Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Rabu
Rabu (fr. Rabou, oks. Rabòu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Qap-Kampan kantonuna daxildir. INSEE kodu — 05112. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 77 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 56 nəfər (15-64 yaş) arasında 44 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 70.5%). Fəal 44 nəfərdən 35 nəfəri (19 kişi və 16 qadın), 9 nəfəri işsizdir (7 kişi və 2 qadın).
Raqa
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Sağu
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
Maykl Radu
Maykl Radu(ingiliscə:Michael S. Radu )(29 aprel 1947, 25 mart 2009) ABŞ-dakı Xarici Siyasət Araşdırma İnstitutu terror mütəxəssisi. == Həyatı == Maykl Radu Rumıniyada anadan olub və Rumıniyada böyüyüb. O, Birləşmiş Ştatlara gəldikdən sonra 1981-ci ildə Kolumbiya Universitetindən beynəlxalq münasibətlərdə onun doktoranturasını aldı (qəbul etdi). O müəllif, həmmüəllif və ya 15 kitabın redaktoru, idi. O bütün dünyada terrorist qrupların ensiklopedik biliyinə sahib idi və yerli, milli və beynəlxalq mediada müntəzəm meydana çıxdı == Seçilən nəşrlər == Radu, Michael. Eastern Europe and the Third World: East vs. South. New York: Praeger. 1981. ISBN 0-275-90708-2.
Raku keramikası
Raku keramikası (|楽焼|raku-yaki|) — yapon çay mərasimində ənənəvi istifadə olunan yapon keramika növü. İlk növbədə çay içmək olan qablar bu keramikadan hazırlanır. Raku keramikası üçün xarakterik xüsusiyyət dulusçuluq dairəsinin əvəzinə gilin əl qəliblənməsindən hazırlanmasıdır. Nəticədə bu keramikadan hazırlanan hər bir əşya öz unikallığı ilə seçilir. Bişirilmənin aşağı temperaturu kifayət qədər məsaməli səthin yaranmasına imkan verir, qabı sobada bərk qızdırıldıqdan sonra götürüb soyumaq üçün xüsusi kapsulaya qoyurlar. Örtük kimi qara və ya şəffaf qlazurdan istifadə olunur. == Tarixi == Raku termini (hərfi tərcümədə "həzz" və ya "sadəlik", "təbiilik" deməkdir) Toyotomi Xidzesi (1537–1598) tərəfindən Kiotoda tikilən Dzyurakuday adlı sarayın adından yaranmışdır. Sarayın tikintisində iştirak etmiş məşhur yapon çay mərasimi ustası Sen no Rikyu bir dəfə tikintidə çalışan bir çinli kirəmit ustasından vabi-sabi estetikasını özündə təcəssüm etdirən qab hazırlamasını xahiş edir. Usta Tanaka Tödziro dzen fəlsəfəsinə müvafiq olan sadə qablar hazırlayır. Usta Tödzironun ailəsinə Raku soyadı bəxş edilmişdir.
Raqub Məmmədov
Raqub Allahverdi oğlu Məmmədov (9 avqust 1961, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983–1986-cı illərdə Ağdam Rayon "İnqilab" üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986–1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987–1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991–1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.06.2018-ci il tarixli sərəncamına əsasən: R.A.Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsindən azad edilib.
Raqub Əliyev
Raquf Orucov
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 4 aprel 2016, Talış kəndi, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi. === Şəxsi həyatı === Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi. == Hərbi xidməti == Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi.
Radu Neqru
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Yohannes Rau
Yohannes Rau (16 yanvar 1931[…], Vuppertal, Prussiya[d] – 27 yanvar 2006[…], Berlin) — Almaniyanın 8-ci prezidenti.
