Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brijit
Brijit (fr. Brigitte) — ad.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. == Xassələri == Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. == Mənşəyi və yayılması == Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. == Simptomları == Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. == Təsnifatı == === Yoluxucu rinit === kəskin rinit.
Bricit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman (Paris)[d], Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Bricit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, "Lemonade Mouth"-dakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Brijit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman (Paris)[d], Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Frederik Qrifit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Mixail Prişvin
Mixail Mixailoviç Prişvin (rus. Михаи́л Миха́йлович При́швин; 23 yanvar (4 fevral) 1873[…], Xruşyovo-Lyovşino[d], Yelets qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 16 yanvar 1954[…], Moskva) — rus və sovet yazıçısı, filosofu. == Həyatı == Mixail Mixailoviç Prişvin 23 yanvar 1873-cü ildə Rusiya imperiyasının Orlov quberniyasında anadan olmuşdu. O, sakit bir həyat yaşayıb: tacir ailəsində doğulub, Yelets gimnaziyasında, sonra isə Leypsiq universitetinin aqronomluq bölməsində oxuyub, Klində zemstvo idarəsində aqronom işləyib, Petrov kənd təsərrüfatı akademiyasının (indiki İ.Timirzayev adına akademiya) laboratoriyasında fəliyyət göstərib, aqronomluğa aid elmi əsərlər nəşr etdirib. Sanki hər şey çox gözəl, çox böyük uğurla gedirdi! Ancaq Prişvin 33 yaşında qəfildən işini atır, silah alır və yalnız yol çantası ilə qeyd kitabçasını götürüb payi-piyada şimala, “qorxmaz quşlar diyarına” üz tutur. İlk baxışda qəribə görünən bu səyahətin yol qeydləri onun ilk kitabının özülünü təşkil edir. Ardınca yeni səyahətlər gəlir (o, bütün Şimalı, mərkəzi Rusiyanı, Uzaq Şərq və Qazaxıstanı dolaşır) və yeni kitablar nəşr olunur. Sakit və dinc həyatını belə kəskin dəyişməyə məcbur edən nə idi, hansı “sualtı daşlar” onun axınını dəyişmişdi? Prişvinin “gizli saxlanılmış” “Gündəliklər”ində uzaq uşaqlıq illərinin o qədər də əhəmiyyətli görüməyən epizodu xatırlanır.
Prisis Ruiz
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
M7 Priest
M7 105 mm KMO — İkinci Dünya Müharibəsi zamanı Amerika Ordusu tərəfindən istifadə edilən özüyeriyən haubitsa sinifində olan zirehli döyüş maşını idi. Priest ləqəbini İngiltərədə xidmətdə olarkən almışdır. İngilislərin bu dövrdə istehsal etmiş olduğu özüyeriyən haubitsaların hamısına dinlə bağlı adlar verilmişdir. Bunlar Priest (azərb. Kahin‎), Bishop (azərb. Yepiskop‎), Sexton (azərb. Kilsə xadimi‎) və Abbot (azərb. Baş kahin‎). Asqı sistemi helezon yay əsaslı olub, əməliyyat mənzili 193 km, maksimum sürəti isə magistral yolda 40 km/s, off-road yolda isə 24 km/s təşkil etmişdir. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı cəbhə xəttində olan Amerika Ordusunun konstrukturları piyada hissələrini atəş gücü ilə təmin etmək üçün özüyeriyən silahlara ehtiyac olduğunu başa düşmüşdülər.
Priti Zinta
Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası. == Həyatı == Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur . 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir.
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Prviç adası
Prviç adası (xorv. Prvić) Xorvatiyada, Şibenik-Knin vilayətinə məxsus adadır. Mərkəzi Dalmaçiyada yerləşmişdir. Təxminən materik sahilindən kilometrlərlə uzaqda yerləşmişdir. Suya və Şibenik şəhərləri arasında yerləşmişdir. == Coğrafiya == Prviç adası Şibenik arxipelaqının tərkibinə daxildir. Ada arxipelaqın şərq hissəsində yerləşmişdir. Qərbdə Tiyat adası (Tijat), cənub-şərqdə isə Zlarin adası Prviç adasını materik sahilindən ayırır. Adanın ümumi sahəsi 2,37 km², sahil xəttinin uzunluğu isə 10,6 kilometrdir. Adanın ən yüksək nöqtəsi Viskoviç təpəsidir.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .