Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. == Həyatı == Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Saleh Poladı
Saleh Poladı (azərb. Poladı Saleh Əliqulu oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1968-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 159 nömrəli orta məktəbi bitirib. Sənaye malları kooperativində işləyirdi. Ailənin yeganə övladı idi. Tək qalmışdılar. Bir ana, bir oğul. Biri-birinə həyan olmuşdular.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Con Çarlz Polani
Con Çarlz Polani (23 yanvar 1929[…], Berlin[…]) — Kanada kimyaçısı, Nobel üzrə mükafata layiq görülmüşdür. == Həyatı == Con Çarlz Polani 1929-cu ilin yanvarın 23-də Berlində (Almaniya) anadan olmuşdur. 1949-cu ildə Mançester Universitetini bitirmişdir. 1952-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, məşhur kimyaçı Maykl Polaninin oğludur. 1933-cü ildə ailəsi Almaniyadan İngiltərəyə, Mançesterə köçmüşdür. 1952-1954-cü illərdə Ottavada Kanada Dövlət elmi-tədqiqat şurasında işləmişdir. Eyni zamanda Herxard Xerşberqin (1971-ci ildə Nobel mükafatına layiq görülmüşdür) laboratoriyasında işləmiş, burada yod molekulunda titrəyişli və fırlanma həyəcanlanmasını yoxlamaq üçün spektroskopik qurğu yığmışdır. 1954-1956-cı illərdə Prinston Universitetində təcrübə keçmişdir. 1956-cı ildə Toronto Universitetində müəllimliyə başlamış, 1962-ci ildə professor seçilmişdir.
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Boladı
Boladı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir. == Tarixi == Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır.
Kolanı
Kolanı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Kolanı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kolanı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Kolanı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Kolanı (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Pelagi
Pelagi (təq. 354 – təq. 420 və ya ən tezi 418, Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi. == Həyatı == Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Poladlı
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Polakia
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Polateli
Polateli (türk. Polateli) — Kilis ilinin ilçəsi. 1011 nəfərlik ilçə mərkəzi əhalisiylə Türkiyədəki ən kiçik ilçə mərkəzidir. İlçə statusu almadan öncə İspanaq və Güldüzü adlarıyla da bilinirdi. Böyük kəndə bənzəyir.
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199 – ən tezi e.ə. 133, Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi. == Həyatı == Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Polüvi
Pozantı
Pozantı — Adana ilinin ilçəsi. Tarix boyunca Pozantıya müxtəlif millətlər tərəfindən fərqli adlar verilib. Pozantının ilk dövrlərində, adı Pendonsis və ya Pendosis idi . Ərəblər Əl-Bədəndum, türklər isə Bozantı adlandırıblar. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 20.683 nəfər yaşayır.
Acherontia solani
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Aechmea politii
Aechmea politii (lat. Aechmea politii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amblyseius solani
Amblyseius solani (lat. Amblyseius solani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır. Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.