Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980, Plovdiv) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri. == Həyatı == Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib. == Biznes fəaliyyəti == 2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir. == Siyasi fəaliyyəti == === İqtisadiyyat Naziri fəaliyyəti === 2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Kristian Kostov
Kristian Konstantinov Kostov (bolq. Кристиан Константинов Костов, rus. Кристиа́н Константи́нович Ко́стов; 15 mart 2000, Moskva) — Bolqar-rus-qazax mənşəli Bolqarıstan müğənnisi. O Rusiyanın Golos deti yarışmasının finalçısı, Bolqarıstanın X Factor musiqi yarışmasının isə ikincisi olmuşdur. Kristian "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kristian Kostov 15 mart 2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Kristianın atası milliyətcə Bolqar, anası isə Qazaxıstanlıdır. Onun bir qardaşı və bir bacısı var. Kristianın atası hələ uşaq ikən ona bolqar və ingilis dillərini öyrətmişdir. == Musiqi karyerası == === 2014–2016: Golos deti və X Factor yarışmaları === Kristian Kostov 2014-cü ildə Rusiyanın uşaqlar üçün təşkil etdiyi Golos Deti səs yarışmasında iştirak etmişdir.
Maks Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Mixail Popkov
Mixail Daniloviç Popkov (14 noyabr 1924 – 23 avqust 2023) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989). 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib. 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub. 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir. 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
Poetik tərcümələr
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Preşov diyarı
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Qriqori Petrov
Qriqori Petrov (hərbçi)
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Rostov FK
FK Rostov 1930-ci ildə Rostov-na-Donuda yaradılmışdır. Oyunlarını 15,840 nəfərlik Olimp-2 stadionunda keçirir. Hazırda Rusiya Premyer Liqasında çıxış edən bu komandanın baş məşqçisi İvan Danilyansdır.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Rostov mehmanxanası
Rostov mehmanxanası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyonnovski prospekti, ev 59 ünvanında yerləşən bina. Rostov-na-Donu şəhərinin tarixi hissəsində, Oktyabrski rayonunda üç ulduzlu otel. Bina 1932–1934-cü illərdə E. İ. Çerkasian, Xaçatur Xristoforoviç Çalxuşyan və Lev Leonodoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. Rostov-na-Donu ərazisində mövcud olan və öz fəaliyyətini indiyənə qədər davam etdirən nadir mehmanxanalardan biridir. Burada hazırda Marins Park Hotel Rostov adlı otel yerləşir. Bu binada hazırda 300 müxtəlif otaq vardır. Rostov mehmanxanası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina 805 nəfəri eyni anda qəbul edə bilir. Binanın tikintisində konstruktivizm elementləri aydın sezilir. Tikintisində dəmir-beton konstruksiyasından istifadə edilmişdir.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Rostov teleqülləsi
Rostov teleqülləsi - teleqüllə Rostov-na-Donu şəhərinin Jeleznodoronı rayonu Barrikadnoy küçəsində yerləşir. Teleqüllə Rostov-na-Donu şəhərində ən hündür tikilidir. Onun maksimal hündürlüyü 195 metrdir. Onun fəaliyyət zonası Rostov vilayətinin böyük hissəsini əhatə edir. Ümumilikdə 2,2 mln insan. Fəaliyyət zonasına Bataysk, Azov, Aksay şəhərləri belə daxildir. Rostov vilayətində teleqüllənin tarixi 1956-cı ildən başlalır. Qülləni Moskva İnstutu layihələşdirmişdir. Onun hündürlüyü 195 metr təşkil edir. Qüllə iki il inşaatdan sonra 1958-ci ilin 29 aprel tarixində istifadəyə verilmişdir.
Rostov trolleybusu
Rostov trolleybusu — Rostov-na-Donu şəhərində mövcud olan trolleybus nəqliyyatı. 2016-cı ilin 1 iyul tarixindən gediş haqqı 17 rubl təşkil edir. 1 oktyabr 2015-ci ildən edibarət bu nəqliyyatla gedişdə nağd ödənişdən imtina edilmişdir. Bundan sonra gediş haqqının yarısını ödəyən tələbələr və təqayutçular ödənişi kartlar vastəsi ilə həyata keçirməlidirlər. 1936 il 18 iyun 1936-ci ildə ilk trolleybus xətti açılmışdır. İlk xətt Selmaşdan Teatralnaya meydanına uzanırdı. 8 iyul 1942-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət Böyük Vətən müharibəsi səbəbindən dayandırılmışdır. 22 iyul 1945-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət bərpa edilir. 1996-ci ildə trolleybusvxəttinin uzunluğu 244 kilometr təşkil edirdi. Bu göstərici ilə Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra üçüncüdür.
Rostov vilayəti
Rostov vilayəti (rus. Ростовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Sahəsi 100,8 min km2, əhalisi 4,4 mln. nəfərdir. Rostov vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsində və Ön Qafqazda yerləşir. Relyefi əsasən düzənlikdir, lakin qərbdə Donetsk təpəliyi (253 m), cənub-şərqdə Yerqeni yüksəkliyi vardır, həmçinin cənubda Kuma-Manıç çökəkliyi mövcuddur. Vilayətin səthi çay dərələri ilə kəsilmişdir. İqlimi mülayim kontinentaldır. Yanvarın orta temperaturu şimalda −9°S, cənubda −5°S, iyulun isə 22–24°S-dir. İldə 400–650 mm yağıntı düşür.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.