Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pullu dəmrov
Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir. Dəri insanda var olan ən böyük orqandır. Bu orqan üç qatdan təşkil olunmuşdur. 1. En üstdə epidermis. 2. Ortada dermis. 3. Ən altda piy qatı. Pullu dəmrov (PD) xəstələrində patoloji hadisələr epidermis və dermis qatında ortaya çıxır.
Ruhlu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Göytürk pulu
Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır. == Haqqında == Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.
Ata pulu
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
Fidyə (Girov pulu)
Fidyə (ing. ransom) — girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. == Tarixi == Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi.
Ata pulu (film, 2020)
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Poylu
Yaşayış məntəqələri Poylu (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Poylu (Ağstafa) Poylu (kənd, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Poylu (qəsəbə, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Digər Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.
Pusqu
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır. Düşməni və ya terror qruplaşmasının canlı qüvvəsini, texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir. Pusqu düzlüşləri Xətt üzrə, L, Z, T, V hərfləri şəklində qurulur. Pusqunun məqsədi Terroristlərin, düşmənin, cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək. Cinayətkarların yaxşı silahlanmış qüvvələrini, silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək. Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək. Cinayətkarların silah, sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq. Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək. Yerlərinə görə pusqular: Nöqtə pusqusu Bölgə pusqusu Hədəfə olan məsafələrə görə pusqular: Yaxın pusqu Uzaq pusqu Hazırlıq müddətinə görə pusqular: Tələsik pusqu Hazırlıqlı pusqu Pusqudan ov əldə etmək üçündə istifadə edilir.
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Pülük
Sünnət — lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat.
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Pəhlə
Pəhlə (fars. پهله‎) — İranın İlam ostanının Dehluran şəhristanının Zərrinabad bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4 341 nəfər və 840 ailədən ibarət idi.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Rumlu
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Endər Günlü
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi 1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub. Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Küllü söyüd