Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Çuzan
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Daydoci Yuzan
Daydoci Yuzan (大道寺 友山, 1639 – 11 dekabr 1730, Edo[d]) və ya Daydoci Şiqesuke – Edo dövründə yaşamış Yaponiya samurayı və hərbi strategiyaçısı. == Həyatı == Daydoci Yuzan 1639-cu ildə Yaponiyanın Yamaşiro əyalətində doğulmuşdur. Hoco Ucinaqanın başçılığı altında hərb elmini öyrənmək məqsədilə Edo şəhərinə getmişdir. Ayzu hanı üçün xidmət verməyə başlamış, lakin daha sonra xidmətdən çıxıb Edonun şimalına köçmüşdür. O, yazıları ilə tanınmış, növbəti illərdə müxtəlif daymyoların dəvətlərini qəbul edərək səyahətlər etmişdir. Daydoci ən çox yazdığı "Budo Şoşin-şu" (武道初心集, azərb. "Döyüşçünün yoluna giriş"‎) əsərinə görə tanınır. Bu əsər onun sağlığında nəşr olunmasa da, konfusiçilik təsirindən uzaq qaldığı üçün buşidonun əhəmiyyətli tədqiqi hesab olunur. Əsər Edo dövrünün sonlarında çox oxunmağa başlamışdır. Daydocinin nəşr olunmamış digər əsərləri – "Oçiboşu" və "İvabuçi yava" Tokuqava İeyasu haqqında anekdotlar kolleksiyasıdır.
Düzan (Çaypara)
Düzan (fars. دوزن‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Quzan (İcrud)
Quzan (fars. قوزان‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (134 ailə).
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.
Suzan Kahramaner
Suzan Kahramaner (21 may 1913 - 22 fevral 2006) - Türkiyənin ilk qadın riyaziyyatçılarından biridir. İstanbul Universitetinin məzunu olduqdan sonra doktoranturaya daxil olmuş və prof.Kerim Erimdanışman onun elmi rəhbəri olmuşdur. Avropanın bir çox universitetlərində müxtəlif tədqiqatlar aparmış və 1968-ci ildə professor adına layiq görülmüşdür. 2006-cı ildə vəfat etmişdir. Suzan Kahramaner Müzeyyen xanım və cərrah Rıfkı Osman Bəyin qızıdır. O 1913-cü ildə İstanbulun Üsküdar bölgəsində anadan olmuşdur. Orta məktəbi 19119-1924-cü illərdə Moda Nümunəsi İnas məktəbinə gedir. Bundan sonra o Notr-Dama Siona sənədlərini göndərir və 1934-cü ildə Fransada bakalavr dərəcəsi alır. Sonradan İstanbul Universitetinə daxil olur. Burada fizika və riyaziyyat üzrə təhsil alır.
Suzan Kollins
Suzan Kollins (ing. Suzanne Collins; d.10 avqust 1962, ABŞ, Konnektikut ş., Hartford) — Amerikalı televiziya senaristi və roman yazıçısıdır. "The New York Times" ın ən çox satılan "Yeraltı Salnamələr və Aclıq Oyunları" trilogiyasının müəllifi kimi tanınır. Onun ən tanınan əsəri "Aclıq Oyunları"dır. Bu kitab "Aclıq Oyunları" (2008), "Atəşi tutmaq" (2009) və "Rişxənd quşu" (2010) seriyalarından ibarətdir. Suzan Kollins 10 avqust 1962-ci ildə Konnektikut ştatının Hartford şəhərində, 1932-ci il təvəllüdlü Ceyn Bredi Kollins və 1931-ci il təvəllüdlü leytenan Maykl Con Kolllinsin ailəsində anadan olmuşdu. Atası Vyetnam müharibəsində Hərbi Hava Qüvvələrində xidmət etmiş, bir sıra mükafatlara layiq görülmüş zabit olmuşdur.. Bir əssgərin qızı olduğu üçün ailəsi ilə birlikdə daim bir yerdən başqa yerə köçmək məcburiyyətində qaldı. Uşaqlığını Amerikanın şərqində keçirən Suzan Alabama universitetinin "Təsviri Sənət" fakültəsini oxuyaraq burada teatr sənəti üzrə mütəxəssisə çevrildi. Daha sonra 1985-ci ildə İndiana Universiteti teatr və ünsiyyət ixtisasları üzrə oxuyaraq məzun oldu.
Yelizaveta Luzan
Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Yelizaveta Luzan 2003-cü il martın 14-də anadan olub.
