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib. == Həyatı == 17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirmişdir.
Geskon
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Pessoa
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi. == Həyatı == Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür. Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir: Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893).
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Qeskon
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Pskem
Pskem çayı (özb. Piskom) — Özbəkistanın Daşkənd vilayəti ərazisindən axır. Çayın uzunluğu 70 km, hövzəsinin sahəsi 2540 km² təşkil edir. Çay öz başlangıcını 1485 metr yüksəklikdən götürür. Boqistok qəsəbəsi yaxınlığında isə 870 metr yüksəkliyində Çarvak su anbarına tökülür. Çay əsasən qar və buzlaq suları ilə qidalanır == Coğrafi təsviri == Pskemin mənbəyi Talas Alatausunun Qazaxıstan və Özbəkistan yüksəkliklərindən başlayır. Burada çayın Maydantal və Oyqainq çaylarının birləşməsindən əmələ gəlir. Yuxarı axarlarda çay dərin və ensiz dərə ilə axır. Aşağı axarlarda isə yataq olduqca genişlənir. Sonradan çay Pskem vadisi ilə axır.
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. == Ümumi məlumat == Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. == Tarixi == Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. == Etimologiya == Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. == Mifologiya == Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Fernando Pessoa
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi. == Həyatı == Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür. Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir: Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893).
Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980, Plovdiv) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri. == Həyatı == Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib. == Biznes fəaliyyəti == 2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir. == Siyasi fəaliyyəti == === İqtisadiyyat Naziri fəaliyyəti === 2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb.
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Nikolay Leskov
Nikolay Semyonoviç Leskov (rus. Никола́й Семёнович Леско́в; 16.2.1831-5.3.1895) — Rusiya yazıçısı, jurnalisti. == Həyatı == == Maraqlı fakt == İosif Brodskinin yaşadığı evi XIX əsrdə yunan knyazı Muruza tikdirib, həmin ev həm də oradakı fliqellərin birində məşhur rus yazıçısı Nikolay Leskovun yaşaması ilə tanınır.
I Meşko
I Meşko (pol. Mieszko I; ən tezi 922 və ən geci 945 – 25 may 992) — ilk tarixi Polşa knyazı (960–992). Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992–1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir.
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir.Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
Petko Hristov
Petko Hristov (Bolqarca: Петко Христов; 1 mart 1999-cu ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Onun əkiz qardaşı Andrea Slaviya Sofiya klubunda çıxış edir. == Karyerası == === Slaviya Sofiya === Hristov karyerasına Levski Sofiya klubunda başlasa da, 2013-cü ildə Slaviya Sofiya klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 30 iyun 2016-cı ildə Avropa Liqası görüşündə Polşa təmsilçisi Zaqlembe Lyubin klubuna qarşı oyunda etmişdir. O, Georgi Yomovu əvəz etmişdir. O, Bolqarıstan Birinci Liqasında debütünü bir ay sonra mövsümün açılış oyununda ÇSKA Sofiya klubuna qarşı oyunda etmişdir. O, ilk qolunu 10 sentyabr 2016-cı ildə Lokomotiv Plovdiv klubuna qarşı oyunda vurmuş və komandası 5-2 hesabı ilə qalib gəlmişdir. 1 oktyabr 2016-cı ildə Petko əkiz qardaşı ilə Andrea birlikdə Vereya klubuna qarşı oyunda ilk dəfə müdafiənin mərkəzində start heyətdə yer almışdır.3 aprel 2017-ci ildə Hristov klub ilə 31 iyul 2020-ci ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır. === Fiorentina === 17 iyul 2017-ci ildə Hristov İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclər millisi === Hristov 22 və 27 mart 2017-ci il tarixləri aralığında 2017 Avropa U-19 Çempionatının təsnifat mərhələsində iştirak edtmək üçün Bolqarıstan U-19 millisinə çağırılmışdır.
Petko Slaveykov
Petko Slaveykov – bolq. Петко Рачов Славейков Bolqar şairi, publisisti, ictimai xadimi və folkloristidir. == Həyatı == Slaveykov 1827-ci ildə Tarnovoda doğuldu. Anası Penka doğum zamanı vəfat etdi, Petko möcüzəvi şəkildə sağ qaldı. Atası Raço misgər idi. Petko anasının yaşadığı Vişovqrad kəndində çoxlu bülbüllər (bolq. slavey) gördü və soyadını Slaveykov olaraq dəyişdirməyə qərar verdi. Slaveykov təhsilini Tarnovo, Dryanovo, Tryavna monastırlarında aldı. Tarnovo yaxınlığındakı monastır kitabxanasında kitab oxuyaraq özünü inkişaf etdirdi. Qərbi Avropa və Serb ədəbiyyatı ilə tanış oldu, yunan dilini öyrəndi.
Pskem soğanı
Pskem soğanı (lat. Allium pskemense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Pskov gölü
Pskov gölü — Rusiya Federasiyasının Pskov vilayətində göl. Estoniya ilə sərhəddədir. Sahəsi 710 km²-dir. Çud gölü ilə birlikdə vahid su hövzəsi olan Çud-Pskov gölünü təşkil edir. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.