Pula-pula

Pula-pula - Azərbaycanda əsasən uşaqgənclər arasında geniş yayılmış qədim oyunlardan biri.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər:

Tay cütün (birinci cüt),
Taylar cütün (ikinci cüt),
Alaca mətək (üçüncü cüt),
Dalınca kötək (bir tək).

Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.