Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Maf
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qraf
Qraf bu mənaları ifadə edə bilər:
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Xaf
Xaf—Xorasanda qədim şəhər. Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Əraf
7-ci surə
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Franzeska Ral
Franzeska Luiza Ral (ing. Francesca Luisa Reale; 23 avqust 1994, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa. == Həyatı == Ral 23 avqust 1994-cü ildə Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olmuşdur. Nyu-York Universitetində aktyorluq ixtisası üzrə təhsil almışdır. 2012-ci ildə Milli Gənc İncəsənəti Mükafatı qazanmışdır. == Karyerası == Ral Netflix-də yayımlanan "Nifrət edənlər geri çəkilir" serialında 2016 və 2017-ci illərdə iki mövsümdə yer almışdır. 2016-cı ildə "Mavi qanlar" adlı teleserialın "Dovşan çuxurundan aşağı" bölümündə Qabriella Moretti rolunu canlandırmışdır. 2019-cu ildə isə Netflix-in digər serialı "Qəribə şeylər"in 3-cü mövsümündə xilasedici Hater rolunu canlandırdı. Həmin ildə komediya filmi "Hə, Tanrı, hə" flmində Laura rolunda yer almışdır.
Har Ray
Har Ray (ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ) (16 yanvar 1630, Böyük Moğol imperiyası – 6 oktyabr 1661, Böyük Moğol imperiyası) — Siqhlərin yeddinci qurusudur. 1630–1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Hilari Daf
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. == Həyatı == Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Kim Ran
Kim Ran (d. 9 sentyabr 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. == Qısa təsviri == Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. == Yayılması == Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Lyoşa Rav
Lyoşa Rav, əsl adı Aleksey Vladimiroviç Roqojin (doğum tarixi: 7 mart 1909-ci il, Rusiya imperiyası, Simbirsakaya quberniyası, Buinski qəzası, Balaş-Nurusov k. — ölüm tarixi: 24 mart 1944, SSRİ, Ukrayna SSR, Droqobiç ş.) — çuvaş əsilli Sovet yazşçısı, SSRİ yarıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 7 mart 1909-cu ildə Rusiya imperiyası, Simbirskaya quberniyası, Buinski qəzası, Balabaş-Nurusov kəndində (hazırkı, Çuvaş Respublikası, Batırevski rayonu) anadan olmuşdur. Atası Balabaş-Nurusov kəndindən olan bir meşəbəyi olmuşdur. Anası Dunya Qordiyeva isə Malıe Karmalı kəndinin sakini olmuşdur (Balabaş-Nurusov kəndindən 5 km aralıda yerləşir). Lyoşa Rav uşaqlığını Malıe Karmalı və Balabaş-Nurusov kəndləri arasında yerləşən meşədə keçirmişdir. Malıe Karmalı yeddi illik kənd məktəbində təhsil almışdır. Artıq 16 yaşından etibarən təbiət haqqında şerlər yazmağa balamışdır. Şerlərini ad və soyadının baş həriflərindən ibarət olan təxəllüslə yazmışdır. 1936-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetini bitirmişdir.
Odeya Raş
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Preetika Rao
Preetika Rao-(7 iyun 1988, Manqalur, Karnataka) Hindistan-lı aktrisa, model, jurnalist və müğənnidir.Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı romantik dramında Aliyə Zeyn Abdullah(Aaliya Zain Abdullah) obrazı ilə tanınır. Preetika Rao 29 may 1988-ci ildə Manqalur, Hindistan-da doğulub.Rao, Sofiya Kollecindən Tarix ixtisası üzrə məzun olmuşdur, eyni zamanda reklam və jurnalistika diplomu almışdır. Bacısı Amrita Rao da Bollyvood aktrisasıdır. Gənc model olaraq Preetika, modellik karyerasına Cadbury Dairy Milk reklamı ilə başlayan Amitabh Bachchan ilə birlikdə Shoojit Sarkarın rejissorluğu ilə qırxdan çox TVC ilə uğurlu bir modellik karyerasına başladı.Film jurnalistikası ilə məşğul olmağa başlayan Preetika Bangalore Mirror, Deccan Chronicle və Asiya Çağı üçün məqalələr yazdı. Akademik dərəcəsini davam etdirmək üçün Rao, bəzi məşhur filmlər "Jaane Tu… Ya Jaane Na (2008)", "Ajab Ghazabb Love (2012)" və "Aashiqui 2 (2013)" daxil olmaqla Bollivuddan gələn bir neçə böyük təklifi redd etməyi seçdi. Rao, Tamil romantik filmi "Chikku Bukku" (2011) ilə Tamil filmi Jeans-in istehsalçıları ve Rajnikanth-ın Kochadaiiyaan-ı olan Media One Global Ent Pvt Ltd ilə ilk aktrisalıq karyerasına başdadı.Bununla birlikdə, Rao, New York Film Akademiyasından yayımlanan jurnalistika diplomu kursu üçün Cənubi filmlərdən ayrıldı. 2014-cü ildə Rao, Aliyə Qulam Heydər (Aaliya Ghulam Haider) rolunu oynayaraq Colors TV-də yayımlanan məşhur "Əbədi Sevgi(serial)" (Beintehaa) televiziya serialı ilə regional kinodan milli televiziyaya keçid etdi. Rao, 2015-ci ilin yanvar ayında Kolkata-da təşkil edilən Kalakar Awards-da Ən Yaxşı Aktrisa və Zee Gold Awards-ın ən yaxşı debutu mükafatını qazandı.Rao, Perfect Woman jurnalının Perfect Miss India Awards-ın marka elçisidir. 2017-ci ildə Raoya Hindistan televiziya reallıq şousu Bigg Boss-dan təklif gəldi, baxmayaraq ki, ona 6 dəfə şou təklif edildi, lakin həyatını ictimaiyyətə və 7/24 kamerada göstərmək istəmədiyi üçün fürsətdən imtina etdi. Və o ildə Star Plus-da Mohini rolunda Love Ka Hai Intezaar adlı başqa bir televiziya serialına çəkildi.
Priya Ray
Priya Ray (25 dekabr 1977, Yeni Dehli) — əslən hindli olan ABŞ pornoaktrisası. 2012-ci ilin rəsmi məlumatların görə Priya Ray 80-dan çox pornoqrafik filmdə çəkilib. Priya Ray 25 dekabr 1977-ci il tarixində Hindistanın paytaxtı Yeni Dehlidə dünyaya gəlib. İki yaşındaykən ailəsi ABŞ-yə köçüb. Priya əvvəlcə modellikdə, sonra isə striptiz klubda çalışıb. Priya Ray pornoqrafik karyerası üçün "Arizona Ştatı Universiteti"ni yarıda buraxıb. Priya Ray 2007-ci ildə 25 yaşındaykən yetkin film karyerasına başlayıb. Həmin tarixdən başlayaraq Priya 2008-ci ilə qədər iyirmi üç filmdə oynamış və pornografik məzmun təmin edən internet saytlarında ən bəyənilən ulduzlardan biri olmağı bacarıb.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə