Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pula-pula
Pula-pula - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər: Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. == Haqqında == Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Piza
Piza (it. Pisa) — İtaliyanın Toskana əyalətində yerləşən şəhər. Pyatsa dei Mirakolidə məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir.
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pula
Pula (xorv. Pula, it. Pola, sloven. Pulj) — Xorvatiyada şəhər, İstriya bölgəsinin ən böyük şəhəridir. Qədim Roma çağlarından bəri Pula İstrianın mərkəzi olmuşdur. Şəhərin əhəmiyyətli iqtisadi fəaliyyət sahələri şərabçılıq, balıqçılıq, gəmi istehsalı və turizmdir.
Pılva
Pılva (est. Põlva) — Estoniyaanın şərqində şəhər. Pılvamaa bölgəsinin inzibati mərkəzi. === Əhali === 2000-ci ilə əhalinin 96,4 %-i estonlar, 2,0 %-i ruslar, 0,6 %-i ukraynalılar, 0,3 %-ini isə finlər təşkil edirdi.
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. == Həyatı == 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Alison Pill
Alison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Scott Pilgrim vs. the World 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Antonio Pica
Antonio de la Santísima Trinidad Pica Serrano (21 mart 1931 – 26 aprel 2014) — İspaniya aktyoru.
Bila Tserkva
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Bila Çerkva
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Kasa Mila
Kasa Mila - İspaniyanın Kataloniya əyalətinin paytaxtı Barselona şəhərində Eyksampl səmtində Passeyq de Qràsiya küçəsində yerləşən və 1910-1911-ci illərdə Antonio Qaudi tərəfindən tikilən bina. La Pedrera (Daş ocağı) ləqəbi ilə məşhurdur. Roser Segimoni Artells ilə evlənən Pere Mila üçün tikilmişdir. Bina 1984-cü ildən YUNESKO-nun Dünya irsi siyahısındadır.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Mila (şəhər)
Mila (ərəb. ميلة‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının yüksəkliklərində, Ued-Qumel çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 486 metr yüksəkdir.Mila ölkənin paytaxtı Əlcəzairdən təxminən 285 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 69,052 nəfər olduğu bildirilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Telerqma şəhərində yerləşir.
Mila Kunis
Milena Markovna Kunis (ukr. Мілена Марківна Куніс; 14 avqust 1983, Çernovtsı, Ukrayna SSR, SSRİ) — ABŞ aktrisası. 14 yaşında olarkən çəkildiyi "That '70s Show" teleserialı ilə məşhurlaşıb. O, 1999-cu ildən etibarən "Qriffinlər" animasiya sitkomunda Meq personajını səsləndirir. == Həyatı == Mila Markovna Kunis 14 avqust 1983-cü ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun anası Elvira aptek işlədən fizika müəllimi, atası Mark Kunis isə taksi sürücüsü olub. Kunis 1991-ci ildə 7 yaşında ikən valideynləri ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb.
Pika sindromu
Pika sindromu — torpaq, gil, təbaşir, kömür kimi qeyri-qida materialları ilə qidalanma meyli.Adətən bədəndə dəmir, sink, kalsium əskikliyi pika sindromunun yaranmasına səbəb olur. Amma bu cür materialların qəbulu nəinki lazımi elementlər ilə təmir edir, həmçinin qəbizlik, bağırsaqlarda parazit, cinsi istək azalması, müxtəlif zəhərlənmələr və s. hallar ilə nəticələnir. == İşarələr və simptomlar == Pika, sabun, alçıpan və ya boya kimi əhəmiyyətli qida dəyəri olmayan maddələrin istehlakıdır. Yeyilən maddəyə görə aşağıdakı növləri xarakterizə olunur: Akufagiya (kəskin əşyalar) Amilofagiya (qarğıdalı kimi təmizlənmiş nişasta) Kautopireiofagiya (yanmış kibrit) Koniofagiya (toz) Koprofagiya (nəcis) Emetofagiya (qusma) Geomelofagiya (xam kartof) Geofagiya (torpaq, qum, gil, təbaşir) Hyalophagia (şüşə) Liqnofagiya (ağac) Litofagiya (daşlar) Metallofagiya (metal) Mukofagiya (selik) Paqofagiya (buz) Plumbofagiya (qurğuşun) Trixofagiya (saç, yun və digər liflər) Urofagiya (sidik) Hematofagiya (vampirizm) (qan) Ksilofagiya (ağac və ya kağız kimi ağac məhsulları)Pika zamanı diaqnostik meyarına cavab vermək üçün bu yemək nümunəsi ən azı bir ay davam etməlidir. == Səbəblər == Pika hazırda Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatı (DSM-5) tərəfindən psixi pozğunluq kimi tanınır. DSM-5-ə əsasən, mineral çatışmazlıqlar bəzən pika ilə əlaqələndirilir, lakin bioloji anormallıqlar nadir hallarda aşkar edilir. Geofagiya, paqofagiya və amilofagiya kimi pika formaları ilə məşğul olan insanlarda qan azlığı və ya aşağı hemoglobin konsentrasiyası, qırmızı qan hüceyrələrinin (hematokrit) və ya plazma sink səviyyəsinin aşağı olması ehtimalı daha yüksəkdir. Xüsusilə, geofagiya ilə məşğul olmaq daha çox anemiya və ya aşağı hemoglobin ilə əlaqələndirilir. Paqofagiya və amilofagiya ilə məşğul olmaq daha çox anemiya ilə əlaqələndirilir.
Pika xəstəliyi
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. == Haqqında == Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Ponti Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Psila caespitosa
Baccharis acaulis (lat. Baccharis acaulis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü. == Sinonimləri == Heterothalamus acaulis Wedd. ex R.E.Fr. Lepidophyllum acaule Benth. & Hook.f. ex Hook.f. & A.B.Jacks. [Illegitimate] Pseudobaccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Psila caespitosa Phil.
Qıla iyesi
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.