Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paradoks
Paradoks (q.yun. παράδοξος - qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər. "Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb. Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır. == Məntiqi paradoks == Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir. Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Arzu Poladov
Arzu Poladov (13 fevral 1966, Bakı) — Dekorçu. İcraçı rəssam. == Həyatı == Arzu Poladov 1966-cı il, fevralın 13-də Bakıda, Stepan Razin adına qəsəbədə anadan olub. 1973-cü ildə 96 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Artıq 3-cü sinifdən rəsm çəkmək meyli artıb. Daha 2 il sonra rəssam olacağına qərar verir. 1979-cu ildən Razin qəsəbəsində olan pionerlər evində rəsm dərnəyinə üzv olur. Hər şəy də əslində buradan başlayır – dərnəyə əslen Balaxanı qəsəbəsindən olan Xəyyam müəllim başçılıq edirdi. Onun yüksək professionallığı, anadangəlmə rəssam dünyagörüşü əslində Arzu üçün böyük bir kəşf idi. Və həmin andan Arzu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə ciddi hazırlaşır.
Aynur Poladov
Aynur Şıxbaba oğlu Poladov (20 oktyabr 1980, Dəvəçi rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aynur Poladov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azəbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə Aynur Poladov ölümdən sonra " Cəsur döyüşçü" medalı ilə tətif edilib.
Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Poladov
Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987). == Həyatı == Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.
Fərhad Poladov
Fərhad Poladov (d., 23 iyul 1993, Sabunçu rayonu – 30 iyun 2019) — Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu. == Həyatı == 1993-ci il 23 iyulda Sabunçu rayonunda anadan olub. 170 nömrəli orta məktəbi bitirmişdir. == İdman fəaliyyəti == Fərhad Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib. 2019-cu ilin fevral ayının 9-da Ukraynani Lutsk şəhərində Pride peşəkar yarışında qələbə qazanıb. Qələbəsini Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etmişdi. === Ümumi nəticələri === 7 qat dünya çempionu; 2 dəfə dünya kubokunun qalibi; 2 dəfə Avropa çempionu.
Möhsün Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. == Həyatı == 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir.1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və 2 dəfə "Şərəf nişanı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.Möhsün Poladov 11 aprel 1966-cı ildə vəfat etmiş və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. == Həyatı == 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir.1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və 2 dəfə "Şərəf nişanı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.Möhsün Poladov 11 aprel 1966-cı ildə vəfat etmiş və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Poyasok bərzəxi
Poyasok bərzəxi — Bərzəx Saxalin adasının mərkəzinə yaxın cənub hissəsində yerləşir. Bərzəx adanı onun cənubu olan «quyruq» adlanan hissəsi ilə birləşdirir. Qərbdən Yapon dənizi (Tatar boğazı), şərqdən Oxot dənizini (Terpeniya körfəzi) ayırır. Ən ensiz yeri 26-27 kilometrdir. Bərzəx seysmiklik baxımından aktiv zonada yerləşir. Burada 5,3 - 6,3 bal arası zəlzələlər olur. Bərzəx əsasən təpəlik ərazilərdən ibarətdir. Bərzəxin cənubundan hündürlüyü 1000 metrə çatan Cənubi-Kamışovıy silsiləsi keçir.
Ruslan Poladov
Ruslan Poladov (30 noyabr 1979, Sumqayıt) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Karyerası == === Klub === 2014-cü ilin may ayında Poladov Sumqayıt klubu ilə bir illik müqavilə imzalamışdır. Poladovun müqavilə müddəti başa çatdıqdan sonra 23 mayda Zirə klubu Ruslanı transfer etmişdir. == Milli komanda == Poladov Azərbaycan milli futbol komandası ilə debütünü 12 oktyabr 2005-ci ildə 2006 FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə Uels millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Emin İmaməliyevi əvəz etmiş və komandası 2-0 hesabı ilə məğlub olmuşdur.
Sparadok burnu
Sparadok burnu (bolq. нос Спарадок, ‘Nos Sparadok’ \'nos spa-ra-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Byers yarımadası sahillərindən 200 m məsafədə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Barkley körfəzindən 300 m şimalda yerləşmişdir.Burun E.ə 445-435-ci ildə Frakiya hömdarı olan Sparadokun adını daşıyır. == Yerləşməsi == Burun Nedelya burnundan 1.58 km cənub-qərbdə, Leyr burnundan 2.23 km cənub-şərqdə yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Tərlan Poladov
Tərlan Mollaçı oğlu Poladov (d.8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi". == Həyatı == 1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. === Ailəsi === Evlidir, üç övladı var. == İdman fəaliyyəti == Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub. 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə) 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub. Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir.
