Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Poecile hyrcanus
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: == Tarixi == === Polis orqanlarının yaradılması === Çar Nikolay I Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə Bakıda Polis Şöbəsi yaradılıb. 1867-ci ildə Bakı Quberniyasının Jandarma Polis İdarəsi yaradılıb və sonradan bu qurum Bakı Polis İdarəsinə çevrilib. Eyni zamanda, Azərbaycan ərazisində yaradılmış mahallarda mahal polisi idarələri, şəhərlərin daxilində isə ərazi polis məntəqələri fəaliyyət göstərməyə başçlayıb. 1882-ci ildən başlayaraq Bakı qəzasının ərazisində Bakı, Maştağa, Saray, Balaxanı-Sabunçu, Keşlə və Bibiheybət polis məntəqələri, onların tabeliyində məhəlli və şəhər polis nəzarətçiləri (müvəkkilləri) fəaliyyət göstərib. 1897-ci ildə Bakı-Sabunçu polismeysterliyi yaradılıb, 28 oktyabr 1906-cı il tarixində isə Bakı Polis İdarəsi yenidəntəşkil üsulu ilə Bakı Polismeyster İdarəsinə çevrilib. Bu zaman poçt, axtarış və istintaq üzrə ixtisaslaşmış polis qurumları fəaliyyət göstəriblər.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
İnternet polisi
İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir. 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur. 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir. Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək. İnternet provayderi Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Poecile lugubris hyrcanus
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.
Polis Akademiyası
Polis akademiyası —
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
Polis (qəzet)
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib. "Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir. DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır. Aytən Əliyeva. ""Bizim qəzet" - "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı". modern.az (az.).
Milis (polis)
Militsiya və ya milis (rus. милиция) keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır. Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur. İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri nasizmə, faşizmə və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
Azərbaycan Polisi Günü
Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir. == Tarixi == Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir. 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Yəhudi Getto Polisi
Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədilə yaradılmışdır.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Polis veteranı medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Ailəlidir, 1 övladı var.
Sabir Məmmədov (polis)
[mənbə göstərin] Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi. Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub.
Polis Akademiyası (film)
Polis Akademiyası (ing. Police Academy) — 1984-cü ildə kriminal komediya janrında Hyu Vilson tərəfindən çəkilən ABŞ filmi. Şəhərin qubernatoru Polis Akademiyalarının artıq irq, cinsiyyət, boy, kilo və təhsil kimi ayrı-seçkiliyi etmədən polis olmaq istəyən hər kəsə açıq olduğunu bəyan edir. Bunu eşidən hər biri fərqli mühitlərdən gələn, bir-birindən maraqlı və fərqli şəxsiyyətlərə sahib insanlar Polis Akademiyasındakı seçmələrə qatılmaq üüçün Akademiyaya gəlirlər. Polis namizədləri bu vəziyyətdən son dərəcə məmnundur. Ancaq onları öyrətməklə məsul olan üstləri bu insanları necə yola gətirəcəklərini uzun müddət düşünməyə başlayırlar. Şagirdlərin hamısı, təhsillərini tamamlayıb yaxşı bir polis olaraq təhlükəsizlik təşkilatına qatılmağa qərarlıdırlar. Ancaq bəzilərinin gəliş səbəbi çox fərqlidir. Onlardan bəziləri ya akademiyaya yazılacaq, ya da həbsə girəcəkdir… Filmin çəkilişi cəmi 40 günə başa gəlib.