Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dyula Yuhas
Dyula Yuhas (mac. Juhász Gyula; 4 aprel 1883, Seqed – 6 aprel 1937, Seqed) — Macarıstan şairi. Baumqarten mükafatını əldə etmişdir. == Həyatı == İlk poemaları 1899-cu ildə Szeqedi Naploda nəşr edilmişdir. 1902–1906-cı illərdə Budapeşt Universitetində təhsil almış və burada Mihay Babiç və Dejö Kostolanyi ilə tanış olmuşdur.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Judas
Judas — amerikalı pop ifaçısı Lady Gaganın Born This Way adlı albomundan 2011-ci ilin aprel ayının 15-də yayımlanmış sinqlı. == Sinql == Judas Lady Gaga-nın qarşıdan gələn ikinci albomu — "Born This Way" albomundan ikinci sinqldır. Sinql dünya səviyyəsində 15 aprel, 2011-ci ildə yayımlanmışdır. Sinqlın yayımlanma tarixi Interscope Records tərəfindən 4 gün əvvəl müəyyəm edilmişdir. Sinqlı Lady Gaga və RedOne tərəfindən yazılmış və istehsal edilmişdir. Judas bir rəqs musiqisidir. Musiqinin mövzusu bir qadın və bir kişinin sevgisində olan xəyanətdən bəhs edir. Judas sinqlı Gaganın daha əvvəlki Poker Face, LoveGame, Bad Romance, Alejandro kimi musiqilərinə bənzəyir və house sinqlda house ritmləri mövcuddur. Sinqlın coveri qara fonda qırmızı hərflə, Impact adlı şriftlə yazılmış dizayndan ibarətdir. Tənqidçilər Judas və Bad Romance sinqlları arasında bir çox oxşarlıqlar görür.
Kuyaş
Muxas
Muxas — Azərbaycan Respublikasının Oğuz rayonunun Muxas kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır. Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasında mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, -as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Keçmişdə Muxas Bucaqlı da adlanmışdır. Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var. Kənd Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Kəndin əhalisi 1354 nəfərdir (01 yanvar 2013-cü il). Kənd əhalisi heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə tam orta məktəb, körpələr evi-uşaq bağçası, Diyarşünaslıq evi, kitabxana, poçt, 175 yerlik elektron ATS, feldşer-mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var.
Peqas
Peqas (bürc)
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür. Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Kuraş
Kuraş — Mərkəzi Asiyada icra edilən müxtəlif güləş növləri. 1998-ci ildə Beynəlxalq Kuraş Federasiyası yaradılmışdır.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. == Haqqında == Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Kristal Palas
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristian Pulhak
Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu == Həyatı == Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub. "Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.
Kukaş kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Lukas Din
== İstinadlar ==
Lukas Kojenieski
Lukas Kojenieski (31 may 1995) — ABŞ-lı atıcı. Lukas Kojenieski ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lukas Kojenieski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.3 xal toplayaraq 21-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Lukas Krüger
Lukas Feliks Krüger (20 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Krüger Sankt-Pauli akademiyası vasitəsilə inkişaf etmişdir. Krüger öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Lukas Lerager
Lukas Lerager (12 iyul 1993-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarka futbolçusudur. == Klub karyerası == Lerager AB, Viborq və Zulte Varegem klublarında bir müddət çıxış etmişdir. O, 2017-ci ilin iyun ayında Bordo klubu ilə dörd illik müqavilə imzalamışdır. == Milli karyerası == O, bir müddət Danimarkanın gənclər millilərində çıxış etmişdir. Lerager 2017-ci ildə Danimarka milli futbol komandasında debüt etmişdir.