Matyu Ben Rahu
Yohannes Rau (II)
Professor Yohannes Rau Almaniyada Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə tanınmış ekspertdir və bir sıra kitabların, məqalələrin müəllifidir. O, müstəqil elmi fəaliyyəti ilə yanaşı, Almaniya Şərqşünaslıq İnstitutunda da çalışıb, bir sıra universitetlərdə mühazirələr oxuyub. Hazırda Almaniya Müdafiə Nazirliyi Akademiyası nəzdindəki təhlükəsizlik forumunun üzvüdür. Yohannes Raunun "Dağlıq Qarabağ Azərbaycanın tarixində və Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı kitabı işıq üzü görüb. Müəllif 423 səhifədən ibarət kitabında Qafqazın tarixini qədim dövrlərdən başlayaraq müasir dövrümüzədək dərindən araşdırıb, Avropa ictimaiyyəti üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb. Qafqaz Albaniyasının tarixindən bəhs edən müəllif əsərində qədim alban şəhərlərinin — Şamaxının, Bərdənin, Gəncənin, Ərdəbilin adlarını çəkib. Qədim Albaniyada ilk əvvəl xristianlığın mövcudluğunu qeyd edən alman professor indiki Qarabağ bölgəsinin də bu dövlətin, sonradan isə albanların qurduqları Girdiman dövlətinin tərkibində olduğunu qeyd edib. VII əsrdə ərəblərin gəlməsi ilə indiki Azərbaycan ərazilərində yerləşən qədim alban əhalisinin əksəriyyətinin islam dinini qəbul etdiyi bildirilib. Beləliklə, müəllif Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olduğunu vurğulamaqla yanaşı, Qarabağın da Azərbaycanın tarixi ərazisinin tərkib hissəsi olduğunu göstərib. Müəllif orta əsr dövründən, xüsusən Albaniya tarixindən bəhs edərkən erməni kilsəsinin qədim alban kilsəsini məhv etmək və alban irsinə sahiblənmək uğrunda çirkin mübarizəsini ifşa edib.
Yohannes Rau (tarixçi)
Professor Yohannes Rau Almaniyada Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə tanınmış ekspertdir və bir sıra kitabların, məqalələrin müəllifidir. O, müstəqil elmi fəaliyyəti ilə yanaşı, Almaniya Şərqşünaslıq İnstitutunda da çalışıb, bir sıra universitetlərdə mühazirələr oxuyub. Hazırda Almaniya Müdafiə Nazirliyi Akademiyası nəzdindəki təhlükəsizlik forumunun üzvüdür. Yohannes Raunun "Dağlıq Qarabağ Azərbaycanın tarixində və Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı kitabı işıq üzü görüb. Müəllif 423 səhifədən ibarət kitabında Qafqazın tarixini qədim dövrlərdən başlayaraq müasir dövrümüzədək dərindən araşdırıb, Avropa ictimaiyyəti üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb. Qafqaz Albaniyasının tarixindən bəhs edən müəllif əsərində qədim alban şəhərlərinin — Şamaxının, Bərdənin, Gəncənin, Ərdəbilin adlarını çəkib. Qədim Albaniyada ilk əvvəl xristianlığın mövcudluğunu qeyd edən alman professor indiki Qarabağ bölgəsinin də bu dövlətin, sonradan isə albanların qurduqları Girdiman dövlətinin tərkibində olduğunu qeyd edib. VII əsrdə ərəblərin gəlməsi ilə indiki Azərbaycan ərazilərində yerləşən qədim alban əhalisinin əksəriyyətinin islam dinini qəbul etdiyi bildirilib. Beləliklə, müəllif Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olduğunu vurğulamaqla yanaşı, Qarabağın da Azərbaycanın tarixi ərazisinin tərkib hissəsi olduğunu göstərib. Müəllif orta əsr dövründən, xüsusən Albaniya tarixindən bəhs edərkən erməni kilsəsinin qədim alban kilsəsini məhv etmək və alban irsinə sahiblənmək uğrunda çirkin mübarizəsini ifşa edib.
İsa Ər Ragi Tiflisi
İsa Ər Ragi Tiflisi — Məşhur İslam təbiblərindən olub Tiflisdə doğulmuşdur. O, 10-cu əsrdə yaşamışdı. Həmədan xanədanlığı hökmdarlarından Seyfüddevlə'nin sarayında xidmət etmişdir. Tibbdə və müəyyən elmlərdə biliyi olan Tiflisi, tibbə aid əsərlər də yazmışdır. Yaxşı dərəcədə Suriya dilini bilirdi və bəzi əsərləri ərəb dilindən bu dilə çevirdi. Bu xidmətlərə görə, Sultan Seyfdüdevlənin mükafatlarına layiq görülmüşdür.
Streets of Rage seriyalarının Diskoqrafiyası
Streets of Rage seriyalarının Diskoqrafiyası — "Streets of Rage" seriyalarının ümumi mahnılarının toplusudur. Bütün saundtreklər bəstəkar Yuzo Oqiyə məxsusudur.
