Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Razoom
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. == Xüsusiyyətləri == Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüşVladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Arazboyu əməliyyatlar
Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar. Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır. Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == 2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir..
Baccharis ramboi
Baccharis ramboi (lat. Baccharis ramboi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Cessika Mauboy
Cessika Hilda Mauboy (ing. Jessica Hilda Mauboy; 4 avqust 1989, Darvin) və ya sadəcə Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur. Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə tədqim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır.
Seyfəddin Rzasoy
Seyfəddin Gülverdi oğlu Rzasoy - AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor == Həyatı == Seyfəddin Rzasoy 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Hazırda AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiridir. 1997-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2013-cü ildən filologiya elmlər doktorudur. 2010-cu ildə dosent, 2019-cu ildə professor elmi adlarını almışdır. S.Rzasoy folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 250-dən çox elmi məqalənin müəllifidir. 1. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri.
Urazbay (Xaybulla)
Urazbay kəndi (başq. Ураҙбай) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Urazbay kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 70 km., kənd sovetliyindən (Qəliəhməd): 9 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 126 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yuri Barboy
Yuri Barboy (tam adı: Yuri Mixayloviç Barboy, rus. Юрий Михайлович Барбо́й; 17 oktyabr 1938 — 31 dekabr 2017, Sankt-Peterburq) — Rusiya teatrşünası, professoru, elmlər doktoru, Rusiya Federasiyasının əməkdar artisti (2008), Rusiyanın Humanitar Akademiyasının həqiqi üzvü. == Bioqrafiya == Yuri Mixayloviç Barboy 17 oktyabr 1938-ci il tarixində anadan olmuşdur. Barboy Leninqrad Teatr İnstitutununun (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) məzunu olmuşdur. Barboy daha sonra Uzaq Şərq Dövlət İnstitutunun teatr fakültəsinə daxil olmudur. Barboy ömrünün çox hissəsini Sankt-Peterburq şəhərində keçirmişdir. Onun əsas araşdırma mövzuları teatr tarixi, teatr tənqidçiliyi, teatr sosiologiyası və drama nəzərriyəsidir. 1980-ci illərdə o "Sosiologiya və Teatr" araşdırma qrupunun üzvü olmuşdur.Yuri Barboy Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun teatr şöbəsinin professoru və rəhbəri idi. O həmçinin, Sankt-Peterburq Avropa Universitetinin incəsənət tarixi fakültəsinin professoru idi.Yuri Barboyun işləri uzun illər "Teatr", "Peterburq Teatrı jurnalı" və s. jurnallarda dərc olunmuşdur.
Azoy
Azoy yaxud Azon — İberiyanın əfsanəvi hökmdarıdır. O əfsanəyə görə Makedoniyalı İsgəndər tərəfindən taxta çıxarılmışdır. O I Parnavaz tərəfindən öldürülmüşdür.
Mariano Rahoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Mariano Rajoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Mariano Raxoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Rambo (kommuna)
Rambo (fr. Rambaud, oks. Rambaud) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-le-Nyov kantonuna daxildir. INSEE kodu — 05113. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 361nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 234 nəfər (15-64 yaş arasında) arasında 175 nəfər iqtisadi cəhətdən fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu göstərici 69.0%). Fəal 165 nəfərdən (87 kişi və 79 qadın), 9 nəfər işsizdir (7 kişi və 2 qadın).
Rambo Amadeus
Rambo Amadeus — Monteneqroda keçirilən milli seçim turlarında "Avroviziya-2012" təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pušić) olan Rambo Amadeus 1963–cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır. O, Euro Neuro mahnısını ifa edib.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Arazboyu Dövlət Təbiət Yasaqlığı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır. Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, toğlugötürən, qamışpişiyi, manulpişiyi və s. qorunur.
Culfa-Ordubad Arazboyu düzənlikləri
Culfa -Ordubad Arazboyu düzənlikləri. Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir.
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.
We Got Love (Cessika Mauboy mahnısı)
We Got Love (azərb. Bizim sevgimiz var‎) — Avstraliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Cessika Mauboy "We Got Love" mahnısı ilə Avstraliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Avstraliyanın 2016 və 2017 Avroviziya mahnılarını yazan Entoni Egizii və David Musumeci tərəfindən bəstələnmişdir.