Lyudmila Luzan
Lyudmila Vladimirovna Luzan (ukr. Людмила Володимирівна Лузан;27 mart 1997, İvano-Frankovsk) — Ukraynalı kanoeçi. 2020-ci il Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dəfələrlə Avropa çempionatı mükafatçısı. == Karyerası == Lyudmila Luzan, 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında iştirak edib və burada Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda 5-ci yeri tutub. 2021-ci ildə Poznanda keçirilən Avropa Çempionatında o, dörd medal qazanaraq karyerasında ən yüksək nəticəsini əldə edib. Təklərin yarışlarında o, 500 metr məsafəyə qaçışda qalib gəlib, 200 metr məsafəyə qaçışda da ikinci olub. Anastasiya Çetverikova ilə birlikdə 500 metr məsafədə çempion, həmçinin 200 metr məsafədə isə bürünc medal mükafatçı olub. 5 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında o, 200 metr məsafəyə kanoevə avarçəkmə yarışında tək bürünc medal qazandı. Luzan birinci yerdən finala yüksəldi, burada o, yalnız son metrlərdə Ukrayna mükafatını aldı. 7 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda gümüş medal sahibi olub.
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Puan Maharani
Puan Maharani (6 sentyabr 1973[…], Cakarta) — İndoneziya siyasətçisi, 2014-cü ildən Coko Vidodonun Kabinetində İnsan İnkişafı və Mədəniyyət İşləri üzrə Əlaqələndirici naziri vəzifəsində olub. İndoneziya parlamentində ən böyük və prezidentin partiyası olan PDI-P üzvüdür. 2009-cu ildə seçkilərdən bəri Hökumət Nümayəndəsi Şurasının üzvü, 2012-ci ildən partiya fraksiyasının rəhbəri vəzifəsini 2014-cü il kabinetə təyin olunana qədər yerinə yetirmişdir. O, nazirlik vəzifəsinə təyin olunmuş səkkiz qadın nazirdən yeganə koordinasiya naziri olmuşdur. O, keçmiş prezident və indiki PDI-P lideri Meqavati Sukarnoputrinin ən kiçik uşağı, yeganə qızı və İndoneziyanın qurucu prezidenti Sukarnonun nəvəsidir. Onun atası Tofiq Kiemas Xalq Məsləhət Şurasının sədri olaraq 2009-cu ildən etibarən 2013-cü ildə ölümünə qədər xidmət edib. 1970-ci ildə Meqavatinin ilk həyat yoldaşı Surindro Supcarsodan iki uşağı var idi — o Biak yaxınlığında qəzaya uğrayıb öldü. Misirli diplomatla qısa bir ailə qurduqdan sonra Meqavati Tofiq Kiemasla evləndi və Maharani 1973-cü ildə anadan oldu. Prezident Sukarnonun 1965-ci il 30 sentyabr Suxarto tərəfindən devrilməsindən sonra Kiemas bir neçə il həbsxanada bir siyasi məhbus olaraq ailənin iqtisadi və sosial qarşılıqlı təsirlərini məhdudlaşdırdı. Onun ilk 12 illik məktəbi Cikinidə başa çatdı və 1991-ci ildə İndoneziya Universitetinə kütləvi ünsiyyəti öyrənmək üçün daxil oldu.
Uzan (Xudafərin)
Uzan (fars. اوزان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (66 ailə).
Qayda pozan! Qayda pozan! (film, 1977)
Qayda pozan! Qayda pozan! (ing. Breaker! Breaker!) — 1977-ci ildə istehsal olunmuş ABŞ filmidir. Conun qardaşı yük daşıyan maşında Los-Ancelesə gedir. Lakin bir müddət sonra Con qardaşının həmin şəhərdə gözlənilmədən yoxa çıxdığını eşidir. Bu zaman Con qardaşını axtarmaq üçün yola düşür. Yola düşdüyü yer Kaliforniyada Los-Anceles şəhərində yerləşən "Teksas siti" şəhərciyidir. Şəhərciyi qəddar hakim Trimminqs idarə edir.
Aşağı Uzan (Sayınqala)
Aşağı Uzan (fars. اوزان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (29 ailə).
Yuxarı Uzan (Sayınqala)
Yuxarı Uzan (fars. اوزان عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Pusan Ay Park FK
Pusan Ay Park — Cənubi Koreyanın futbol klubu. 1983-cü ildə yaranıb.
Ləsə Gülan (Bükan)
Ləsə Gülan (fars. لاسه گلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (16 ailə).
Qazan Sar (Bukan)
Qazan Sar (fars. قازان سر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (7 ailə).
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. == Həyatı == Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531–579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7 — (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.