Streets of Rage (video oyun, 1991)
Streets of Rage (yap. ベア・ナックル 怒りの鉄拳, ing. Bare Knuckle: Furious Iron Fist, azərb. Küçələrin qəzəbi‎) — Sega oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, döyüş oyunudur. Bu oyun Avropa ölkələrində "Streets of Rage" adı ilə tanınır. Videooyunun 2 davamı da mövcuddur. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the Hedgehog videooyunu üçün musiqiləri bəstələmişdir. Oyunun əvvəlində polislər haqqında məlumat verilərkən "Streets of Rage" saundtreki səslənir. Oyun "Sega Mega Drive" kompyuterlərindəki oyunlarının satışına görə 4-cü yeri tutur.
Streets of Rage 2 (video oyun, 1992)
Streets of Rage 2 (yap. ベア・ナックル 怒りの鉄拳 2, ing. Bare Knuckle II: The Requiem of the Deadly Battle, azərb. Küçələrin qəzəbi 2‎) — Sega oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun birinci oyunun davamıdır. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the Hedgehog və Streets of Rage videooyunları üçün musiqiləri bəstələmişdir. Oyun "Beat 'em up" ing. Hamıdan döy janrındadır. İlk anons tarixi ABŞ-da 20 dekabr 1992 olmuşdur.
Streets of Rage 3 (video oyun, 1994)
Streets of Rage 2 (yap. ベア・ナックル 怒りの鉄拳 3, ing. Bare Knuckle III, azərb. Küçələrin qəzəbi 3‎) — Sega oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun birinci oyunun davamıdır. Oyundakı səslənən saundtreklər Yuzo Oqiyə məxsusdur. Həmin bəstəkar Sonic the Hedgehog, Streets of Rage və Streets of Rage 2 videooyunları üçün musiqiləri bəstələmişdir. Oyun "Beat 'em up" ing. Hamıdan döy janrındadır. İlk anons tarixi ABŞ-də 17 mart 1994 olmuşdur.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər. E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Alqu
Alqu (Marağa)
Amağu
Amağu (erm. Ամաղու) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Amağu kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındə, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunun mərkəzindən 10–12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında yerləşirdi. Kəndin adı ilk dəfə X əsrə aid mənbələrdə çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilmişdir. Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amagu, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü artırılmaqla əmələ gəlmişdir. Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» mənasını ifadə edir.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Arau
Arau və ya Aarau (alman: [ˈaːraʊ]) — İsveçrənin şimalında şəhər, Arqau kantonunun inzibati mərkəzi. Are çayı üzərində yerləşir. Dəniz səviyyəsindən 368 m yüksəklikdə yerləşir. Arau vadinin yamacında tikilmiş köhnə istehkam şəhəridir. Şəhər indiki dövrdə əhalisi sürətlə artan mühüm sənaye mərkəzidir. Kilsə, muzeylər, elektrik enerjisi, maşınqayırma və toxuculuq, dəmir-polad və ayaqqabı fabrikləri var. == Tarixi == Arau XIII əsrin axırlarında Habsburq qraflıqlarının və Avstriya hersoqluqlarının hakimiyyəti altında idi. Bir neçə kilometr aralıda onların ailə qalaları mövcud idi. 1415-ci ildə şəhər bernlilərin əlinə keçmişdir. 1531-ci ildə baş tutmuş İkinci Kappel müharibəsində protestantların rəhbəri Svinqli öldürülmüş, bundan sonra burada katoliklər ilə protestantlar arasında sülh bağlamışdır.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı - Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi - 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arqun
Arqun (çay, Asiya)
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslər Qadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu Şirinova Kişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Açağu
Açıxlı, Açağu, Açaxlu, Acıllu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-qərbdə, Qır qalası dağının ətəyində yerləşir. X–XIII əsrlərdə Açağu vəng formasında xatırlanır. Erməni mənbələrində kəndin adı Açağu, Açaxlu, Acıllu formalarında da qeyd olunmuşdur. Toponim relyef əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1897-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mə'ruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz doğma yerlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 120 nəfər, 1939-cu ildə 165 nəfər, 1959-cu ildə 186 nəfər, 1963-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1968–69-cu illərdə azərbaycanlılar kənddən çıxarılaraq kənd ləğv edilmişdir.
Ağdü
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.