Raqub Allahverdi oğlu Məmmədov (9 avqust 1961, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Raqub Məmmədov | |
---|---|
16 aprel 2014 – 6 iyun 2018 | |
Əvvəlki | Nizami Sadıqov |
Sonrakı | Vaqif Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 avqust 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya |
Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir.
1983–1986-cı illərdə Ağdam Rayon "İnqilab" üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986–1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987–1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991–1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir.
1993–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib[1].
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.06.2018-ci il tarixli sərəncamına əsasən: R. A. Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsindən azad edilib.[2]
Yeni Azərbaycan Partiyasinin üzvüdür. Ailəlidir, 3 övladı, 3 nəvəsi var.