Vüqar Poladov
Vüqar Hidayət oğlu Poladov (1 aprel 1995, Aşağı Öysüzlü, Tovuz rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Vüqar Poladov 1995-cı ilin 1 aprel günündə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Vüqar Poladov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Vüqar Poladov doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Poladov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Vüqar Poladov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Əkrəm Poladov
Poladov Əkrəm Nicat oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Prezident mükafatçısı. == Həyatı == Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. Bir çox partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasında solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şer toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
El Dorado
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həmdə Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Teseyin gəmisi (paradoks)
“Teseyin gəmisi” və ya Tesey paradoksu - əşyaların mahiyyətinə dair paradoksdur. “Əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı?”. == Yunan mifologiyasında “Teseyin gəmisi” == Plutarxın ötürdüyü yunan mifində deyilir ki, Teseyin Kritdən Afinaya qayıtdığı otuz avarlı gəmi Falerli Demetrinin dövrünədək afinalılar tərəfindən mühafizə olunub saxlanırdı. Gəmi təmir olunduqca köhnə lövhələr tədricən yeniləri ilə əvəz olunurdu və buna görə də, filosoflar arasında “bu hələ həmin gəmidirmi?” mövzusunda mübahisələr yaranmışdı . == Paradoksun həlli yolları == Yunan filosofu Heraklit bu paradoksun həlli yolu kimi “bir çaya iki dəfə girmək olmaz” iddiasını səsləndirmişdir . Aristotelin fəlsəfi məktəbinə uyğun olaraq, obyektin bir neçə xarakteristikası var: forma, material və əşyanın mahiyyəti. Aristotelin təliminə görə, əşyanın mahiyyəti ən vacib əlamətdir və “Teseyin gəmisi”nin mahiyyəti dəyişmədiyindən o, həmin gəmi olaraq qalır. Digər bir yanaşmaya görə, əşyalar kəmiyyət və keyfiyyət əlamətlərinə görə eyniləşdirilə bilərlər. Bu halda, lövhələr dəyişdirildikdən sonra Teseyin gəmisi kəmiyyətcə həmin gəmi olsa da, keyfiyyətcə artıq başqa gəmidir. Filosof Con Lokkun nəzərdən keçirdiyi variantda söhbət corabdan və yamaqlardan gedir və ilkin corabla tamam yamaqlardan ibarət corab qarşılaşdırılır == ”Teseyin gəmisi” kütləvi mədəniyyətdə == Teseyin gəmisi paradoksu Terri Pratçettin “Beşinci elefant” kitabında xatırlanır.
Xosrov bəy Poladov
Xosrov bəy İbrahim bəy oğlu Folatov (tarixi ədəbiyyatda belə yazılır. Əslində, Poladovdur...) - polkovnik, Ağdam İnzibati İdarəsinin rəisi 1860-cı ildə Şuşada anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Bir müddət Şuşa Qəza İdarəsində məmur işləmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq polkovnik rütbəsində polisdə müxtəlif məsul vəzifələrdə, o cümlədən Qarabağ General-Qubernatrorluğunda məsləhətçi vəzifəsində çalışmışdı.
Xudadat bəy Poladov
Xudadat bəy Əli bəy oğlu Fuladov (1844-1872) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır. * *Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. "Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir). Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə "ailə məktəbi"ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir "ailə məktəbi"nin "məzunları" gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.
Şəhid Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Prado muzeyi
Prado muzeyi — İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən muzey. Muzeydə hal-hazırda 1.300 sənət əsəri saxlanılır. Saxlanılan eksponatları üç yerə ayırmaq olar: məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri. == Qalereya == Prado muzeyi == Ekspozisiyaların yığılması == == Xarici keçidlər == Prado muzeyinin rəsmi saytı. Prado muzeyinin interaktiv mağaza xidməti. Prado muzeyində olan 15 əsas tablo. Prado muzeyi – Tarix və Şəkillər silsiləsi. Qeyd olunan əsərlər Prado muzeyinə aiddir. Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine Prado muzeyi, təsvir və fotoşəkillər Arxivləşdirilib 2011-07-11 at the Wayback Machine (isp.) Prado muzeyi xəritəsi, qiymət, əlaqə, əlavə informasiyalar, haqqında məlumat Google dünya proqramı ilə Prado muzeyiə yüksək keyfiyyətlə bax.
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..